MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

TƏSDİQLƏMƏ(Qiymətləndirmə)

Qiymətləndirmə MHŞT prosesinin muhum elementidir. O iki muhum vəzifəyə xidmət edir. İlk əvvəl qiymətləndirmə ölkə daxilində dialoq qurulmasına və prosesin mənimsənilməsinə təkan verir, digər tərəfdən bu proses bütün MHŞT-ni tətbiq edən ölkələri eyni qlobal standart ətrafında birləşdirməklə MHŞT brendini qoruyur. MHŞT-ni tam tətbiq edən ölkə statusu almaq üçün namizəd ölkələr iki il ərzində qiymətləndirmə prosesini başa çatdırmalıdır.

MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən bütün namizəd ölkələr üçün son müddət müəyyən edilmişdir və ölkələrin MHŞT statuslarının bu son müddətdə müəyyənləşdirilməsi razılaşdırılmışdır. Qiymətləndirmə prosesi MHŞT-ni tətbiq edən ölkələrin Şəffaflıq Təşəbbüsü üzrə fəaliyyətləri zamanı əldə etdikləri irəliləyişlərinin qiymətləndirilməsini və daha yaxşı və sürətli irəliləyişə nail olmaq üçün onların hansı tədbirləri həyata keçirməsinin müəyyənləşdirilməsini təmin edir. Qiymətləndirmə MHŞT-nin Qiymətləndirmə Təlimatında müəyyən olunmuş Qiymətləndirmə cədvəlini (və əlaqədar Qiymətləndirmə Vasitələri Göstəricisi) istifadə etməklə müstəqil qiymətləndirici tərəfindən həyata keçirilir. Azərbaycan qiymətləndirmə prosesindən kecən ilk olkədir MHŞT-nin tətbiqində lider olkə olan Azərbaycan 2008-ci ilin martında ilk olaraq qiymətləndirmə prosesinə başlamışdır. Azərbaycanda qiymətləndirmə prosesini həyata keçirmək üçün Coffey International Development şirkətinin (IPAN və PKF-nin əməkdaşlığı ilə) rəhbərlik etdiyi konsorsium qiymətləndirici secilmişdir. Azərbaycanın bu prosesi MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş müddətdə 9 mart 2010-cu ilədək başa çatdırması nəzərdə tutulsa da, Azərbaycanda MHŞT prosesinin tətbiqinin qiymətləndirilməsi bir il tez - 2009-cu ilin yanvarında başa çatdırılmışdır. Coffey International Development şirkəti Azərbaycanda qiymətləndirmə prosesinin nəticələrinə dair yekun hesabatını və müsbət rəyini MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim etmişdir. 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə növbəti beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq və qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə dair hesabatına əsaslanaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-nin tamhüquqlu üzv statusunu təsdiq etdi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və Norveç də daxil olmaqla namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu.





  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

27.01.2012“Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

 

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

23.12.2011MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

15.12.2011Regionun ən böyük QHT Koalisiyası Ümumi Yığıncağını keçirəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək.  İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az