Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının
84 saylı Protokolu
Bakı şəhəri 06 yanvar 2012-ci il
İclasda iştirak edirdi: 11 nəfər Şura üzvü
Sevil Yüzbaşeva, Elçin Abdullayev,
İlqar Hüseynli, Mübariz Tağıyev
Sabit Bağırov, Zöhrab İsmayıl
Rafiq Təmrazov, Vüqar Bayramov
Nicat Dağlar, Əli Quliyev,
Məhəmməd Talı
2 nəfər Koalisiya üzvü
Qubad İbadoğlu, Əliyev Taleh
2 nəfər Monitorinq Qrupu üzvü
Sevil Allahverdiyeva, Lətafət Məlikova
İclasın əvvəlində gündəliklə bağlı təkiliflər səsləndi.
Təkliflər:
Elçin Abdullayev gündəliyin ikinci məsələsi olan Ekspertlər Şurasının Əsasnaməsi məsələsinə birinci baxılmasını təklif etdi.
Təkliflərdən sonra gündəlik layihəsi belə formalaşdı:
İclasın gündəliyi
1. ÇQ namizədlərin seçilməsi.
2. Ekspertlər Şurasının Əsasnaməsinin keçən iclasda təsdiqdən sonra edilən əlavə və dəyişiklik daxil edilməsi barədə məlumatlar verildi. Sonra Ekspertlər Şurasının seçim qrupuna üzvüliyə namizədlərin irəli sürülməsi ve seçgisi.
3. Koalisiya layihəsinin boş qalan mövzular üzrə elan olunmuş müsabiqənin nəticələrinin
müzakirəsi.
4. Cari məsələlər.
İclasda əvvəlcə Razi Nurullayevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 13-cü olmuş Zöhrab İsmayılın keçməsi səs qoyularaq təsdiq olunub.
1. Birinci məsələ kimi Çoxtərfli Qrupa MHŞT Koalisiyasından təmsilçilərin seçilməsi məsələsi ətrafında müzakirələr aparılıb. Şura üzvləri əlaqələndirici tərəfindən şura iclasına qədər elektron şəbəkə ilə öz namizədlərini irəli serməkləri barədə edilən müraciətdən sonra öz namizədlərini irəli sürmüşdülər. Bundan başqa onun tərəfindən şəbəkə ilə CTQ seçki üzrə əsasnamə ilə tanış olmaqları barədə koalisiya şurasına müraciət etmişdi. Şura üzvləri əsasnamənin bir sıra tələbləri ilə razılaşmadıqlarını və bu sənədin təkminləşməyə ehtiyacı olduğunu söylədilər. Sabit bəyə bu sənədi təkminləşdirmək barə xahişlə müraciət olundu. Sabit bəy əsasnamə üzərində işləyəcəyini söylədi. Keçən şura iclasında qərara alınmışdı ki, ÇTQ qrupa bir namizəd Ekspertlər Şurasındanseçilsin. Ekspertlər Şurasının hələ tamam formalaşmadğı üçün Vüqar Bayramov təklif etdiki indi bütün namizədlər şura tərəfindən seçilsin. Şura üzvləri buna hamısı münasibət bildirdilər. Vüqar bəyin təklifi səsə qoyularaq qəbul edildi. Sonra ÇTQ-a öz namizədlərini səsləndiriblər.
Təkliflər səsləndikdən sonra 7 nəfər adı çəkilən namizədlərin adlarının bülletenə salınması üçün səsvermə keçirildi. Şura üzvlərinin səs çoxluğu ilə aşağıda qeyd olunan namizədlərin adları bülletenə salındı.
1. Azər Mehtiyev
2. Qubad İbadoğlu
3. Sabit Bağırov
4. Zöhrab İsmayıl
5. Fuat Rəsulov
6. İlham Hüseynli
7. İnqilab Əhmədov
Bülletenlərin hazırlanması üçün 3 nəfər Sevil Allahverdiyeva, Lətafət Məlikova və Səbinə Məmmədovadan ibarət say komissiyası yaradıldı. Koalisiyanın MSŞT üzrə Çoxtərəfli Qrupda təmsilçilərinin müəyyənləşdirilməsi üçün gizli səsvermə keçirilib.
Qərar: Şurada keçirilmış gizli səsvermə nəticəsində Zöhrab İsmayıl – 6 səs, İlham Hüseynli – 6 səs Azər Mehtiyev - 7 səs, Qubad İbadoğlu - 9 səs, Sabit Bağırov – 9 səs toplayaraq MSŞT üzrə Çoxtərəfli Qrupa üzv seçildilər. Azər Mehiyev, Qubad İbadoğlu və Sabit Bağırov Koalisiyanın ÇTQ-da əsas üzvləri, Zöhrab İsmayıl və İlham Hüseynli hər ikisi eyni səsi olduğundan Zöhrab İsmayıl üzvlükdən geri çəkildi və əvəzedici üzv kimi İlham Hüseynli seçildi.
2. Ekspertlər Şurasının Əsasnaməsinin əlavə və dəyişikliklərdən sonra son variantına əsaslanaraq Ekspertlər Şurasının seçim qrupuna üzvülüyə namizədlərin irəli sürülməsi ve seçkisi.
Təşəbbüs Qrupuna Şura üzvləri öz namizədlərini səsləndirdilər.
Elçin Abdullayev Qubad İbadoğlunun namizədliyini irəli sürdü
Zöhrab İsmayılov İnqilab Əhmədovun namizədləyini irəli sürdü.
İlqar Hüseynli kim özünü ekspert sayırsa müraciət etsin deyə təklif verdi.
Rafiq Təmrazov kim özünü ekspert sayırsa könüllü olaraq müraciət etsin.
Mübariz Tağıyev təklif etdiki keçmiş Şura və Monitorinq Qrupundan olsun.
Əli Quliyev məsələni çətinləşdirməyək müəllif kimi sənədin üzərində Sabit Bağırov əlavələr etsin və özüdə kimləri məqsədə uyğun sayırsa özü təklifini versin. Məhəmməd Talıblı İlham Şabanın namizədliyini irəli sürdü
Qərar: Uzun müzakirələrdən sonra Koalisiyanın Ekspertlər Şurasının formalaşdırılması məqsədilə üç nəfərdən ibarət Təşəbbüs Qrupu yaradıblar. Səsvermə nəticəsində bu qrupa İnqilab Əhmədov, Azər Mehdiyev və İlham Şaban seçilib.
3. Koalisiya layihəsinin boş qalan mövzular üzrə elan olunmuş müsabiqənin nəticələrinin müzakirəsi.
İclasda Koalisiya layihəsinin fəaliyyət planına əsasən digər istiqamətlərlə bağlı elan olunmuş müsabiqəyə təqdim olunan konsepsiyalar barədə Şura əlaqələndiricisinin məlumatı dinlənilib.
1.1 istiqaməti üzrə Məhəmməd Talıblı və Qubad iİbadoğlu təkliflərini və CV ilə müraciət ediblər.
1.3stiqamətinə Mübriz Tağıyev və Məmmədhəsəs Həsənov iddiaçı olub
1.6 istiqamətinə Taleh Əliyev İlham Hüseynli və Oqtay Gülalıyev müraciət ediblər.
1.5 istiqaməti üzrə müraciət edən olmadığı barədə məlumat verildi.
Fəaliyyət Planı üzrə təqdim olunan iddiaçıların məqsəd məktubları və CV-ləri ilə Şura üzvləri tanış olduqdan sonra bu məsələ ilə bağlı öz təkliflərini səsləndiriblər.
Məhəmməd Talıblı göndərilən konsepsiyalar ilə yaxından tanış olaq sonrakı iclasda seçim etməyi təklif etdi.
Zöhrab İsmayıl məqsəd məktublarını Şura şəbəkəsinə göndərilsin və müəllifini bilmədən biz bu sənədlə tanış olardıq.
Əli Quliyev iddiaçıların məqsəd məktubları Şura üzvlərinə göndərilsin baxıb tanış olaq və kriteriyalara uyğun olaraq seçim edək.
Sevil Yüzbaşeva səsləndirilən təkliflərin lehinə oldu lakin layihənin çoxdan( dəqiq tarixi qeyd etmək lazımdır) başlanmasını nəzərə alaraq işin gecikməməsi üçün təqdim olunmuş istiqamətlər üzrə iddiaçı ərizələrinə bu gün baxılmasını təklif etdi.
Müzakirələr nəticəsində sonda Şura üzvlərinin bu məsələ ilə bağlı qərarı belə oldu.
Qərar: Fəaliyyət Planın 1.3 istiqaməti üzrə Mübariz Tağıyev öz ərizəsini geri götürdü. Digər ərizə ilə müraciət edən namizəd olmadığından bu istiqamətə iddiaçı olan Məmmədhəsən Həsənova bu istiqamət həvalə olundu. 1.1 və 1.6 istiqamətlərinə təqdim olunmuş konsepsiyalarl a(iddiaçı ərizələri) Şura üzvlərinin daha yaxından tanış olması üçün və bu istiqamət üzrə məsul şəxslərin seçilməsi növbəti Şura iclasına saxlanıldı. Buna qədər isə təqdim olunan konsepsiyalar iddiaçının kimliyini açıqlamamaq şərtilə şəbəkədə yayılmasə qərara alındı və bu iş Səbinə xanıma tapşırıldı. Şura üzvləri yalnız xüsusi kod altında olan konsepsiyalarla tanış olub rəylərini verəcəklər.
4. Cari məsələlər
Cari məsələrdə Sevil Yüzbaşevanın təklifi ilə iclasın dəqiq vaxtının təyin olunması ətrafında müzakirələr aparılıb. Şura üzvlərinin əksəriyyəti iclas vaxtının saat 17:00 keçirilməsini dəstəkləyiblər.
Digər məsələ Qubad İbadoğlu layihə koordinatorluğundan istefa verdiyini Şura üzvlərinin nəzərinə çatdırdı və bu vəzifəyə Sevil Yüzbaşevanın rəhbərlik etməsini istədi.
İclasın sədri: Sevil Yüzbaşeva
İclasın katibi: Səbinə Məmmədova