 |
«MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI» koalisiyanın yaradılması haqqında memarandum
Bakı şəhəri, 13 may 2004-cü il Biz,
Azərbaycan qeyri-hökumət qurumlarının aşağıda imzası olan nümayəndələri, ölkənin
təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə
ictimai nəzarəti təşkil və təmin etmək üçün «MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI» Koalisiyasında birləşməyimizi bəyan edirik.
Bizim bu təşəbbüsümüz Azərbaycan Respublikası Konstitusiyasının “Hakimiyyətin
mənbəyi” (1-ci maddə), “Təbii ehtiyatlar” (14-cü maddə), “Məlumat azadlığı”
(50-ci maddə), “Dövlətin idarə olunmasında iştirak” (55-ci maddə) və “Birləşmək
hüququ” (58-ci maddə) maddələrinə əsaslanır.
Koalisiyanı yaratmaqda məqsədlərimiz:
- Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən
gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli
istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
- Təbii sərvətlərin istismarı və əldə olunan gəlirlər barədə Azərbaycan
vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin
həyata keçirilməsi və o cümlədən dövlət orqanları və şirkətlərin bu sahədə
fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
- vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərinin birgə
fəaliyyət formasına keçirilməsi və onların sayəsində ictimai fəallığın
yüksəldilməsi;
- Böyük Britaniya hökumətinin elan etdiyi və Azərbaycan hökumətinin qoşulduğu
“Mədən sənayesində şəffaflıq təşəbbüsü”ndə Azərbaycan ictimai qurumlarının
təmsil edilməsidir.
Fəaliyyət prinsiplərimiz:
- Əməkdaşlığa açıqlıq. Koalisiya istənilən dövlət, qeyri-hökumət
qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və
sairə ilə əməkdaşlıq etməyə hazırdır.
- Qeyri-məhdud üzvlük. İstənilən QHT və fiziki şəxsi Koalisiyanın üzvü
ola bilər.
- Şəffaflıq. Koalisiyanın fəaliyyəti cəmiyyət üçün tam şəffaf və açıq
olacaq.
- Dəqiqlik. Koalisiya bütün mülahizə və qərarlarında çalışacaq ki,
dəqiqlik maksimum dərəcədə təmin edilsin və söylənilən rəylər, verilən
bəyanatlar və qiymətləndirmələr dəqiq məlumatlara və dərin təhlillərə
əsaslansın.
- Siyasi məqsədlərdən uzaqlıq. Koalisiya siyasi məqsədlər güdən heç bir
fəaliyyətdə iştirak etməyəcək.
- Qanunilik. Koalisiyanın fəaliyyəti Azərbaycan qanunvericiliyi
çərçivəsində həyata keçirilir.
Quruluş və fəaliyyətin tənzimlənməsi
Koalisiyanın quruluşu və fəaliyyətinin tənzimlənməsi Koalisiyanın
Əsasnaməsində öz əksini tapır və bütün Koalisiya üzvləri tərəfindən rəhbər
tutulur.
Koalisiyanın üzvləri:
|
1. |
Sabit Bağırov |
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi |
|
2. |
İnqilab Əhmədov |
İctimai Maliyyə Monitorinqi Mərkəzi |
|
3. |
Qubad Ibadoglu |
İqtisadi Tədqiqatlar Mərkəzi |
|
4. |
Mayis Güləliyev |
Vətəndaş Təşəbbusləri Mərkəzi |
|
5. |
Himayət Rizvanqızı |
“Himayədar” |
|
6. |
Sevgim Rəhmanov |
Tajirlər və İstehsalçılar Birliyi |
|
7. |
Mirvari Qəhrəmanlı |
Neftçilərin hüquqlarının müdafiə komitəsi |
|
8. |
Fəridə Hüseynova |
Yaşıllar hərəkətı |
|
9. |
Telman Zeynəlov |
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi |
|
10. |
Sevil İsayeva |
Ekoleks |
|
11. |
Saleh Hüseynov |
Aqroeko Konsaltinq Mərkəzi |
|
12. |
Əvəz Həsənov |
Humanitar Tədqiqatlar Jəmiyyəti |
|
13. |
İlham Əliyev |
Gəncə Kəpəz Bələdiyyəsi |
|
14. |
Aslan Vəliyev |
HVA Reqional bölgəsi (Gənjə) |
|
15. |
Razi Nurullayev |
Demokratik Islahatlar Ugrunda Jəmiyyət |
|
16. |
Nadir Adilov |
Gənc Hüquqşünaslar Birliyi |
|
17. |
Ruslan Sədirxanov |
Vençur layihələri iştirakçıları Asos. |
|
18. |
Osman Qunduzov |
Multimediya İnformasiya və Texnologiya mərkəzi |
|
19. |
Tarverdiyeva Yeqanə |
İHQMB |
|
20. |
Sahib Məmmədov |
Vətəndaşların əmək hüquqlarını müdafiə liqası |
|
21. |
Kəngərli T.N. |
«Çevrə» Davamlı İnkişafa Yardım İjtimai Birliyi |
|
22. |
Fəqan Əliyev |
Beynəlxalq Ekoenergetika Akademiyası |
|
23. |
Altay Zahidov |
İnsan Hüquqları XXİ əsr-Azərbayjan Fondu |
|
24. |
Rövşən Novruzov |
Gəncə Uşaq Fondu |
|
25. |
Azər Mehtiyev |
«Ekspert» esonomik curnalı |
|
26. |
Camal Məmmədov |
«Bilik» Gəncə |
|
27. |
Nazim İbadov |
«Buta» Humanitar Uşaq Fondu |
|
28. |
Nuri Nuriyev |
Azərbayjan Maarifçi Gənclər Təşkilatı Sabunçi şöbəsi |
|
29. |
Saadət Bənənyarlı |
Beynəlhalq İnsan Hüquqları Jəmiyyətinin Milli Qruppu |
|
30. |
Ənvər Səfər-zadə |
Crude Accountability (fiziki şəxs) |
|
31. |
Samir İsayev |
Fiziki şəxs |
|
32 |
Nəriman Ağayev |
Fiziki şəxs |
|
 |