MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

MSŞA Koalisiyası Mînitîrinq Qrupunun Əsŕsnŕməsi
1. Monitorinq Qrupunun məqsədi

1.1. MQ-nin məqsədi MSŞA QHT Koalisiyasının fəaliyyətinə ümumi nəzarəti təmin etməkdir.

2. Monitorinq Qrupunun fəaliyyət istiqamətləri
2.1. MQ-nin fəaliyyəti MSŞA Koalisiyasının Əsasnaməsi və “MSŞA Koalisiyasının MQ-nin Əsasnaməsi” ilə tənzimlənir.

3. Monitorinq Qrupunun fəaliyyət formaları
Monitorinqin bütün üsullarından istifadə etmək:
3.1. Müşahidə aparmaq;
3.2. Rəylər toplamaq;
3.3. İnformasiya toplamaq;
3.4. Analiz etmək;
3. 5. Fəaliyyəti qiymətləndirmək;
3.6. Və digər üsullar

4. Monitorinq Qrupunun strukturu və idarə olunma qaydaları
4.1. Monitorinq Qrupu Koalisiyanın üzvü olan QHT-lərin nümayəndələrindən formalaşdırılır;
4.2. Monitorinq Qrupunun say tərkibi 5 nəfərdən ibarətdir və onun üzvləri Şuranın seçildiyi müddətə seçilir;
4.3. Monitorinq Qrupunun iclaslarına sədrlik rotasiya prinsipi ilə təşkil və idarə olunur;
4.4. Monitorinq Qrupu öz fəaliyyətini iş bölgüsü əsasında və konkret fəaliyyət planı üzərində qurur;
4.5. Monitorinq Qrupu öz iclaslarını ayda 1 dəfədən az olmayaraq keçirir;
4.6. Monitorinq Qrupunun növbədənkənar iclasları Monitorinq Qrupu üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər;
4.7. Monitorinq Qrupunun iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;
4.8. Monitorinq Qrupu müzakirə etdiyi məsələlər barədə qərar qəbul edir. Monitorinq Qrupunun qərarları sadə səs çoxlugu ilə qəbul edilir;
4.9. Monitorinq Qrupunun qərarları tövsiyyə xarakteri daşiyir;

5. Monitorinq Qrupu üzvlərinin hüquqları
5.1. Koalisiya Şurasının iclaslarında iştirak etmək;
5.2. Koalisiyanın və Monitorinq Qrupunun məlumat bazasından istifadə etmək;
5.3. Qrupun fəaliyyəti haqqında məlumat almaq və vermək;
5.4. Qrupun iclaslarında baxılması üçün təkliflər vermək;
5.5. Qrupun müsbət rəyini almaqla onu təmsil etmək;
5.6. Ümumi Yigincaqda xüsusi rəylə çıxış etmək;
5.7. Qrup üzvünün Monitorinq Qrupunun adından hər hansı bəyanat vermək hüququ yoxdur;
5.8. Monitorinq Qrupuna üzvlük istənilən anda üzv tərəfindən dayandırıla bilər. Qrup üzvü qrupun əsasnaməsini pozduqda, onun işində iştirak etmədikdə, onun üzvlükdən xaric olunma məsələsi Qrup tərəfindən Ümumi Yıgıncaq qarşısında qaldırıla bilər.

6. Monitorinq Qrupu və üzvlərinin vəzifə və öhdəlikləri
6.1. Monitorinq Qrupu özünün fəaliyyəti barədə Ümumi Yıgıncaga hesabat verməlidir;
6.2. Monitorinq Qrupu Koalisiyanın orqanlarından və üzvlərindən daxil olan ərizələrə (1 ay ərzində) baxıb cavab verməlidir;
6.3. Monitorinq Qrupunun Koalisiyanın fəaliyyəti, Şuranın Ümumi Yıgıncaga verdiyi hesabatlar Koalisiyanın seşkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Koalisiyanın Əsasnaməsinə uygunlugu, Koalisiyanın illik xərclər smetasının layihəsi, Koalisiya tərəfindən, eyni zamanda, onun dəstəyi ilə həyata keçirilən layihələrin və tədbirlərin monitorinqinin nəticələri barədə öz hesabatını (rəyini) hazırlayıb Ümumi Yıgıncaga təqdim etməlidir;
6.4. Monitorinq Qrupunun üzvləri qrupun toplantılarında müntəzəm iştirak etməli, iş bölgüsü əsasında onlara həvalə fəaliyyətlərin həyata keçirilməsini təmin etməlidirlər;

7. Monitorinq Qrupunun fəaliyyətinin maliyyələşdirilməsi
7.1. Monitorinq Qrupunun fəaliyyəti Koalisiyanın institusional qrant layihəsi və ya Vahid Layihəsi çərçivəsində maliyyələşdirilir;

8. Bu əsasnaməyə əlavə və dəyişiklik edilməsi
8.1. Əsanaməyə dəyişikliklər Ümumi Yıgıncaq iştirakçılarının yarıdan çoxunun iştirak etdiyi iclasda əsasında edilir;

9. Monitorinq Qrupunun ləgv edilməsi
9.1. Monitorinq Qrupunun Koalisiyanın Ümumi Yıgıncagının qərarı ilə ləgv edilə bilər.




  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

27.01.2012“Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

 

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

23.12.2011MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

15.12.2011Regionun ən böyük QHT Koalisiyası Ümumi Yığıncağını keçirəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək.  İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az