MHŞT Azərbaycan xəbərləri

“Ölkədə çoxsaylı sosial proqramlara ehtiyac duyulduğu halda belə böyük məbləğli investiya layihələrinin həyata keçirilməsi qəbulolunmazdır”. Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Məhəmməd Talıblı Dövlət Neft Fondunun 85 milyon avro dəyəri olan yeni bina inşa etdirməsinə münasibət bildirərkən deyib.

“Biz ötən ilki fəaliyətimizin davamı olaraq Anlaşma Memorandumunun təkmilləşdirilməsi istiqamətində müzakirələri davam etdirmək niyyətindəyik”. Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Çoxtərəfli Qrupdakı(ÇQ) təmsilçisi Qubad İbadoğlu ÇQ-nin iclaslarında əsasən hansı məsələlərə diqqət yetiriləcəyinə dair verdiyi açıqlamada bildirib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura iclasında MSŞT üzrə Çoxtərəfli Qrupda(ÇQ) vətəndaş cəmiyyətini təmsil edəcək şəxslər müəyyənləşdirilib. Koalisiyanın informasiya xidməti xəbər verir ki, şura üzvləri arasında gizli keçirilmiş səsvermə nəticəsində...

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib. 163 qeyri-hökumət təşkilatını özündə birləşdirən MSŞT Koalisiyasının ali tədbiri bu dəfəf də iştirakçılıq və fəallıq baxımından diqqət çəkib.

Mədən Sənayesində Şəffaflığı Artırılması QHT Koalisiyasının(MSŞT) mərkəzi ofisində Qanadan gəlmiş nümayəndə heyətilə görüş keçirilib. MSŞT Koalisiyasının informasiya xidmətindən verilən məlumata görə, Qananın müxtəlif dövlət qurumlarını təmsil edən qonaqlar MSŞT Koalisiyasının fəaliyyətilə yaxından tanış olublar.
1 2 3
|