08.01.2012 Koalisiya Çoxtərəfli Qrupa yeni üzvlər göndərdi

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura iclasında MSŞT üzrə Çoxtərəfli Qrupda(ÇQ) vətəndaş cəmiyyətini təmsil edəcək şəxslər müəyyənləşdirilib.
Koalisiyanın informasiya xidməti xəbər verir ki, şura üzvləri arasında gizli keçirilmiş səsvermə nəticəsində Sabit Bağırov, Qubad İbadoğlu, Azər Mehtiyev əsas, İlham Hüseynli isə ehtiyyat üzv kimi qarşıdakı bir ildə Çoxtərəfli Qrupda təmsil olunmaq hüququ qazanblar. Xatırladaq ki, S.Bağırov və Q.İbadoğlu bundan əvvəl də Çoxtərəfli Qrup üzvü kimi fəaliyyət göstəriblər. Çoxtərəfli Qrup 2010-cu il fevralın 4-də yaradılıb. Bu qrup Azərbaycanda şəffaflıq təşəbbüsü üzrə idarəedici orqan kimi fəaliyyət göstərir. ÇQ-də MSŞT-yə dair Memorandumun tərəfləri – Azərbaycan hökuməti, neft hasilatı ilə məşğul olan şirkətlər və vətəndaş cəmiyyətinin üzvləri təmsil olunurlar.
Geri