MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

MHŞT Azərbaycan xəbərləri


25.01.2012 "Neft şirkətləri fərdi hesabat verməlidir"

QHT Koalisiyasının təmsilçiləri Çoxtərəfli Qrupda diqqət yönəldəcəkləri məsələlərdən danışdılar

“Biz ötən ilki fəaliyətimizin davamı olaraq Anlaşma Memorandumunun təkmilləşdirilməsi istiqamətində müzakirələri davam etdirmək niyyətindəyik”. Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Çoxtərəfli Qrupdakı(ÇQ) təmsilçisi Qubad İbadoğlu ÇQ-nin iclaslarında əsasən hansı məsələlərə diqqət yetiriləcəyinə dair verdiyi açıqlamada bildirib. Hazırda üç məsələnin razılaşdırılmamış qaldığını deyən Q.İbadoğlu bunlardan birinin Hökumət Komissiyasında olan bəzi səlahiyyətlərin Çoxtərəfli Qrupa keçirilməsi olduğunu bildirib: “Digər məsələ kimi, fərdi hesabatlığın Memorandumda öz əksini tapması nəzərdə tutulub. Bütün bunlarla yanaşı bütövlükdə hesabatın təkmilləşdirilməsi məsələsi üzərində də dayanacağıq”. Q.İbadoğlunun sözlərinə görə, mədən sənayesində fəaliyyət göstərən şirkətlərin vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənişlərilə bağlı açıqlamaların verilməsi məsələsinə də diqqət yönəldiləcək: “MSŞT üzrə 15-ci hesabatın hazırlanmasına start verilməlidir. Yaqin ki, qarşıdakı iclasımızda hesabatı audit edəcək şirkətin seçilməsini məsləsini də həll edəcəyik. Həmin şirkət 2011-ci ilin yekunları əsasında MSŞT hesabatlarının tutuşdurulması ilə məşğul olacaq”. Q.İbadoğlu MSŞT-nin dəyərləndirilməsilə bağlı ilk dəfə olaraq hazırlanacaq hesabatdan da danışıb. Bu sənədin iyulun 1-nə kimi MSŞT-nin beynəlxalq İdarə Heyətinə təqdim olunacağını deyən ÇQ üzvü qeyd edib ki, hazırda bu hesabatın məzmunu və strukturunun hazırlanması ilə bağlı müzakirələr gedir: “Yəqin ki, Çoxtərəfli Qrupun iclasında hesabatın məzmunu və strukturunu da təsdiq edəcəyik. 2012- ci ildə həm də MSŞT üzrə beynəlxaq konfransın və beynəlxalq İdarə Heyətin toplantısının birinin Bakıda keçirilməsi nəzərdə tutulur. Çoxtərəfli Qrupun iclasında bu məslələrlə də bağlı müzakirələr aparılacaq. MSŞT hesabatlarının ictimailəşdirilməsilə bağlı müəyyən öhdəliklərimiz var. Bu öhdəliklər həm hökumət komissiyasına, həm şirkətlərə, həm də vətəndaş cəmiyyətinə şamil olunur. Odur ki, biz də buna uyğun olaraq televiziyada MSŞT üzrə 14-cü hesabatın müzakirəsinə dair depatın təşkilini nəzərdə tuturuq. Ümumiyyətlə, MSŞT hesabatlarının təkmilləşdirilməsi və ictimailəşdirilməsi istiqaməti 2012-ci ildə Çoxtərəfli Qrupdakı fəaliyyətin əsas xəttini təşkil edəcək”.

ÇQ-nin digər üzvü Azər Mehtiyev də bildirib ki, Koalisiya təmsilçilərinin qrupdakı fəaliyyəti əsasən Kualisiyanın işləyib hazırladığı strategiyaya uyğun olaraq qurulacaq. “Biz hesab edirik ki, üçtərəfli Memorandumun şərtlərinin yenidən işlənməsinə ehtiyac var. Bu, hazırda gündəlikdə olan ən ciddi məsələlərdən biridir. Yəqin ki, Koalisiyanın Çoxtərəfli Qrupdakı təmsilçiləri olaraq bu məsələyə xüsusi diqqət ayıracağıq” deyən A.Mehtiyev qeyd edib ki, şirkətlərin fərdi hesabatlığa keçidi də önəmli məsələlərdən biridir: “Hazırda yalnız ümumiləşdirilmiş hesabatlar verilir. Bir neçə ildir ki, bizim Koalisiya fərdiləşdirilmiş hesabatların tətbiqi məsələsini gündəmə gətirib. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə olunur. Biz bu məsələnin də həllini tapmasına çalışacağıq. Artıq beynəlxalq səviyyədə də bu prosesin müəyyən qədər aktuallaşdığı görünür və hiss olunur ki, bu məsələ hökumət komissiyası üçün də getdikcə aktullaşmaqdadır. Ümid edirik ki, üst-üstə düşən maraqlar kantekstində biz məsələnin üzərinə daha çox gedə biləcəyik”. A.Mehtiyev təqdim olunan hesabatlarda məlumatların artırılmasının da vacid olduğunu bildirib. Bunun MSŞT hesabatlarının məzmununun gücləndirilməsi baxımından önəmli olduğunu deyən Koalisiya təmsilçisinin sözlərinə görə, bu gün MSŞT Beynəlxalq Səviyyədə yeni bir keyfiyyət halına keçib: “Prosesin çərçivələri getdikcə genişlənir, prinsip və tələbləri daha dəqiq işlənir. Biz də Çoxtərəfli Qrupdakı fəaliyyətimizi Azərbaycanda MSŞT-nin beynəlxalq səviyyədəki yeni məzmuna uyğunlaşdırmaq istiqamətinə yönəltməyə çalışacağıq”.

İnformasiya Xidməti



Geri



  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

27.01.2012“Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

 

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

23.12.2011MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

15.12.2011Regionun ən böyük QHT Koalisiyası Ümumi Yığıncağını keçirəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək.  İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az