MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

MHŞT Azərbaycan xəbərləri


09.02.2012 Neft Fondunun 110 milyonluq "bədxərcliyi"

MSŞT Koalisiyasının Şura üzvləri cəmi 110 nəfər işçisi olan Dövlət Neft Fondunun 117 mətrtəbəlik bina tikməsinə ehtiyac olmadığını deyirlər

“Ölkədə çoxsaylı sosial proqramlara ehtiyac duyulduğu halda belə böyük məbləğli investiya layihələrinin həyata keçirilməsi qəbulolunmazdır”. Bunu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Məhəmməd Talıblı Dövlət Neft Fondunun 85 milyon avro dəyəri olan yeni bina inşa etdirməsinə münasibət bildirərkən deyib. “Biz sosial proqramların yox, investisiya proqramlarının çoxluğundan yorulmuşuq” deyən iqtisadçı hesab edir ki, 85 milyon avroluq layihənin tenxiki-iqtisadi göstəriciləri ilə tanış olmadan onun bu məbləğə adekvatlığı haqqında mülahizə söylmək doğru deyil. Bununla belə, M.Talıblı bu qədər vəsaitin bir inzibati binanın tikintisinə sərf olunmasını doğru olmadığınl qeyd edib: “Hər bir dövlət struktu - komitə, nazirlik və fondlar üçün belə inzibati binaların tikilməsi üçün gərək büdcənin əhəmiyyətli hissəsi belə sosial xarakterli investisiya layihələrinə sərf olunsun. Bu isə ictimai vəsaitin səmərli idarəedilməsi baxımından yolverilməzdir. Təcrübədən bilirik ki, adətən belə böyük inzibatı binaların tikintisi effektiv və yaxşı idarəetmənin nəticəsi olaraq meydana çıxır. Amma bilirsiz ki, Neft Fondu toplam aktivlərinin idarə edilməsindən illik 1 faiz dividentdən də aşağı vəsait əldə edir. Bu zaman belə iderəetməni necə stimullaşdırmaq və mükafatlandırmaq olar? Düzdür, şəffaflıq və hesabatlılıq baxımından Neft Fondu digər dövlət qurumlarından irəlidədir, amma yenə də böyük təkmilləşdirməyə ehtiyac var. Bununla bərabər, onu da qeyd etmək lazımdır ki, işçi heyətin ofis problemi də olmayıb. Mənim müşahidəmə görə, Neft Fondunda çalışan işçilərin funksional və texniki-təşkilati fəaliyyət baxımdan sıxıntısı olmayıb. O zaman belə bahalı layihəyə niyə qərar verilib, onu anlamaq olmur”. “Binanın 23 mərtəbədən ibarət olacağı bildirilib. Sizcə Dövlət Neft fondu bu qədər mərtəbəni əhatə edəcək qədər strukturlara malikdirmi” sualına isə Şura üzvü belə cavab verib: “Məsələnin daha müqayisəli təhlil hissəsinə gəldikdə, onu deməliyəm ki, bu inzibati bina üçün nəzərdə tutulan 85 milyon avroluq büdcəni konvertasiya etsək, 110 milyon ABŞ dolları edir. Məlumat üçün bildirim ki, Neft Fondunda çalışan işçilərin sayı cəmi 110 nəfərdir. Bu isə o deməkdir ki, hər işçiyə 1 milyon dollarlıq inzibati xərc düşür. Bunun 23 mərtəbli bina üzrə bölüşdürsək, onda məlum olacaq ki, hər mərtbədə təxminən 5 işçi əyləşəcək. Belə məhdud sayda işçinin çalışması üçün bu qədər vəsaitin sərf olunması nəyə lazımdır? Onu da xatırladım ki, Neft Fondunun “Nizami” kinoteatrında olan binasında 50 milyon manat həcmində təmir-tikinti işləri həyata keçirilmişdi. İndi fondda 33 milyard dollar olduğu üçün bu vəsait kiçik görünür. Məlumat üçün bildirim ki, 2001-ci ildə Neft Fondunun vəsaitləri 491,5 milyon dollar idi”. M.Talıblı sonda onu da qeyd edib ki, indi Neft Fondunu vəsaitləri milyardlarla ölçülsə də vəsaitlərin istifadəsində mütləq rasionallıq və səmərəlilik olmalıdır. MSŞT Koalsiyasının digər Şura üzvü Vüqar Bayramov da hesab edir ki, Dövlət Neft Fonduna 85 milyonluq dəyəri olan binın inşa olunmasına hər hansı zərurət yoxdur. “Hündürlüyü 117 metr, ümumi sahəsi 13 min kv. metr olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Təxminən 110 milyon dollara başa gələcək binanın 17 min kv. metrlik istifadə sahəsi olacaq. 1 kv. metrin tikintisi 5176 manata düşür, bu isə Norveç Neft Fondunun binasının hər kvadratının inşası üçün çəkilən xəclərdən çoxdur. Fonda indiki ofisi də kifayət edirdi. Nəzərə alsaq ki, ARDNF-də işçi sayı 110 nəfərdir, deməli hökumət hər bir işçiyə 1 milyon dollara ofis yaratmaq istəyir. ARDNF-in ştatı kiçik olduğundan ona bu günə qədər tikilmiş binaların hər hansı birində yer vermək olardı. Və yaxud da ARDNŞ üçün tikilməkdə olan böyük binada bir mərtəbənin Neft Fonduna verilməsi daha məntiqli olardı”.V.Bayramov Dövlət Neft Fndunun 23 mərtəbəni əhatə edəcək strukturlara malik olmadığını da qeyd edib. “Neft Fondunun strukturuna icraçı direktor, vəsaitlərin idarə edilməsi müdriyyəti, Maliyyə və Əməliyyatlar müdriyyəti daxildir. Maliyyə və Əməliyyatlar müdriyyətinin tərkibində isə iki struktur – Hesablaşmalar Departamenti, Mühasibat Uçotu və Hesabatı departamenti daxildir. Bundan əlavə fondun ayrıca departamentləri var. Hansıki bunlar Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti, Neft Kontraktları Departamenti, İnzibati Departament, İnsan Resursları Departamenti, Hüquq Departamenti, Təhlükəsizlik Departamentidir” deyən Koalisiya təmsilçisinin fikrincə özünə yeni bina tikdirən Mərkəzi Bankın hazırkı binası Dövlət Neft Fondu üçün ofis rolunu oynaya bilərdi.



Geri



  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

04.04.2012Hasilat ərazisinin bələdiyyə və icma nümayəndələri üçün info-sessiya keçirilib

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyilə Hesabatlılığın artırılması layihəsinin “Regionlarda (Salyan, Şirvan) hasilat ərazisinin bələdiyyə və icma nümayəndələri üçün info-sessiyaların təşkili” istiqəməti üzrə Salyan rayonunda tədbir keçirilib.

03.04.2012Yazıçıların iştirakı ilə MSŞT mövzusunda dəyirmi masa keçirilib

Dəyirmi masa iştirakçılarından Aydın Uluxanlı, Zahid Sarıtorpaq, Tofiq Qaraqaya, Həmzəli İlyas, Yavuz Cəlil, Şahlar Ruhi, Tofiq Ələkbərov və başqaları müzakirəyə qoşularaq, mövzu ilə bağlı fikirlərini açıqlayıb, müxtəlif sullarla çıxış ediblər...

06.03.2012Bakıda beynəlxalq MSŞT müzakirələri

Bakıda “MSŞT-nin inkişaf perspektləri: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa otelində təşkil olunan konfransda əvvəlcə İctimai Vəsaitin Monitorinqi Mərkəzinin...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az