| |
 |
EİTİ Dünya xəbərləri
21.04.2011 Koalisiya Şurasının yeni ofisdə ilk iclası keçirilib
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni ofisdə ilk iclası keçirilib. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun Neft gəlirləri və ictimai vəsait şəffaflığı proqramının direktoru Fidan Bağırovanın da iştirak etdiyi iclasda əvvəlcə gündəlik qəbul olunub. Daha sonra 2011-2012-ci illər üçün Koalisiyanın yeni layihəsinin konsepsiyası ətrafında müzakirələr aparılıb. Şura əlaqələndiricisi Qubad İbadoğlu donorlarla aparılan söhbətlər barədə ətraflı məlumat verib. Şura üzvləri konsepsiya ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələrin nəticəsində konsepsiyadakı istiqamətlər üzrə layihə hazırlayacaq işçi qruplar yaradılıb:
1-ci istiqamət - Fidan Bağırova, Mehriban Vəzir, Oqtay Gülalıyev.
(“Neft gəlirləri hamımızındır: gəlin diqqətli olaq!” ictimai maarifləndirmə kampaniyası vasitəsilə indiyə qədər açıqlanmış hesabat məlumatlarının populyarlaşdırılması)
2-ci istiqamət - Azər Mehdiyev, Məhəmməd Talıblı.
(“Fərdi hesabatlığa keçid” şüarı altında şirkətlərlə ikitərəfli və çoxtərəfli danışıqların aparılması və bundan imtina edənlərə qarşı təzyiq kampaniyasına start verilməsi)
3-cü istiqamət - Əliməmməd Nuriyev, Sahib Məmmədov.
(“MSŞT Haqqında” Qanun layihəsinin hazırlanması və ÇQ-a təqdim olunması, “Neft Fondu Haqqında” Qanun layihəsinin qəbuluna nail olmaq üçün vəkillik işinin davam etdirilməsi)
4-cü istiqamər - Rafiq Təmrazov, Qubad İbadoğlu, Elçin Abdullayev.
(Təlim və seminarlar vasitəsilə Koalisiya üzvlərinin bilik və bacarıqlarının artırılması və Koalisiyanın institutsional inkişafının genişləndirilməsi)
5-ci istiqamət - Sabit Bağırov, Razi Nurullayev.
(Regional və beynəlxalq şəbəkələrdə təmsilçilik yolu ilə Koalisiyanın beynəlxalq nüfuzunun artırılması və regionda aparıcı rolunun gücləndirilməsi)
İclasda həmçinin Koalisiyanın yekun konfransının keçirilməsi məqsədilə də işçi qrupu yaradılıb. Qərara alınıb ki, bu qrupda hazırkı layihə istiqamətləri üzrə məsul şəxslər təmsil olunsunlar.
İnformasiya Xidməti
Geri
|
 |
|

|
| |
HADİSƏLƏR |

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.
DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki... / Bütün xəbərlər / |
| |
MÜƏLLİF YAZILARI |
Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri
Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır. / Bütün yazılar / |
| |
VİDEO |
 |
| |
KOALİSİYANIN TƏDQİQATLARI |
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...
2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat / Bütün yazılar / |
| |
MƏTBUAT HAQQIMIZDA |
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır... / Bütün yazılar / |
|