23.12.2011 MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

MSŞT Koalisiyası Şurasımım yeni tərkibdə ilk iclası keçirilib
Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.
İki məslədən ibarət (Şura əlaqələndiricisinin seçilməsi və Ekspertlər Şurasının Əsasnaməsinin müzakirəsi və qəbulu)gündəlik qəbul olunduqdan sonra Koalisiya Şurasının əlaqələndiricisi müəyyənləşdirilib. Səsvermə nəticəsində Sevil Yüzbaşova 6 ay müddətinə Koalisiya Şurasının əlaqələndiricisi seçilib.
Daha sonra Şura üzvləri Ekspertlər Şurasının Əsanamə layihəsi ətrafında müzakirə aparıblar. Əlavə təkliflər və düzəlişlər nəzərə alınmaqla Əsasnamə qəbul olunub. Tam hazır olduqdan son sənədin şəbəkəyə yayılması da qərarlaşdırılıb.
Çoxtərəfli Qrupda Koalisyanı təmsil edəcək tərkibin və Koalisiya layihəsindəki müsabiqəyə buraxılmış istiqamətlər üzrə məsul şəxslərin seçiləməsi kimi məsələlər Şuranın növbəti iclasına saxlanılıb.
İnformasiya Xidməti
Geri