27.01.2012 “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.
DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.
Ekspert “İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi”nin rəhbəri Azər Mehdiyev bildirib ki, Azərbaycanın Mədən Sənayesi ölkəsi olması təbii ki, gənclərin və ictimaiyyətin bu prosesə maraq göstərməsini təmin edib. O, iştirakçılara MHŞT-nin yaranması, Azərbaycanın bu prosesdə iştirakı və hazırkı vəziyyət barədə geniş məlumat verib.
"Dəyirmi masa"da interaktiv metoda əsasən, gənclərin ünvanladığı “Gənclərin MHŞT proseslərində hansı formada iştirakı mümkündür", “Ölkəmizin bu prossesdə gələcək perspektivləri necədir" sualları ekspert tərəfindən cavablandırılıb.
Qeyd edək ki, tədbir Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının layihısi çərçivəsində keçirilib.
İnformasiya Xidməti
Geri