MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

KOALISIYANIN TƏDQİQATLARI


14.12.2011 “MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən həyata keçirilən

MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf

layihəsi çərçivəsində görülən işlərlə bağlı

 

Y E K U N   H E S A B A T.

 

Ümumi məlumat. “MHŞT Azərbaycan; Təsdiqlənmədən sonrakı inkişaf” layihəsi Açıq Cəmiyyət İnstitut Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən həyata keçirilir. Layihənin fəaliyyət müddəti bir il olmaqla 01 avqust 2010- cu ildən başlayaraq 30 iyul 2011- ci ilə qədər olan dövrü əhatə edib. Layihənin ümumi həcmi 104.819 ABŞ dolları, maliyyə operatorları isə İqtisadi Tədqiqatlar Mərkəzi və Siyasi Araşdırmalar Mərkəzidir. Layihə çərçivəsində 9 istiqamət, eyni zamanda Koalisiyanın mətbuat Xidmətinin təşkili, İnformasiya Bülletenin elektron variantının hazırlanması və saytın yenidən qurulması fəaliyyəti daxildir.  Yekun Hesabat dövrü 01 avqust 2010- cu ildən 30 iyul 2011- ci ilə qədər olan dövrü əhatə edir.

Layihənin həyata keçirilməsinə 2010- cu ilin avqust ayının 1- dən start verilib.  Istiqamətlər üzrə məsul şəxslərlə müqavilə bağlanılıb, eyni zamanda hər bir istiqamət üzrə həyata keçiriləcək fəaliyyətləri özündə əks etdirən Fəaliyyət Planı Vahid Yekun Cədvəl halına salınıb, Koalisiya Şurasında müzakirə edilərək əlavə və düzəlişlərlə təsdiq edildikdən sonra Koalisiya ofisində divardan asılıb. Yekun Cədvəldə bütün istiqamətlər, görüləcək işlər, icra müddəti və məsul şəxslər qeyd olunub. 

Layihə çərçivəsində görülən işlər; 2010- 11- ci illər üçün Koalisiyanın həyata keçirdiyi layihə çərçivəsində aşağıdaki işlərin görülməsi nəzərdə tutulub və bu işlər görülüb;

 

1.      MSŞT barədə Regional TV- lərdə Talk- Şouların təşkili;

Talk- Şounun çəkilişi 02 dekabr 2010- cu il tarixdə Kanal 13 internet TV- nin çəkiliş mərkəzində həyata keçirilib. Çəkilişdə Koalisiyanın Şura üzvləri Qubad İbadoğlu, Əliməmməd Nuriyev, layihənin koordinatoru Oqtay Gülalıyev və Koalisiya üzvü Azər Mehtiyev iştirak edərək şəffaflıq təşəbbüsünün meydana gəlmə zərurəti, prosesin gedişatı, Koalisiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivlər barədə söhbət açıb, neft gəlirlərinin xərclənməsində ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətindən   bəhs ediblər.  QHT Koalisiyasının hazırladığı verilişdə neft gəlirlərinin səmərəli və şəffaf xərclənməsinin əhəmiyyətindən danışılıb, Dövlət Neft Fondu haqqında Qanunun vacibliyi qeyd olunub. Verilişlər 5 region telekanalda nümayiş olunub. İlk veriliş 2010- cu ilin dekabrın 19- da Sumqayıtın “Dünya” telekanalında nümayiş etdirilib. Bir gün sonra isə Qubanın “Xəzər” TV-də, dekabrın 28- də Mingəçevir və Zaqatalanın yerli tele- kanalında MSŞT mövzusunda hazırlanmış veriliş efirə verilib. Nəhayət, sonuncu veriliş 2011-ci il yanvarın 4- də Gəncənin “Kəpəz” kanalında nümayiş olunub.
Aparılan araşdırmaya görə hər bir adı çəkilən regional televizyanin 600 yuz mindən artıq seyrıçı auditoriyası var. İstiqamət üzrə məsul şəxslərin verdiyi məlumata görə MSŞT mövzusunu əhatə edən bu tip verilişlərin regional televiziya kanallarında yayımlanması əhalinin şəffaflıq təşəbbüsü barədə bilgilərinin artmasına və neft gəlirlərinin xərclənməsində ictimai nəzarətin güclənməsinə səbəb olmaqla maraqla izlənilib.

Verilişin lingi youtube-də yerləşdirilib və eyni zamanda müxtəli QHT şəbəkələrində  yayımlanıb;

http://www.youtube.com/watch?v=j3zLFyfvTTQ

http://www.youtube.com/watch?v=S2FDSGN3arQ

http://www.youtube.com/watch?v=9eq03Qch7W0

http://www.youtube.com/watch?v=8PiAln3kMQo

 

2.      MHŞT-nin tətbiqinin qanunvericilik bazasının gücləndirilməsi;

 Fəaliyyət Planına əsasən layihənin icrasından keçən müddət ərzində aşağıdakı fəaliy-   yətlər həyata keçirilmişdir.

“Mədən sənayesində şəffafliğin təmin edilməsinin qanunvericilik əsaslari” adlı Siyasət Sənədi hazırlanaraq Koalisiya Şurasına təqdim edilib. Siyasət Sənədinin hazırlanmasına həsr olunmuş hazırlıq dövründə MSŞT sahəsində xüsusi bilik və təcrübəsi olan ekspertlərlə görüşlər keçirilmiş, MSŞT-yə aid Beynəlxalq Təcrübə analiz edilmişdir. Siyasət Sənədinin Koalisiya və Donor təşkilata təqdim olunmasından sonra daxil olan təklif və iradlar, o cümlədən qiymətləndirici tərəfindən verilən təkliflər əsasında Siyasət Sənədi bir daha yenidən işlənərək Koalisiya Şurasına təqdim edilmişdir.

Qanun layihəsinin hazırlanması ilə bağlı fəaliyyətlər;

  • MSŞT sahəsində Qanunvericiliyi olan ölkələrin Qanunvericilik təcrübəsi öyrənilmişdir.
  • Ölkə Qanunvericiliyi təhlil edilmişdir;
  • Qanun layihəsinin strutkturu müəyyən edilmişdir.
  • Koalisiya Şurası tərəfindən 21 dekabr 2010-cu il tarixində təşkil edilmiş “MSŞT- nin tətbiqinin qanunvericilik bazasının möhkəmləndirilməsi”  movzusunda keçirilən konfransda siyasət sənədi və qanun layihəsi ilə bağlı prezentasiya təqdim edilmişdir. Kofransda ekspertlər tərəfindən qanun layihəsinə verilən təkliflər toplanmış və ümumiləşdirilmişdir;
  • ANS televiziyasında təşkil olunan “İqtisadi Forum” verilişində Qanun layihəsinə həsr olunmış müzakirələrdə istiqamət üzrə məsul şəxs Sahib Məmmədov iştirak edib.
  • Qanun Layihəsinin əsas prinsipləri ilə bağlı hazırlanan sorğu vərəqi Koalisiya şəbəkəsinə göndərilmiş və şəbəkədə müzakirəyə təqdim edilmişdir. Məqsəd Koalisiya üzvlərinin gələcək layihədə prinsipial hesab edilən məsələlərlə bağlı fikirlərini öyrənmək olmuşdur.

Müəllif tərəfindən “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Haqqında” Qanun layihəsi hazırlanaraq Koalisiya üzvlərinə, donor təşkilatlara, o cümlədən MSŞT üzrə Çoxtərəfli Qrupa təqdim edilmişdir. Layihə MSŞT Koalisiyası tərəfindən təşkil olunan 19 may 2011- ci il tarixli konfransda ictimaiyyətə təqdim edilmiş, bu barədə ölkə mətbuatında bir sıra izahlı məlumatlar və müsahibələr dərc edilmişdir. Qanun layihəsi 19 maddədən ibarətdir. Layihədə Təşəbbüsün Azərbaycanda inkişaf tarixi, tətbiq və idarə olunması, əhatə dairəsi, statusu, maraqlı tərəflər, onların hüquq və vəzifələri, məsuliyyətləri, Çoxtərəfli Qrupun tərkibi, formalaşması, idarə olunması, təminatı, keçid müddəalar və s. əks olunub.

Qanun layihəsi müzakirə olunmaq və tərəflərin rəyini öyrənmək üçün Koalisiya təmsilçiləri tərəfindən Çoxtərəfli Qrupda müzakirəyə çıxarılıb. Lakin şirkətlər və Hökümət Komissiyası hələ ki belə bir Qanuna ehtiyac olmadığını, MSŞT ilə bağlı məsələlərin tərəflər arasında 2004- cü ildə imzalanmış Anlaşma Memorandumu və Çoxtərəfli Qrup Haqqında Razılaşma Sənədi ilə tənzimləndiyini bildirərək Qanun layihəsinin əleyhinə çıxıblar.

Qanun layihəsinin Parlamentdə qəbul olunması istiqamətində vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulan işlərin həyata keçirilməsi növbəti mərhələyə saxlanılıb. Buna səbəb Layihə hazır olan ərəfədə Milli Məclisin yay tətilinə çıxması və həmçinin Qanunun qəbulu üçün lazım olan ictimai rəy və digər hazırlıq işlərinin görülməsinə zərurətlə bağlı olub.

3.      Dövlət Neft Fondu haqqında Qanun layihəsinin vəkillik fəaliyyəti

 

Bu fəaliyyət çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutularaq həyata keçirilib;

- Qanun layihəsinin Azərbaycan Respublikası Prezident Aparatına və  yeni formalaşmış parlamentə rəsmi təqdimi və MM- də qeydiyyatdan keçirilməsi;

“Dövlət Neft Fondu haqqında” qanun layihəsinin yeni çağrış Milli Məclisə təqdim edilməsi məqsədilə bir neçə yeni seçilmiş millət vəkili ilə müazakirələr aparılıb.  Müzakirələrin nəticəsi olaraq millət vəkilləri Qüdrət Həsəbquliyev, Fazil Mustafayev, İlayas ismayılov tərəfindən «İslahat» deputat qrupu adından qanun layihəsinin Milli Məclisə təqdim edilib. Millət vəkilləri qanun layihəsinin Milli Məclisdə müzakirə olunması üçün 14-02-2011 tarixdə keçirilmiş palamentin iclasında təklif irəli sürüblər. Təklifə münasibət bildirən spiker Oqtay Əsədov layihəyə baxılacağını və münasibət bildiriləcəyini bildirib. Eyni zamnda millət vəkilləri Qüdrət  Həsənquliyev, Fazil Mustafayev mətbuatda bu qanun layihəsinin qəbulunun zəruri olması və əhəmiyyəti barədə müsahibələr veriblər.

- Layihə ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar etmək (məqalə və müsahibələr, TV-də 45 dəqiqəlik Dəyirmi Masada müzakirələrin təşkili) ;

-  Layihə ilə bağlı KİV-də kampaniya aparılması məqsədilə KİV-ə çoxsaylı müsahibələr, məlumatlar və açıqlamalar verilib.  Koalsiyanın bu təşəbbüsü ölkənn aparcı qəzetləri və xəbər agnetlikləri, informasiya portalları tərəfindən  işıqlandırılıb. Ümumiyyətlə KİV bu məsələyə çox böyük diqqət göstərib. Qanun layihəsinin mətni “Konstitusiya” Araşdırmalar Fondunun saytında  (http://kafondu.com/index.php?year=2011&month=03), həmçinin www. mediaforum.az  saytında http://www.mediaforum.az/articles.php?article_id=20100407012648075&lang=az&page=00  yerləşdirilib. Məqalə hazırlanib “Bizim yol” qəzetində və “Lent.az” saytında dərc edilib. Bu istiqamətdə ilkin müsahibə isə “Həftə içi” qəzetinin 15 fevral 2010- cu il sayında dərc olunub (Digər mətbuat orqanlarının lingi əlavə edilir).

MSŞT barədə ictimai məlumatlılığın artırılması məqsədilə regional televiziyalarda yayımlanmış verilişdə də DNF haqqında qanun layihəsi haqqında ətralı məlumat verilib. Bakı,  Sumqayıt,  Quba, Gəncə, Zaqatala regional televiziyalarında verilişlər yayımlanıb. 

Qanun layihəsi ilə bağlı ANS TV-də yayımlanan “İqtisadı forum” verilişində ətraflı məlumat verilib. Verilşdə istiqamət üzrə məsul şəxs çıxış edərək qanun layihəsi, onun mahiyyət, hansı faydaları verəcəyi ilə bağlı ətraflı məlumat verib.

 

- Müxtəlif beynəlxalq təşkilatlarda layihə ilə bağlı rəylərin alınmasına nail olmaq;

- Bu məqsədlə qanun layihəsi ingilis dilinə tərcümə edilib. Qanun layihəsi barədə  müxtəlif beynəlxalq təşkilatların, həmçinin EİTİ- nin Beynəlxalq Şəbəkəsi üzvlərinin rəylərinin alınması üçün müvafiq mətn hazırlanıb onlara gondərilib.

Qanun layihəsi  istiqamət üzrə məsul şəxs Əliməmməd Nuriyev tərəfindən Ecological Minerals Management şəbəkəsinə (ecominerals@yahoogroups.com) göndərilib. Qaunun layihəsi barədə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün  (MHŞT) 2011-ci il martın 2-3-də Fransanın paytaxtı Paris şəhərində keçirilən 5-ci Qlobal  Konfransında da Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı məlumat verilib.

- on-line imza kampaniyasının təşkili.

- Qanun layihəsinin Koalisiyanın saytında yerləşdirilməsi və on- line imzatoplama kampaniyasının həyata keçirilməsi üçün müvafiq forma, hazırlanıb.

Qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Dəyirmi masada  qanun layihəsi, onun mahiyyət, hansı faydaları verəcəyi ilə bağlı ətraflı məlumat verilib.

 

4.      MHŞT üzrə hökumət və şirkətlərin hesabatlarının keyfiyyətinin artırılması;

Bu istiqamət üzrə qarşıda duran əsas vəzifə hesabatların daha dərin və sistemli təhlili üzrə xüsusi metodolojinin hazırlanması olub. Bununla əlaqədar olaraq ilk növbədə beynəlxalq (EİTİ Katibliyi, Dünya Bankı, beynəlxalq qiymətlənrimə şirkətlərinin hesabatları, eləcə də ayrı- ayrı üzv ölkələrin) təcrübə materialları yığılmış və nəzərdən keçirilmişdir. Bu istqamətdə aparılan araşdırmalar göstərmişdir ki, nə beynəlxalq təşkilatlar, nə də ölkələr üzrə bu məsələyə münasibətdə vahid metodoloji yanaşma yoxdur. Odur ki, layihə fəaliyyətinin icrası zamanı eyni zamanda beynəlxalq standartlar üzrə maliyyə hesabatlarının təhlili metodikasına da diqqət yetirilib. Bu zaman əsasən müəssisə səviyyəsində hesabatların təhlilinə həsr olunmuş metodoloji tədqiqat aparılaraq, onun EİTİ hesabatlarının təhlili ilə unifikasiyası məsələləri nəzərdən keçirilmişdir.

Layihənin icrası zamanı EİTİ hesabatlarının və ona Koalisiya Şurasının verdiyi rəylərin sistemləşdirilməsi işi başa çatdırılıb. Bu zaman əsas diqqət rəylərin struktur təhlilinə, trend təhlilinə, təkliflərin tətbiqi təhlilinə yetirilib. Araşdırmalar zamanı məlum olmuşdur ki, irəli sürülmüş təkliflərin tətbiq imkanları Çoxtərəfli Qrupun yaradılmasından sonra sürətlənmişdir.

Layihə çərçivəsində  EİTİ-dən kənarda digər açıqlamalarla (Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, yerli və xarici neft şirkətlərin hesabatları, beynəlxalq maliyyə qurumlarının təhlilləri və s.) sistemli müqayisə imkanları qiymətləndirilmişdir. Məlum olmuşdur ki, “güzgü statistikası” metodologiyası üzrə aparılan müqayisələr bir sıra göstəricilər üzrə  fərqlərin aşkara çıxarılmasına şərait yaradır, eyni zamanda da kənarlaşmaları müəyyənləşdirməyə qərarlaşmış tendensiyaları və meylləri qiymətləndirməyə imkan verir.

Müəllif Hesabatların qiymətləndirilməsini Gəlirlərə Nəzarət İnstitutunun ekspertlərinin MSŞT meyarları əsasında hazırladıqlari metodologiya[1] əsasında aşağıdakı cədvəldə olduğu kimi aparmağın mümkünlüyünü bildirib:

 

İnikatorlar

Nəticə

1

Müntəzəmlilik[2]

+

2

Müddət çərçivəsi [3]

+

3

Məzmun və əhəmiyyətlilik[4]

?

4

İnandırıcılıq [5]

+

5

Əhatəlilik [6]

?

6

Kənarlaşma[7]

+

7

Geri



  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

27.01.2012“Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

 

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

23.12.2011MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

15.12.2011Regionun ən böyük QHT Koalisiyası Ümumi Yığıncağını keçirəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək.  İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az