MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN
ARTIRILMASI KOALİSİYASI

 Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

 

KOALISIYANIN TƏDQİQATLARI


12.12.2011 ARDNŞ-nin Şəffaflığının artırılması

ARDNŞ-nin Şəffaflığının artırılması

istiqaməti üzrə 2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə

Hesabat

 

Müəllif: Mübariz Tağıyev

 

 

 

 

 

 

 

 

Bakı 2011

 MÜNDƏRİCAT

 

Ön söz .........................................................................................................................

3

1. Xarİcİ neft şİrkətlərİnİn şəffaflıq prİnsİplərİnİn və

praktİkasının ........................................................................................................

 

3

     1.1. STATOIL ...........................................................................................................

3

     1.2. LUKOİL ............................................................................................................

9

     1.3. TPAO (Türkiyə Petrol Anonim Otaqlığı) ....................................................

11

     1.4. BP .............................................................................................................

12

     1.5. Kazmunayqaz ..........................................................................................

14

     1.6. ARAMKO .........................................................................................................

16

2. ARDNŞ-nİn İllİk hesabatları ...................................................................

17

     2.1. ARDNŞ-nİn 2010-cu İl üzrə Kosolİdasİya Edİlmİş

            Malİyyə Hesabatları ...........................................................................

 

17

           2.1.1. Müstəqİl Audİtorun Hesabatı .............................................

17

           2.1.2. Konsolİdasİya Edİlmİş Malİyyə Hesabatları ..............

20

           2.1.3. Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə

                     Qeydlər ...............................................................................................

 

22

           2.1.4. ARDNŞ-nİn Malİyyə fəalİyyətİnə daİr

                     məlumatların dİgər mənbələrdə təsvİr edİlməsİ

 

24

     2.2. ARDNŞ-nİn İllİk hesabatı ....................................................................

24

     2.3. ARDNŞ-NİN VEB-SƏHİFƏSİ ........................................................................

25

3. TÖVSİYƏLƏR .........................................................................................................

25

 


Ön söz

 

Hesabat dövründə bir qrup tanınmış neft şirkətlərinin şəffaflıq və hesabatlılıq təcrübəsi təhlil edilmişdir. Bunların arasında Statoil, BP, Lukoil, TPAO, Kazmunayqaz və Aramko var. Təhlillərin nəticələri qısa şəkildə bu hesabata daxil edilib. Hesabatda, eyni zamanda, ARDNŞ-nin Kosolidasiya Edilmiş Maliyyə Hesabatlarının, İllik Hesabatının (Ümumi) və şirkətin veb-səhifəsinin təhlili nəticələridə əks etdirilir. Bu təhlillər zamanı digər şirkətlərin (Statoil, BP, Lukoil, KazMunayGaz) təcrübələri nəzərədən keçirilir.

Hesabatında sonunda şəffaflığın artırılmasına dair bəzi tövsiyələr verilir.

 

 

1. Xarİcİ neft şİrkətlərİnİn şəffaflıq prİnsİplərİnİn və praktİkasının

 

1.1. STATOIL 

 

Qısa tarixi

Statoil[1] 34 ölkədə fəaliyyət göstərən beynəlxalq enerji şirkətidir. Şirkət 1972-ci ildə Norveç Dövlət Neft Şirkəti adı ilə yaradılmışdır[2]. 2 ildən sonra Şimal dənizində Statfjord yatağında neft kəşf edilmişdir. 1979-cu ildə Statfjord yatağından neft hasil edilməyə başlamışdır. 1981-ci ildə Statoil  Norveç neft kompaniyası olaraq Şimal dənizində yerləşən Gullfaks yatağınından karbohidrogen ehtiyatlarının hasil edilməsi ücün operator şirkət təyin olunmuşdur. 2001-ci ildə Statoil qismən özəlləşdirilmiş və Oslo və Nyu-York Fond Birjasında lisenziyalaşdırılmışdır. 1 oktyabr 2007-ci ildə Statoil neft kompaniyası 1960-cı ildə yaradılmış Norsk Hydro neft və qaz kompaniyası ilə birləşmişdir. Yeni neft kompaniyası müvəqqəti olaraq StatoilHydro adlandırıldı. Bu birləşmədən sonra şirkətin gücü və imkanları xeyli artdı və Statoil  dünya səviyyəli bir şirkətə çevrildi. 1 noyabr 2009-cu ildən yenidən Statoil adlandırıldı.

 

Şəffaflıq və hesabatlılıq

Şirkət həm bir çox ayrı-ayrı istehsal və maliyyə göstəricilərini müntəzəm şəkildə öz vebsəhifəsində açıqlayır, həmdə toplu şəklində illik və rüblük hesabatlarını burada yerləşdirilir. Bu hesabatlar böyük həcmli olduğu və vebsəhifədən tam şəkildə çəkilməsi üçün çətinliklər yarada biləcəyinə görə ayrı-ayrı bölmələr şəklində də vebsəhifədə yerləşdirilib. Məsələn, 2009-cu il üzrə şirkətin hesabatı[3] aşağıdakı forma və bölmələr üzrə vebsəhifədən çəkilə bilər:

-          20-F formada illik hesabat[4];

-          Şirkət barədə qısa məlumat bukleti (In Brief))[5];

-          Qanunvericiliklə tələb edilən hesabat (Statutory report 2009)[6];

-          Faktlar Kitabı (Fact Book)[7]. Bu kitabda Statoil şirkətinə dair hərtərəfli məlumatlar təsvir edilir;

-          Ayrı-ayrı məlumatlar:

ü  “Biz Kimik” bukleti (This is who we are)[8];

ü  Əsas qrafiklər (Key figures)[9];

ü  Əsas bölgələr (Statoil işlədiyi)[10];

ü  2009-cu il güzgüsündə (2009 at a glance)[11];

ü  Əməliyyatlara dair məlumatlar (Kəşfiyyat[12], Coğrafi bölgələrə görə neft və qaz ehtiyatları[13], Əlavə neft və qaz ehtiyatları[14], Neft və qaz hasilatı[15], Yataqlar üzrə neft və qaz hasilatı[16], Bölgələr üzrə neft və qaz hasilatı[17], Neft və qazın satış həcmləri[18], İnkişaf

Geri



  • 1 FOTO QALEREYA
  • 2 FOTO QALEREYA
  • 3 FOTO QALEREYA
  • 4 FOTO QALEREYA




HADİSƏLƏR

27.01.2012“Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda "dəyirmi masa" keçirilib

 

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

23.12.2011MSŞT Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Azər Mehdiyevin Koalisiya Şurasından istefa verməsi və onun yerinə Ümumi Yığınacaqdakı səsvermənin nəticəsinə görə, 12-ci olmuş Sevil Yüzbaşovanın keçməsi səs qoyularaq təsdiq olunub.

15.12.2011Regionun ən böyük QHT Koalisiyası Ümumi Yığıncağını keçirəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək.  İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Musavat.com-a açıqlamasında bildirib ki...

/ Bütün xəbərlər /



MÜƏLLİF YAZILARI

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ Bütün yazılar /

VİDEO

KOALİSİYANIN TƏDQİQATLARI

14.12.2011“MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” - YEKUN HESABAT

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...

12.12.2011ARDNŞ-nin Şəffaflığının artırılması

2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat

/ Bütün yazılar /


MƏTBUAT HAQQIMIZDA

15.12.2011Regionun ən böyük QHT Koalisiyasının Ümumi Yığıncağı keçiriləcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır...

08.08.2011test

test

/ Bütün yazılar /



 
DƏRGİ və BÜLLETEN

      
 
TƏRƏFDAŞLAR







KİV Linkləri








 
Vebdə bizi dəstəkləyin

 


 
 
Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A,
Life Center binası korpus 3, II mərtəbə, mənzil 82
Telefon: (012) 465 18 47 465 60 19 Faks:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az