| |
 |
Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstək Bəyannaməsi
Dəyərli Azərbaycan vətəndaşları! Azərbaycan QHT-lərinin Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası sizin hər birinizi aşağıdakı BƏYANNAMƏNİ
imzalamaqla Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləməyə və ona tərəfdar
olmağa çağırır.
Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstək Bəyannaməsi
Biz, Azərbaycan vətəndaşları,
-
Ölkənin təbii, ilk növbədə karbohidrogen ehtiyatlarının işlənilməsindən
gözlənilən yüksək gəlirləri nəzərə alaraq;
-
Azərbaycanın ictimai maliyyə ehtiyatlarından qeyri- effektiv və səmərəsiz
istifadə edilməsi ilə bağlı hələ də mövcud olan təhlükəni nəzərdə tutaraq;
-
Təbii ehtiyatların işlənilməsindən əldə edilən gəlirlərdən istifadənin bir
çox ölkələrdə onlar üçün “ehtiyatların lənəti”nə çevrilmiş kədərli təcrübəsini
dərk edərək;
-
Ölkədə əsaslı islahatların həyata keçirilməsi və vətəndaşların rifahının
yaxşılaşdırılması naminə Azərbaycanın neft gəlirlərinin şəffaf və səmərəli
istifadəsinin qarşıdakı iyirmi ildə milli inkişafın başlıca vəzufəsi olduğu
qənaətini qəbul edərək;
-
Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) məqsəd və
vəzifələrini və təbii ehtiyatların işlənilməsindən əldə edilən gəlirlər üzərində
vətəndaş nəzarətinin təşkili üçün şərait yaradılmasında onun faydasını nəzərə
alaraq,
beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstəyimizi
ifadə edir, hökuməti və təbii ehtiyatların işlənilməsi sahəsində çalışan
şirkətləri Təşəbbüsün Azərbaycanda tətbiqini və onun inkişafına hərtərəfli
yardımı davam etdirməyə çağırırıq.
MSŞT-yə TƏRƏFDAR OLMAQ ÜÇÜN QEYDİYYAT FORMASI Əgər Siz Mədən
Sənayesində Şəffaflıq Təşəbbüsünə tərəfdar olmaq istəyirsinizsə aşağıdakı
formanı doldurub "Məlumatı göndər" düyməsini basın.
|
 |
|
| |
HADİSƏLƏR |

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyilə Hesabatlılığın artırılması layihəsinin “Regionlarda (Salyan, Şirvan) hasilat ərazisinin bələdiyyə və icma nümayəndələri üçün info-sessiyaların təşkili” istiqəməti üzrə Salyan rayonunda tədbir keçirilib.

Dəyirmi masa iştirakçılarından Aydın Uluxanlı, Zahid Sarıtorpaq, Tofiq Qaraqaya, Həmzəli İlyas, Yavuz Cəlil, Şahlar Ruhi, Tofiq Ələkbərov və başqaları müzakirəyə qoşularaq, mövzu ilə bağlı fikirlərini açıqlayıb, müxtəlif sullarla çıxış ediblər...

Bakıda “MSŞT-nin inkişaf perspektləri: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa otelində təşkil olunan konfransda əvvəlcə İctimai Vəsaitin Monitorinqi Mərkəzinin... / Bütün xəbərlər / |
| |
MÜƏLLİF YAZILARI |
Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri
Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır. / Bütün yazılar / |
| |
VİDEO |
 |
| |
KOALİSİYANIN TƏDQİQATLARI |
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə...
2010, iyun – 2011, iyul müddətində görülmüş işlər barədə Hesabat / Bütün yazılar / |
| |
MƏTBUAT HAQQIMIZDA |
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti ümumi yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır... / Bütün yazılar / |
|