FOR IMPROVING TRANSPARENCY
IN EXTRACTIVE INDUSTRIES

The Coalition of Azerbaijan Non-Goverment Organization

 

MÜƏLLİF YAZILARI


20.07.2011 2009-cu ilin iqtisadi yekunları

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır. İqtisadiyyatımız üçün sınaq ili olan 2009-cu il eyni zamanda onu idarəedənlər üçün həm də xəbərdarlıq ili kimi yadda qalmışdır. Belə ki, yola saldığımız ildə qlobal maliyyə böhranın təsirinin və eləcə də dünyanın əmtəə bazarlarında baş verən qiymət dəyişikliklərinin təsiri ilə Azərbaycan iqtisadiyyatında bir sıra istiqamətlər üzrə tənəzzül meylləri, əmtəə və maliyyə bazarında qeyri-sabitlik müşahidə olunmuşdur. Bu meyllər neftin dünya bazar qiymətinin əsasən ilin birinci yarısında ucuzlaşması səbəbindən ixracatın 4 dəfə azalması, ümumi daxili məhsulun nominal həcminin 4 mlrd manata qədər aşağı düşməsi, tədiyyə balansının cari hesabının profistinin 2 dəfə azalması, habelə bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması, iqtisadiyyatda məcmu tələbin maliyyələşməsi mənbələrinin daralması, əsas kapitala investisiya qoyuluşunun aşağı düşməsi, əhalinin nominal pul gəlirlərinin azalması vasitəsilə özünü göstərmişdir. İlin birinci yarısında ölkədə makroiqtisadi durum əvvəlki və sonrakı dövrlərlə müqayisədə daha ağır olmuş, ilk yarım illikdə neft kimya, metallurgiya, neft emalı, mebel istehsalı və sair sahələrdə tənəzzül daha da dərinləşmiş və son nəticədə iqtisadiyyat biznesin qarşılaşdığı çətinliklər ucbatında hər ay on minlərlə iş yerləri itirmişdir.

back



  • 1 PHOTO GALLERY
  • 2 PHOTO GALLERY
  • 3 PHOTO GALLERY
  • 4 PHOTO GALLERY




EVENTS

/ All news /



AUTHOR ARTICLES

20.07.20112009-cu ilin iqtisadi yekunları

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Yola saldığımız 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərlə müqayisədə yalnız maraqlı hadisələrlə zənginliyi ilə deyil, həmçinin məsuliyyətlili və çətin olması ilə fərqləndi. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə olaraq bir sıra çətinliklərlə qarşılaşmışdır.

/ All articles /

VIDEO

COALITION RESEARCH

13.12.2011

TEST

/ All articles /


PRESS ABOUT US

08.08.2011TEST

test

/ All articles /



 
PUBLICATIONS

      
 
OUR PARTNERS









LINKS








 
Follow Us

 


 
 
Baku c., Narimanov dst., 5A, Ahmad Rajably str.,
Life Center building 3, floor 2, h. 82
Telephone: (012) 465 18 47 465 60 19 Fax:(012) 465 18 41
   

© 2011. Technical support @rtt.az