|
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi üçün
ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi üçün
ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir
Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun
olaraq şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci
ilin fevralında ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir.
Prezidentin İcra Aparatından verilən məlumata görə, yığıncaqlarda insan hüquqları və demokratiya, ailə, qadın və uşaq, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət, gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə sahələri üzrə ixtisaslaşmış QHT iştirak edə bilər. Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə yığıncaqda bir nümayəndə ilə təmsil olunacaqdır. Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları fevralın 10-dək Prezidentin İcra Aparatına müraciət edə bilərlər. QHT tərəfindən şura üzvlüyünə irəli sürülən namizəd "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin tələblərinə uyğun olmalıdır.
◄ 1 ... 6 7 8 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:53
|