|
2007-ci il ərzində inflyasiya
səviyyəsi üzrə alternativ hesablamaların nəticələrinin təqdimatı keçirilib
2007-ci il ərzində inflyasiya
səviyyəsi üzrə alternativ hesablamaların nəticələrinin təqdimatı keçirilib
 Bakı,
Azərbaycan, Avropa Mehmanxanası, 17 yanvar 2008-ci il, saat 10.00-da İqtisa  di
Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID)
maliyyə dəstəyi ilə həyata keçirdiyi “Alternativ
inflyasiya metodologiyasının işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın
22 regionunda ötən il ərzində apardığı qiymətlərin statistik müşahidəsinin
nəticələrini təqdim edib. Statistik müşahidənin nəticələri gostərir ki, ötən
il ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 28.96 faiz, Bakıda
30.04, regionda isə 27.58 faiz olub. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya
səviyyəsi xidmətdə 40.28 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində
inflyasiya səviyyəsi ərzaq məhsulları üzrə 28.12 faiz, qeyri ərzaq məhsulları
üzrə isə 21.81 faiz təşkil edib.
Konfrans zamanı layihənin yeni mərhələsinin təqdimatı olacaq və bu mərhələdə layihə çərçivəsində görüləcək işlər, aparılacaq tədqiqatlar barəsində məlumatlar veriləcək. Belə ki, konfrans çərçivəsində inflyasiyanın yoxsulluğa təsirinin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatların ilkin nəticələri, veb formatda ailənin inflyasiya kalkulyatorunun təqdimatı nəzərdə tutulur. Yekunda “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin nəticələri əsasında müxtəlif aspektlər üzrə real inflyasiya səviyyəsinin müəyyənləşdirilməsi və onun hökumətin anti-inflyasiya siyasətinin gücləndirilməsinə, biznes strukturlarının və ev təsərrüfatlarının qərarlarının rasionallığına təsiri barədə müzakirələr aparılacaq. Daha geniş məlumat əldə etmək üçün ITM-in “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin tədqiqat qrupunun rəhbəri cənab Vusal Qasımlı ilə əlaqə saxlaya bilərsiniz. Tel: (99412) 4373230 (daxili nömrə 115).
◄ 1 ... 8 9 10 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:50
|