Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/15)

Kataloqun mündəricatı(/ts_gen/azl/bulet/15)


25 yanvar 2008 – ci il tarixdə Beynəlxaql Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 2008- ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirib.

Məlum olduğu kimi 2007- ci ilin sonlarında  Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya Azərbaycan hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə yeddinci hesabatını açıqlayıb. Hesabatlara hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

İctimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının 29 yanvar tarixli iclasında Koalisiyanın 2007- ci ildə həyata keçirdiyi layihələrin yekun hesabatlılığı müzakirə edilib. Hesabat əsnasında məlum olub ki, Koalisiyanın ötən il üçün nəzərdə tutduğu fəaliyyət əsasən yerinə yetirilib. Bəzi istiqamətlər üzrə hesabtların verilməməsi ilə bağlı müxtəlif təkliflər olsa da, qərara alınıb ki, bir daha istiqamətlər üzrə məsul şəxslərə müraciət olunsun ki, yekun hesbatı təqdim etsinlər. 

MSŞT Koalisiyası Gəncə şöbəsinin Şura iclası keçirilib

Bakı, Azərbaycan, Avropa Mehmanxanası, 17  yanvar 2008-ci il, saat 10.00-da İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda ötən il ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Statistik müşahidənin nəticələri gostərir ki, ötən il ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 28.96  faiz, Bakıda 30.04, regionda isə 27.58 faiz olub. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi xidmətdə 40.28 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi ərzaq məhsulları üzrə 28.12 faiz, qeyri ərzaq məhsulları üzrə isə 21.81  faiz təşkil edib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının sonuncu Ümumi Yığıncağında Koalisiya çərçivəsində həyata keçirilən layihələrin qiymətləndirilməsi üçün Seçim Qrupunun yaradılması qərara alındı və bu barədə Əsasnaməyə müvafiq bənd də əlavə edildi.  Koalisiya Şurasının 19 dekabr tarixli iclaında Seçim Qrupunun Əsasnaməs layihəsinin hazırlanması barədə İşçi Qrupun yaradılması barədə qərar qəbul olundu.

Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevralında ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir.

MSŞT Koalisiyasının vahid layihəsi çərçivəsində hazırlanan layihə ictimai müzakirəyə təqdim edilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası çərçivəsində Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatın təqdimatı dekabrın 19-da Hyatt Reycensi Hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət qurumlarının, eləcə də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il üçün büdcəsinə dəyişikliklər edilib.

Qazaxıstanın “Kaşaqan” yatağı ilə bağlı 2007-ci ilin avqustundan bəri davam edən mübahisəli vəziyyət Astananın tam qələbəsi ilə başa çatıb. Belə ki, tərəflər arasında 2007-ci ilin avqustundan bəri davam edən danışıqlar nəticəsində yatağın işlənməsi üzrə yaradılmış konsorsiumda Qazaxıstanın Milli Neft Şirkəti olan “Kazmunayqaz”ın payı digər iştirakçıların hesabına 8,33 faizdən 16,8 faizə qaldırılıb. Beləliklə, bundan sonra yataqda işləyən “Agip KCO” konsorsiumunun üzvü olan iri xarici neft şirkətlərinin – “Eni”, “Total”, “ExxonMobil” və “RoyalDutch/Shell” hər biri “Kazmunayqaz”la eyni paya malik olacaqlar. Xatırladaq ki, əvvəlcə bu şirkətlərin hərəsi 18,5 faiz paya malik idilər. Əldə edilmiş razılaşmaya əsasən, Qazaxıstan əldə etdiyi əlavə paya görə yataqda hasilat başlandıqdan sonra xarici şirkətlərə 1,78 milyard dollar ödəyəcək. Hasilat başlayanadək keçən müddətdəki faizlər də bu məbləğin üzərinə əlavə ediləcək və ödəniş üç tranşa həyata keçiriləcək.

ARDNŞ, nəhayət ki, beynəlxlaq mühasibat uçotu standartları ilə işləməyə başlayıb. Şirkətdən bununla bağlı yayılan məlumatda bildirilir ki, maliyyə-uçot əməliyyatlarının beynəlxalq standartlara uyğun qurulması neft sənayesində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bununla əlaqədar bir çox digər dövlət orqanları kimi ARDNŞ-də də ötən illərdə ciddi tədbirlər görülmüşdür. Şirkət əməkdaşlarının bu sahədə zəngin iş təcrübəsinə malik olan ölkələrdə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına həsr olunmuş seminar və forumlarda iştirakı təmin edilmiş, onlar üçün xüsusi kurslar və treninqlər keçirilmişdir. 2004-cü ilin iyun ayında qəbul edilmiş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün ictimai əhəmiyyətli qurumlar 2008-ci ilin yanvarın 1-dən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidirlər. ARDNŞ bu qurumlar arasında Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməsi nəzərdə tutulmuş öncül şirkətdir.”

Azərbaycan BMT Baş Assambleyasının 62-ci sessiyasında Mineral Ehtiyatların  Hasilatı Sahəsində Şəffaflıqla bağlı xüsusi qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bununla bağlı Nyu-Yorka səfər edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti qətnamə layihəsinin hazırlanması işinə başlayıb.



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:49

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.357291