|
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (23/10/2007)
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (23/10/2007)
MSŞA Koalisiyası
Monitorinq qrupunun 01
saylı protokolu
İclasın gündəliyi:
1) Monitorinq qrupunun sədrlik
müddətinin müəyyənləşdirilməsi və rotasiya prinsipi ilə qrupa təyin olunacaq
sədrliyin növbələşdirilməsi. 2) Monitorinq qrupunun fəaliyyətinin əsas
istiqamətlərinin müəyyənləşdirilməsi haqqında. 3) Cari məsələlər.
İclasda iştirak edirdi: 3 nəfər Üzürlü səbəbdən iclasda iştirak etmirdi: 2 nəfər İclasın sədri: Mətanət Müslümqızı İclasın katibi: Anar Orucov İclasın gündəliyi: -
Monitorinq qrupunun sədrlik müddətinin müəyyənləşdirilməsi və rotasiya prinsipi ilə qrupa təyin olunacaq sədrliyin növbələşdirilməsi. -
Monitorinq qrupunun fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi haqqında. -
Cari məsələlər. I. Eşidildi: İclasa sədrlik edən Mətanət Müslümqızı çıxış edərək Monitorinq qrupunun Əsasənəməsinə uyğun olaraq onun sədrlik müddətinin müəyyən edilməsinin və qrupa rotasiya prinsipi ilə sədrlik edəcək şəxslərin növbələşməsinin zəruriliyini iclas iştirakçılarının diqqətinə çatdırdı. Çıxış etdi: Monitorinq qrupunun üzvləri Çingiz Dadaşov və Anar Orucov çıxış edərək qrupa sədrlik müddətinin 3 ay, ona sədrlik edəcək şəxslərin növbəliliyini isə əlifba sırasına əsasən müəyyənləşdirməyi təklif etdilər. Təklif səsə qoyularaq qəbul olundu. II. Eşidildi: Monitorinq qrupunun üzvü Çingiz Dadaşov çıxış edərək qrupun göstərəcəyi fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməyin vacibliyini vurğuladı və bu istiqaməti qrupun, eləcə də «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Əsasnamələri əsasında qurmağı məqsədəuyğun saydığını bildirdi. Məsələ ilə bağlı qrupun digər üzvləri Anar Orucov və Mətanət Müslümqızı da öz fikir və təkliflərini bildirdilər. İrəli sürülən təkliflər səsə qoyularaq qərar qəbul edildi. III. İclasda digər cari məsələlər müzakirə edilərək qərar qəbul edildi. İclasın qərarı -
«Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Monitorinq qrupunun Əsasnaməsinə uyğun olaraq rotasiya prinsipi ilə qrupa ediləcək sədrlik müddəti 3 ay, sədrlik edəcək şəxslərin növbəliliyi isə əlifba sırasına uyğun olaraq müəyyənləşdirilsin. -
«Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Monitorinq qrupunun fəaliyyətinin əsas istiqamətləri təşkilatın və eləcə də qrupun Əsasnamələri əsasında qurulması məqsədəuyğun sayılsın.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 13/8/2008 - 16:13:35
|