|
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (01/11/2007)
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (01/11/2007)
MSŞA Koalisiyası
Monitorinq qrupunun 02 saylı protokolu
İclasın gündəliyi: 1)
Koalisiyanın ümumi yığıncaqlarında üzürsüz səbəbdən iştirak etməyən üzvlərin
siyahısının dəqiqləşdirilərək Şuraya təqdim olunması.
İclasda iştirak edirdi: 3 nəfər Üzürlü səbəbdən iclasda iştirak etmirdi: 2 nəfər İclasın sədri: Çingiz Dadaşov İclasın katibi: Mətanət Müslümqızı İclasın gündəliyi: I. Koalisiyanın ümumi yığıncaqlarında üzürsüz səbəbdən iştirak etməyən üzvlərin siyahısının dəqiqləşdirilərək Şuraya təqdim olunması. I. Eşidildi: Monitorinq qrupunun üzvü Çingiz Dadaşov bir sıra Koalisiya üzvünün təşkilatın Əsasnaməsini kobud şəkildə pozaraq 2 dəfə üzürsüz olaraq ümumi yığıncaqlarda iştirak etmədiyini iclas iştirakçılarının nəzərinə çatdırdı. O, «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Əsasnaməsinin 3.8 bəndinə uyğun olaraq konkret ölçü götürülməsi ilə bağlı təşkilatların və fiziki şəxsin siyahısını Koalisiya Şurasına təqdim olunmasının vacibliyini vurğuladı. Qrup üzvləri Mətanət Müslümqızı və Anar Orucov çıxış edərək bu təklifə tərəfdar olduqlarını bildirdilər. Təklif səsə qoyularaq qəbul olundu. İclasın qərarı: I. «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Əsasnaməsini kobud şəkildə pozaraq 2 dəfə üzürsüz olaraq ümümi yığıncaqlarda iştirak etməyən təşkilatlar və hüquqi şəxs haqqında «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Əsasnaməsinin 3.8 bəndinə əsasən konkret ölçü götürülməsi üçün onların siyahısı Koalisiya Şurasına təqdim olunsun. Qoşma: 1. / Siyahı protokola əlavə olunur/ Qoşma: 1. Hüquqi şəxslərin SİYAHISI: 1. «Avrasiya Hüquqşünaslar Assosiyası» 2. «Azərbaycan İnşaat Assosiyası» 3. «Buta Humanitar Uşaq Fondu» 4. «Ekoleks» təşkilatı 5. «Yerin Dostları» Azərbaycan 6. «İnsan Hüquqlar və Qanunçuluğun Müdafiəsi Bürosu» 7. «Əks-Səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi 8. «Crude Accountability» 9. «Azərbaycan Ekoloji Standartların Monitorinqi Mərkəzi» 10. «Sülh və Demokratiya İnsititutu» Fiziki şəxs 1. İsayev Samir
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 13/8/2008 - 16:13:37
|