|
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (13/03/2008)
MSŞА Kоаlisiyаsı Mоnitоrinq Qrupunun аylıq iclаsı (13/03/2008)
MSŞA Koalisiyası
Monitorinq qrupunun 07 saylı protokolu
İclasın
gündəliyi: 1)
Görülmüş işlər və qərarların icrası.
2).
Cari məsələlər.
İclasda iştirak edirdi: 1. Mətanət Müslümqızı 2. Rühəngiz Hüseynova 3. Çingiz Dadaşov İclasın sədri: Çingiz Dadaşov İclasın katibi: Rühəngiz Hüseynova İclasın gündəliyi: 1. Görülmüş işlər və qərarların icrası. 2. Cari məsələlər. Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandıraraq yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu. I. Eşidildi. İclasın sədri Çingiz Dadaşov iclas iştirakçılarının nəzərinə çatdırdı ki, Monitorinq Qrupunun tövsiyyələri Koalisiya Şurası tərəfindən yerinə yetirilmir və Koalisiya Şurasının bəzi üzvləri yaddan çıxardırlar ki, MQ Koalisiyanın ümumilikdə faliyyətinə nəzarət edir və Koalisiyanın Əsasnaməsinin 11.3 və 11.5 bəndlərini rəhbər tutaraq bir daha onların nəzərinə çatdırmaq məqsədə uyğun hesab edilir. Çıxış etdi: I Monitorinq Qrupunun üzvü Mətanət Müslümqızı və Rühəngiz Hüseynova Koalisiya Şurasının bəzi üzvlərinin Koalisiyanın Əsasnaməsinin bir daha diqqətlə oxumalarını tövsiyyət etdilər. Qərara alındı: 1. Monitorinq Qrupunun tövsiyyə xarakterli qərarları da Şurada müzakirə olunub Monitorinq Qrupuna rəsmi cavab verilsin. (MSŞA Koalisiya haqqında Əsasnaməsinin 11.3 və 11.5 bəndinə uyğun olaraq).
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 13/8/2008 - 16:13:40
|