Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 19 Noyabr 2008, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası (30/05/2008) 

MSŞA Koalisiyası Şurasının iclası (30/05/2008) 
14 saylı Protokol (Bakı şəhəri, 30 may 2008-ci il)
İclasın gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası (İclaslararası dövrdə görülmüş işlərə dair Şura əlaqələndiricisi Qubad İbadoğlunun məlumatı, Norveç səfirliyininin maliyyələşdirdiyi layihənin icrasına dair layihə  əlaqələndiricisi Sevgim Rəhmanovun məlumatı və s. ) 2) Soros Fonduna təqdim ediləcək layihə üzrə yekun müzakirə 3) XI Ümümi Yığıncağa hazırlıq məsələləri  4) Cari məsələlər

İclasda iştirak edirdi:

  • 8 nəfər Şura üzvü

  • 2 nəfər Monitorinq Qrupu üzvü

  • 2 nəfər Koalisiya üzvü

İclasın sədri: Qubad İbadoğlu

Iclasın katibi: Məmmədova Səbinə

İclasın gündəliyi

  1. Görülmüş işlər  və qərarların icrası (İclaslararası dövrdə görülmüş işlərə dair Şura əlaqələndiricisi Qubad İbadoğlunun məlumatı, Norveç səfirliyininin maliyyələşdirdiyi layihənin icrasına dair layihə  əlaqələndiricisi Sevgim Rəhmanovun məlumatı və s. )
  2. Soros Fonduna təqdim ediləcək layihə üzrə yekun müzakirə
  3. XI Ümümi Yığıncağa hazırlıq məsələləri 
  4. Cari məsələlər

Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandıraraq yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu.

I.  Eşidildi.  İclasın sədri Qubad İbadoğlu keçiriləcək XI Ümumi Yığıncaq haqqında keçiriləcəyi yeri və saatı haqqında məlumatlar verdi. Qeydiyyatdan keçmiş iştirakçıların sayı açıqlandı. Gündəliklə bağlı müzakirələr aparıldı. Gündəlikdə əsas nəzərdə tutulan 2 məsələ oldu. Əsasnaməyə əlavə dəyişikliklərin olunması və Ekoloqların hazırladığı ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramının təqdimatı. Əsasnaməyə dəyişikliklərlə bağlı 3 nəfərdən ibarət Qubad İbadoğlu, Nuriyev Əliməmməd və Oqtay Güləliyevdən ibarət işçi qrupu yaradılıb müzakirələr aparılmışdı. Əliməmməd Nuriyev tərəfindən Ümumi Yığıncağın yarım ildə bir yox ildə 1 dəfə keçirilməsi təklifini vermişdir.

Bundan başqa həftə ərzində Açıq Cəmiyyət İnstitutu Fondunun maliyyələşdirdiyi layihənin Proqram hesabatı verilmişdir.

Nəzərdə tutulan görüşlərdən biridə Şahmar Mövsümovla olacaq görüşdür. 03 iyun gününə təyin olunmuş görüşdə Şura üzvləri, Koalisiya üzvlərindən Telman Zeynalov, Sabit Bağırov və İnqilab Əhmədovun iştirakı nəzərdə tutulub.  

Davam edən Norveç krallığının layihəsi çərçivəsində mayın 27-si Mingəçevir şəhərində mayın 29-u Xaçmaz şəhərində keçirilən tədbirlər haqqında məlumat verildi. Mingəçevir şəhərində keçirilən tədbirdə Qubad İbadoğlu və Əliməmməd Nuriyev neft gəlirləri barədə tədbir iştirakçılarını məlumatlandırdı. Xaçmaz şəhərində isə tədbir iştirakçılarını Əsgər Əhmədin və Fəqan Əliyevin iştirakı ilə keçib. Yekun konfransın keçirilmə tarixi isə 17 iyun gününə dəqiqləşdirilib və konfransla bağlı bütün məsələlər Fəqan Əliyeva həvalə olunub.

Sonrakı məsələ isə Ekoloqların hazırladığı ətraf mühitin mühafizəsi haqqında fəaliyyət proqramının hazırlanıb və şəbəkə vasitəsilə yayıldığı məlumatlandırıldı. Yığıncaqda isə onun təqdimatı Samir İsayevə həvalə olunub.

II.  Gündəliyin 2-ci məsələsi haqqında müxtəlif müzakirələr aparıldı. Son müzakirələrin əsasında büdcə hazırlanıb təqdim olundu.

Eşidildi: Qubad İbadoğlu büdcə istiqamətləri ilə iştirakçıları tanış etdi və istiqamətlər üzrə qonorarların qeyd olunduğunu dedi. İstiqamətlər üzrə bəzi xərclərdə salınıb. Bu xərclərə ekspertlərin regionlara ezamiyyə xərcləri yer tutur. Mətbuat və dəyirmi masaların keçirilməsi və bülletenin nəşri üçün də büdcə ayrılıb. Büdcə ilə tanış olduqdan sonra bir sıra büdcəyə dəyişikliklərlə bağlı təkliflər səsləndi.

Çıxış etdi: Dünya Sakit qeyri neft qaz təbii sektorunda təkliflərin hazırlanmasında 3 ekoloq ekspertdən 2-yə endirilməsi təklifini verdi.

Çıxış etdi: İlham Hüseynli bülletenin həm çap həm də elektron variantda hazırlanması təklifini irəli sürdü.

Təkliflərdən sonra müzakirə olunan məsələ səsə qoyuldu və qərara alındı ki, EİTİ üzrə təfsilatlı dəyərləndirmə istiqaməti üzrə  500$ vəsait ayrılıb neft haqqında qanun layihəsinin hazırlanmasına sərf olunsun.

Yekunda  XI Yığıncağa hazırlıqla bağlı müzakirələr aparıldı və  təkliflər verildi Yığıncaq sədarətinin  seçilməsi tövsiyyə olundu.

Qərara alındı ki, Yığıncaq zamanı sədrin seçilməsi daha məqsədə uyğun sayıldı.

İclasın sədri:  Qubad İbadoğlu

Iclasın katibi:  Məmmədova Səbinə


1 ... 39 40 41 ... 47 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:15:31

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.35407