|
MSŞA Koalisiyası Şurasının iclası (27/06/2008)
MSŞA Koalisiyası Şurasının iclası (27/06/2008)
15
saylı Protokol (Bakı
şəhəri, 27 iyun
2008-ci il)
İclasın gündəliyi: 1) Görülmüş işlər və qərarların icrası
2) XI Ümumi Yığıncağın nəticələrinin və qərarlarının müzakirəsi 3) 8-ci hesabatın onun təqdimatına dair toplantının müzakirəsi Hesabata Koalisiyanın rəyinin hazırlanması üzrə analitik qrupun yaradılması
4) “Neft gəlirləri hamımızındır” Kompaniyası ilə bağlı layihə təklifinin işlənməsi üzrə işçi qrupun yaradılması
5) QHT Şurasının elan etdiyi müsabiqəyə müraciət məsələsinin müzakirəsi 6) Cari məsələlər
İclasda iştirak edirdi: İclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Məmmədova Səbinə İclasın gündəliyi - Görülmüş işlər və qərarların icrası
- XI Ümumi Yığıncağın nəticələrinin və qərarlarının müzakirəsi
- 8-ci hesabatın onun təqdimatına dair toplantının müzakirəsi Hesabata Koalisiyanın rəyinin hazırlanması üzrə analitik qrupun yaradılması
- “Neft gəlirləri hamımızındır” Kompaniyası ilə bağlı layihə təklifinin işlənməsi üzrə işçi qrupun yaradılması
- QHT Şurasının elan etdiyi müsabiqəyə müraciət məsələsinin müzakirəsi
- Cari məsələlər
Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandıraraq yığıncağın gündəliyində olan məsələləri və Azərbaycan Dövlət Neft Fonduna Koalisiya adından təqdim olunacaq məktubun müzakirəsi məsələsi əlavə olunaraq gündəlik səsə qoyulub təsdiq olundu. I. Eşidildi. İclasın sədri Qubad İbadoğlu iclaslar arası məsələlər barədə məlumat verdi. 17 iyun 2008 - ci ildə həm Şura üzvlərinin həm Koalisiya üzvlərinin həm də yerli və xarici şirkətlərin iştirakı ilə keçirilən konfrans barədə danışdı. Koalisiya üzvləri də öz növbəsində konfrans barədə fikirlərini bildirdilər. Keçirilən tədbirlərdən biri də Dövlət Neft Fondunda olan görüş oldu. Bu görüş barədə iclasın sədri hərtərəfli məlumat verdi. Görüş əsasən Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün qiymətləndirilməsi ilə məşğul olan validatorun seçimi ilə bağlı idi. Görüşdə Şura üzvlərində Mirvari Qəhrəmanlı, Dünya Sakit, Koalisiya Şurasının Əlaqələndiricisi Qubad İbadoğlu və SOROS Fondunun nümayəndəsi Fidan Nəcəfova iştirak edirdi. 6 nəfər namizəd təqdim olunmuşdu. Görüşdə hər iki tərəfin iştirakı ilə 3 nəfərdən ibarət qrupun formalaşması təklifini irəli sürdülər. Elektron səsvermə nəticəsində 1 nəfər İqtisadi İnkişaf Nazirliyindən 1 nəfər nümayəndə Neft Fondundan və bir nəfərdə şirkətdən seçilmişdi. Yeni imzalanmış layihə haqqında iclasın sədri iştirakçılara məlumat verdi. 1 illik layihəyə 79 min dollar maliyyə ayrılıb onun 39 min dolları institusional xərclərə 40 min dolları isə proqram fəaliyyəti üçün nəzərdə tutulub. Növbəti məsələ Norveç səfirliyinin layihəsi əsasında keçirilən konfrans barədə danışıldı. Çıxış etdi: Ruhəngiz xanım keçirəcəyi tədbirlər barəsində iclas iştirakçılarını məlumatlandırdı bir tədbir Mingəçevir şəhərində digəri isə Qubada Koalisiya üzvü Fatma xanımın təşkilatçılığı ilə keçib. II. 31 may 2008-ci ildə keçirilən Ümumi Yığıncağın nəticələrinin müzakirəsi məsələsi barədə Koalisiya üzvləri öz fikirlərini bildirdilər. Çıxış etdi: Telman Zeynalov öz iradını bildirdi Yığıncaqda iştirak etməyən təşkilatın onun namizədliyini digər yerlərə verməsinin əleyhinə çıxdı. Digər Koalisiya üzvləri də öz fikirlərini bildirdilər. III. Şura üzvlərinin iştirakı ilə 8-ci hesabatın təqdimatı ilə bağlı toplantı olub. Yazılı şəkildə hesabata rəyin hazırlanması üçün Analitik Qrupun yaradılması təklifi verilib. Qrupda Qubad İbadoğlu və Azər Mehtiyev təmsil olunur digərləri isə öz namizədliyini könüllü verə bilərlər. Qərara alındı ki, gələn həftə keçirilən iclasa qədər Qrup öz işini yekunlaşdırsın. IV. “Neft gəlirləri hamımızındır” şəffaf kompaniya Dünya Bankının layihəsi çərçivəsində iş görülüb və bu kompaniyanın yenidən başlanması üçün digər donor təşkilatlara müraciət etmək təklifləri verildi. Gündəliyin 4-cü məsələsi haqqında müxtəlif müzakirələr aparıldı. Qərara alındı ki,“Neft gəlirləri hamımızındır” Kompaniyası ilə bağlı layihə təklifinin işlənməsi üzrə işçi qrupa Oqtay Gulaliyev, Mehriban Vəzir, Telman Zeynalov, İlham Hüseynli, Sevil Həmidova və moderator kimi iş Qubad İbadoğluya həvalə olundu. V. QHT Şurasının elan etdiyi müsabiqəyə Ümumi Yığıncaqda Ekoloqların hazırladığı ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramını təqdim olunması təklifi verildi. İclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Məmmədova Səbinə
◄ 1 ... 40 41 42 ... 50 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:15:29
|