Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 5 Dekabr 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası (11/07/2008)

MSŞA Koalisiyası Şurasının iclası (11/07/2008)
16 saylı Protokol (Bakı şəhəri, 11 iyul 2008-ci il )
İclasın gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası  2) Yeni üzvlərin qəbulu 3) Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin gedişi vəziyyətinin müzakirəsi  4) Soros Fondunu maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi  5) 8-ci hesabata  rəyin hazırlanmasına dair  analitik qrupun məlumatı 6) “Neft gəlirləri hamımızındır” kompaniyası ilə bağlı layihə təklifinin işlənməsi üzrə işçi qrupunun məlumatı 7) Cari məsələlər

İclasda iştirak edirdi: 

  • 9 nəfər Şura üzvü

  • 1 nəfər Monitorinq Qrupu üzvü

  • 6 nəfər Koalisiya üzvü

İclasın sədri: Qubad İbadoğlu

Iclasın katibi: Məmmədova Səbinə

İclasın gündəliyi

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Yeni üzvlərin qəbulu
  3. Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin gedişi vəziyyətinin müzakirəsi 
  4. Soros Fondunu maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi
  5. 8-ci hesabata  rəyin hazırlanmasına dair  analitik qrupun məlumatı
  6. “Neft gəlirləri hamımızındır” kompaniyası ilə bağlı layihə təklifinin işlənməsi üzrə işçi qrupunun məlumatı
  7. Cari məsələlər

Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandıraraq yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu.

Eşidildi: Birinci məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.İbadoğlu məlumat verdi. Koalisiyaya İlham Şaban tərəfindən onun Koalisiyada redaktorluğ vəzifəsindən istefa verməsi ilə daxil olmuş müraciəti iclas iştirakçılarına çatdırdı.

Ötən iclaslar arası dövrdə bir neçə tədbirlərdən məlumatlar verildi. Onlardan biridə 4 iyul 2008-ci ildə Neft Fondunda keçirilmiş Koalisiyanın dəstəyi ilə seçilmiş işçi qrupunun iclası olub. İclasda Koalisiyanı İnqilab Əhmədov və Qubad İbadoğlu təmsil edirdi. Digər işçi qrup üzvləri BP-də Aydın Həşimov, Şevrondan- Bəxtiyar Axundov, Dövlət Neft şirkətindən- Nazim İsmayılov, Adil Məmmədov –Neft Fondunun təmsilçisi və Zaur Fətizadə Vergilər Nazirliyindən təmsil olunurdu. İclasda bir çox müzakirələr və təkliflər olundu. İlk öncə iclasın sədri seçildi və qərara alındıkı növbələnmə əsasında sədrlik olunsun. Gündəlikdə 3 məsələ var idi. I sədrin seçilməsi. II məsələdə işçi qrupunun Fəaliyyət planı müəyyənləşdirildi. İşçi qrupunun Fəaliyyət planına nələr daxildir: İşçi qrupu tərəfindən əsas şərtlər toplusu və qiymətləndirici ilə bağlanacaq müqavilədə ediləcək dəyişikliklərlə razılıqlar. İşçi qrupu öz işini yekunlaşdırdıqdan sonra 10 iyul 2008-ci ilə qədər çoxtərəfli qrup tərəfində dəyişikliklərə münasibət bildiriləcək. Bu qrupa Koalisiyanın üzvləri də daxildirlər. İşçi qrupunun təqdim etdiyi sənədi çoxtərəfli qrup təsdiq edib  göndərəcək Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq katibliyə və beynəlxalq katiblikdə sənədə baxılıb təsdiq edildikdən sonrada təqdim olunacaq qiymətləndirici şirkətlərə tenderə veriləcək. 5 gün işçi qrupunun iclası keçiriləcək və tenderdə qalib olan şəxsin adını press-reliz vasitəsi ilə yayılması işçi qrupuna həvalə olunub. İşçi qrupu validatorun seçilməsi ilə bağlı proseslərə məsul olan bir qrupdur və güman olunur ki, validatorun seçiminə qədər işçi qrupu fəaliyyət göstərəcək.

Ötən həftə Neft Fonduna Koalisiya tərəfindən göndərilən məktub barədə məlumat verildi. Qeyd olundu ki, məktuba baxılması üçün Fondun əməkdaşı Rasim müəllimə təqdim olunub və həftə ərzində hazırladıqları cavabları bizə bildirəcəklər.

Həftə ərzində keçən görüşlərdən biridə Analitik qrupun görüşü oldu. Analitik Qrupda Qubad İbadoğlu, İnqilab Əhmədov, Azər Mehtiyev və İlham Şaban təmsil olunurlar. Analitik Qrupun rəyin hazırlanması ilə bağlı müzakirələr aparılıb və iş bölgüsü olub.

04 iyul 2008-ci ildə BP şirkətinin Dünya Enerjisinin Statistik Təhlilinin təqdimat mərasimində İnqilab Əhmədov və Qubad İbadoğlu iştirak edirdi. Tədbirdə BP şirkətinin iqtisadiyyat qrupunun MDB üzrə baş iqtisadçısı cənab Vladimir Drebentsov və makroiqtisadçısı cənab Tit Erker bir müddət əvvəl çap olunmuş 2008-ci il üçün BP şirkətinin Dünya Enerjisinin Statistik Təhlili nəşrinin nəticələri əsasında qlobal enerji bazarındakı meyllər haqqında məlumat verib.

Q.Ibadoğlu qeyd etdi ki,  son 57 il ərzində ardıcıl surətdə çap olunan bu hesabat enerji iqtisadiyyatı sahəsində geniş hörmət qazanmış ən nüfuzlu nəşrlərdən biridir və media, elm aləmi, dünya hökumətləri və enerji şirkətləri tərəfindən istinad sənədi kimi istifadə olunur. O Koalisiya üzvlərinin qlobal enerji bazarı ilə bağlı son məlumatları əldə etməyə maraq göstərə biləcəyinizi nəzərə alaraq, həmin materialların istənilən şəxsə tədqim etməyə hazır olduğunu bildirdi.

Bu gün (11 iyul 2008-ci il) Koalisiyanın üzvü Aytəkin İmranovanın tədbiri oldu. Fotosərgi ilə keçən tədbirdə Qubad İbadoğlu öz hazırladığı prezentasiya ilə çıxış etdi. Görülmüş işlər barəsində məlumatlar verildikdən sonra Şura üzvləri öz fikirlərini bildirdilər.

Çıxış etdi: Əliməmməd Nuriyev onu maraqlandıran sualları ünvanladı.Validatorun seçiminin bizim üçün əhəmiyyətinin nədən ibarət olacağı sualı ilə çıxış etdi. Və BP-şirkətinin Koalisiyaya etinasız yanaşmasını bildirib və bu barədə BP şirkətinə qarşı bəyanatın hazırlanmasını təklifini irəli sürdü.

Ünvanlanan suala iclasın sədri aydınlıq gətirdi BP şirkətinin belə münasibət də yanaşmasını  böyük pulların daxil olması ilə əlaqələndirildi. Validatora gəlincə isə validator 15 ölkədə işləyəcəklər hökumətin və şirkətlərin vətəndaş cəmiyyəti ilə münasibəti ilə maraqlanacaq 2010-cu ilə dək işləri davam edəcək. O müddətlərdə validatorun Koalsiya ilə də görüşü nəzərdə tutulub.

Çıxış etdi: Dünya Sakit sorğu şəklində KİV-lərin adından BP şirkətinə verilməsi təklifi ilə çıxış etdi.

Digər Şura üzvləridə bu barədə öz fikirlərini bildirdilər və təklif etdilər ki, düyilənlər nəzərə alınsın. Təklif yekdilliklə qəbul olundu.

Qərara alındı: Görülmüş işlər  və qərarların icrası məsələsinin müzakirəsi zamanı verilmiş məlumatlar nəzərə alınsın.

II. məsələ ilə əlaqədar olaraq yeni üzvlərin qəbulu  üzrə Koalisiyaya müraciət edənlərin təqdimatı oldu. Ərizəçilərin siyahısı ilə tanış olundu. Koalisiyaya Şirin Cəfəri tərəfindən daxil olmuş ərizə üzərində müzakirələr aparıldı və qərara alındı ki, Əsasnaməyə uyğun olaraq bir təşkilat tərəfindən bir təmsilçi iştirak edə bilər və həmin təşkilatın rəsmi təmsilçisi olduğundan ərizəçinin ərizəsinə baxılmadı. Digər ərizə formaları ilə tanış olduqdan sonra səs çoxluğu ilə ərizəçilərin adı bülletenə salındı. Say komissiyası formalaşdı və bülletenlər səsvermə üçün hazırlandı.

Təşkilatın adı,

Rəhbərin adı

1

Ahıl Ziyalılara Qayğı İ.B

Nurullayev Nəsrulla

2

 Güzəran” Sosial Araşdırmalar Mərkəzi

İbrahimli Qadir

3

“Gənclər Klubu” İ.B

Zaur Əkbər

Bülletenlər paylandı və gizli səsvermə yolu ilə Nurullayev Nəsrulla, İbrahimli Qadir və  Zaur Əkbər Koalisiya üzv seçildilər.

III. Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin gedişi vəziyyətinin müzakirəsi

Çıxış etdi: Sevgim Rəhmanov Norveç səfirliyinin maliyyələşdirdiyi layihə ilə əlaqəli məlumat verdi. 5 istiqamətdən 3 istiqamətdə narahatçılıq var 2 istiqamət üzrə regionlarda teleşouların keçirilməsi və beynəlxalq konfransın keçirilməsi başa çatıb və hər iki istiqamət üzrə həm fəaliyyət həm də maliyyə hesabtları təqdim edilib. Əhməd Abbasbəyli tərəfindən keçirilən sorğu ilə problemlər yaranıb və bu barədə özü ətraflı məlumat verdi. Sorğuların bir qismini keçirilən  seminarlarda digər hissəsi isə əhali arasında keçirilməyi nəzərdə tutulmuşdu. İndiyə qədər 500 sorğudan 285 sorğu təqdim olunub.İlkin nəticələr var amma son nəticələr isə sorğular tamamlandıqdan sonra yekunlaşacaq. Qadınlarla bağlı keçiriləcək tədbirlər Ruhəngiz Hüseynovaya həvalə olunub. Lakin keçirilən tədbirlər barədə heç bir hesabat Koalisiyaya təqdim olunmayıb. Mübariz müəllimin öhdəliyində olan məktəblərdə tədbirlərindən də heç bir məlumat yoxdu. Qərara alındı ki, Ruhəngiz xanımla danışıqlar aparılsın hesabatlarını təqdim etsin və bi iş Koalisiya Şurası adından Mehriban Vəzirə və Əliməmməd Nuriyevı həvalə olundu.

Qərara alındı ki,  Mübariz Tağıyevin məsul olduğu  layihə istiqamətinin vaxtının 2 ay uzadılması üçün  Norveç səfirliyinə müraciət olunsun.

IVSoros Fondunu maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi

Soros fondu ilə müqavilə imzalanıb amma maliyyə iyunun13-dən sonra köçürüləcək. Proqram fəaliyyəti ilə əlaqədar bir istiqamət qiymətləndirmə sisteminin yaradılması, ekspert qiymətləndirilməsi və şirkətlərlə bağlı fərdi hesabatlılığın təşkili. Bu istiqamət üzrə 4750 $ vəsait ayrılıb. 5 ay bir ekspert kordinator üzrə əmək haqqı ayrılıb. 2 iqtisadçı ekspert və bir hüquqşünas ekspertə maliyyə ayrılıb. Neft Fondu haqqında qanun layihəsinin işlənməsi üçün 5000 $, qeyri  neft və qaz təbii ehtiyatları üçün 4500 $ ,Azərbaycanda EİTİ-ın qiymətləndirilməsi və hesabatlılıq 4500 $, Koalisiyanın aylıq bülleteni hazırlanması və nəşri üçün 3000 $ Koalisiyanın rüblük jurnalının nəşri üçün 6900 $  vəsait nəzərdə tutulub. Aylıq bülletenin və rüblük jurnalın hazırlanması üzrə redaktorların seçimi Şuranın öhdəliyinə verildi. İlham Şəbanın müraciət etdiyi istefası ilə bağlı ərizəsi ilə tanış olduqdan sonra səsvermə yolu ilə ərizə qəbul olundu. Bülletenin və jurnalın redaktolğunun müəyyənləşdirilməsi formatında bir sıra təkliflər səsləndi.

Çıxış etdi: İlham Hüseynlinin təklifi jurnalın redaktorluğu Oqtay Gulalıyevə, bülletenin redaktorluğu isə Dünya Sakitə həvalə olunsun. Təkliflər səsləndikdən sonra namizədlər ayrı-ayrılıqda səsə qoyuldu. Əvvəlcə Koalisiyanin Jurnalının redaktoru vəzifəsinə səsvermə keçirildi. Oqtay Gulaləyevə rüblük Jurnalın redaktoru seçildi. Sonra isə  səsvermə nəticəsində aylıq bülletenin redaktorluğu vəzifısinə səsvermə keçirildi. Səsvermə nəticəsində  Dünya Sakitə  aylıq bülletenin redaktor seçildi.

V.  8-ci hesabata  rəyin hazırlanmasına dair analitik qrupu öz məlumatını verdi.

 Eşidildi: Qubad İbadoğlu keçilən iclasda 5 istiqamət hazırlanıb təqdim olunmasını qeyd etdi.

  1. Hesabat verilən andan indiyə qədər 4 il müddətində 8 hesabatın ümumiləşdirilməsi və təhlil olunması. Həvalə olunub Azər Mehtiyevə.
  2. 2007-ci ildə EİTİ-ın rəqəmlərinin rəsmi rəqəmlə, şirkətlərin rəqəmləri ilə, Vergilər Nazirliyinin rəqəmləri ilə və Milli Bankının təbii balansının rəqəmləri ilə müqayisəsinin təhlili. Həvalə olunub İlham Şabana.
  3. Hesabatın özündə olan qüsurların və ziddiyyətlərin aşkar olunması. Həvalə olunub Qubad İbadoğluna.
  4. Hesabatlılıq proseduralarında gecikdirmələr və pozuntular.  Həvalə olunub Qubad İbadoğluna.
  5. Digər ölkələrin hesabatlarının bizim hesabatlarla müqayisəsinin təhlili Qazaxıstan və Monqolustan ilə. Həvalə olunub İnqilab Əhmədova. qərara alındı ki, işçi qrupu öz variantlarını təqdim etdikdən sonra iyulun 15-i öz işlərini iclasda müzakirə edəcəklər.

VI.  “Neft gəlirləri hamımızındır” kompaniyası 2006-cı ildə may ayında təklif verilib. qərara alındı ki, Himayət xanımın və işçi qrupunun əvvəl hazırladığı sənədi bir variantda yığıb Şuraya təqdim olunsun və başqa dillərdə tərcümə edilib donor təşkilatlara təqdim olunsun.


1 ... 41 42 43 ... 50 A


Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:21:10

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.383574