|
MSŞA Koalisiyası Şurasının iclası (25/07/2008)
MSŞA Koalisiyası Şurasının iclası (25/07/2008)
17
saylı Protokol (Bakı
şəhəri, 25 iyul 2008-ci il )
İclasın gündəliyi: 1) Görülmüş işlər
və qərarların icrası 2) Soros Fondunun
maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi və
istiqamətlərin ekspert qrupuna həvalə olunması, layihənin proqram hissəsinə
start verilməsi 3) Şirkətlərlə
münasibətdə Koalisiyanın mövqeyinin və mövcud iş planın müzakirəsi 4)
8-ci hesabata rəy layihəsinin müzakirəsi 5)
“Neft gəlirləri hamımızındır” kampaniyası ilə bağlı
layihə təklifinin təsdiqi və onun icrası ilə bağlı işlərin planlaşdırılması
6) Cari məsələlər
İclasda iştirak edirdi: - 8 nəfər Şura üzvü
- 1 nəfər Monitorinq Qrupu üzvü
- 10 nəfər Koalisiya üzvü
İclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Məmmədova Səbinə İclasın gündəliyi - Görülmüş işlər və qərarların icrası
- Soros Fondunun maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi və istiqamətlərin ekspert qrupuna həvalə olunması, layihənin proqram hissəsinə start verilməsi
- Şirkətlərlə münasibətdə Koalisiyanın mövqeyinin və mövcud iş planın müzakirəsi
- 8-ci hesabata rəy layihəsinin müzakirəsi
- “Neft gəlirləri hamımızındır” kampaniyası ilə bağlı layihə təklifinin təsdiqi və onun icrası ilə bağlı işlərin planlaşdırılması
- Cari məsələlər
Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.Yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu. Müzakirə olunan məsələr. - Görülmüş işlər və qərarların icrası
- 8-ci hesabata rəy layihəsinin müzakirəsi
- Soros Fondunun maliyyələşdirdiyi layihənin icrası məsələlərinin müzakirəsi və istiqamətlərin ekspert qrupuna həvalə olunması, layihənin proqram hissəsinə start verilməsi
- Şirkətlərlə münasibətdə Koalisiyanın mövqeyinin və mövcud iş planın müzakirəsi
I. Eşidildi: İclasın sədri Qubad İbadoğlu iclaslar arası məsələlər barədə məlumat verdi. Qubad İbadoğlu, İnqilab Əhmədov, Azər Mehtiyev və İlham Şabanovun təmsil olunduğu Analitik Qrupun həftə ərzində bir neçə görüşləri keçib. Görüşdə bir müxtəlif müzakirələr olub və geniş bir formatda rəy hazırlanıb. Keçən iclasda “Neft gəlirləri hamımızındır” kompaniyası ilə bağlı layihə təklifləri olmuşdu. Oqtay Gulalıyev tərəfindən təqdim olunmuş layihənin elektron variantı hazırlanıb təqdim olunmuşdu. Norveç Krallığının Azərbaycandakı səfirliyinin dəstək verdiyi " Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması" layihəsi çərçivəsində Qubada, Mingəçevirdə və Bakıda Ruhəngiz Hüseynovanın tədbirləri keçib. Bakıda Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində keçən tədbirdə xeyli iştirakçılar olub. Qadınların MSŞA prosesinə cəlb olunması layihəsi üzrə iş artıq başa çatıb. Əhməd Abbasbəylinin apardığı sorğularında artıq ilkin variantı təqdim olunub. Bir istiqamət üzrə narahatçılıq isə yay tətili olduğundan orta məktəblərdə müəllimlər üçün nəzərdə tutulan 3 seminarın keçirilməsi mümkün olmayıb, odur ki, bu qənaətə gəlinib ki, layihə çərçivəsində indiyə qədər keçirilən seminarların hesabatı təqdim olunsun və Norveç Krallığının Azərbaycandakı səfirliyinə məktubla müraciət olunsun ki, orta məktəblərdə seminarların keçirilməsi istiqamətini uzatmaq üçün 2 ay vaxt verilsin və sentyabr ayında seminarların keçirilməsi təmin olunsun. Soros Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində artıq iki istiqamətə start verilib. Birinci istiqamət üzrə bülletenin hazırlanması işinə start verilib . Büllütünin redaktoru Dünya Sakitlə bu barədə müzakirələr aparılıb və son informasiyalar yığılıb, demək olar ki, artıq iyul ayı üzrə bülleten hazırdır və onun avqust ayı ilə birləşdirilmiş yekun variantının sentyabrın əvvəlində yayılması nəzərdə tutulub, digər istiqamət üzrə isə jurnalla bağlı işlər hələ başlamasa da, ilin sonuna qədər jurnalın 2 sayının çapı redaktor Oqtay Güləliyevlə razılaşdırılıb. Həm layihə çərçivəsində həm də Koalisiyanın gördüyü işləRə dair informasiyalar bülletendə əks olunacaq. Dəyərləndirmə ilə bağlı son iclasda təsdiq olunmuş şərtlər toplusu EİTİ-ın İdarə Heyətinə göndərilib. Validatorlar haqqında məlumatlar isə ingilis dilindən Azərbaycan dilinə tərcüməyə təqdim olunub hazır olduqdan sonra isə şəbəkə vasitəsilə yayılacaq. II. Analitik Qrupun həftə ərzində bir neçə görüşləri keçirilib və geniş formatda rəy hazırlanıb. Rəy üç hissədən ibarətdir: 1. 8-ci hesabatın təhlilindən alınan nəticələr üzrə prosedur məsələləri 2. Əvvəlki dövrlərin hesabatların nəticələri 3. Azərbaycanın mövcud hesabatının digər ölkələrin hesabatları ilə müqayisəsi Rəylə bağlı təkliflər səsləndi. Çıxış etdi: Azər Mehtiyev rəylə bağlı öz təklifini səsləndirdi. Rəydə hazırlanan cədvəlin çıxarılıb əlavə kimi verilməsi və Rəyin açıqlanmasını sentyabr ayına saxlanılmamağı təklifini verdi. Rəy formasının mətbuata açıqlanması barədə Şura üzvləri öz təklifləri bildirdi. Səsvermə nəticəsində Analitik Qrupun hazırladığı rəy təsdiq olundu. Qərara alındı ki, rəydə olan cədvəl əlavə kimi təqdim olunsun. İzahat tələb olunası məsələləri ayrıca bir informasiya kimi hökumət komisiyasına təqdim olunsun. Tədbir isə geniş formada sentyabr ayının əvvəllərində keçirilsin. Mətbuat üçün press-reliz hazırlansın və ingilis dilində tərcümə olunsun. III. Çıxış etdi: Bu barədə proqram rəhbəri Fidan Nəcəfova ətraflı məlumat verdi. Bildiyiniz kimi ACI-YF bu il Koalisiyanın ekspert bankının yaradılmasında məsul olmuşdu. Koalisiya tərəfindən 37 nəfər ekspertin siyahısı təqdim olunmuşdu. Soros Fondu tərəfindən onlara sorğular təqdim olunmuşdu. 37 nəfərin arasından 17 nəfər sorğunu cavablandırmışdı. Ekspertlər ACI-YF-nun İdarə Heyətinin üzvləri tərəfindən seçilmişdir. Seçilmiş ekspert bankının üzvlərinin siyahısı təqdim olundu. Məsələ ətrafında müxtəlif müzakirələr və təkliflər oldu. Çıxış etdi: Sabit Bağırovun təklifi. Hər 4 istiqamət üzrə kim özünü əlaqələndirici ekspert kimi görürsə 2-3 səhifəlik qrup təklif hazırlayıb Şuraya təqdim etsin və bu əsasda da Şura seçimini etsin. Seçilmiş ekspert özü ekspert bankının üzvləri arasından gələcəkdə işləyəcəyi komandanı təyin etsin. Çıxış etdi: Oqtay Gülaliyev fondun ekspertlərin bu cür seçiminə öz münasibətini bildirdi. Soros fondunun belə yanaşması Koalisiyanın yanaşmaları, prinsipləri ilə ziddiyyətlər təşkil edir. O təklif etdi ki, istiqamətlər üzrə əlaqələndirici ekspertin seçimini Seçim Qpupu etsin. İnqilab Əhmədov çıxış edərək, əlaqələndirici ekspertin ekspert bankının bütün üzvləri tərəfindən seçilməsini təklif etdi. Bu təklif mübahisəyə səbəb oldu. Şura üzvü Əliməmməd Nuriyev bunun Əsasnaməyə zidd olduğunu bildirdi. Müxtəlif fikirlər sasləndikdən sonra irəli sürülmüş təkliflərdən 2-si səsə qoyuldu. 1. Əlaqələndirici ekspertin Şura tərəfindən seçimi 2. Əlaqələndiriciyə səlahiyyət verilsin ki, ekspert qrupundan özünün icraçı ekspertlərini təyin etsin əgər seçdiyi ekspertin adı ekspert siyahısında yoxdursa onda digər ekspertləri cəlb edə bilər. Birinci təklif əksəriyyətin razılığı ilə qəbul olundu, ona münasibətdə yalnız Şura üzvü Oqtay Güləliyev bitərəf qaldı və qərara alındı ki, iddiaçılar avqust ayının 25-nə qədər öz təkliflərin təqdim edib sentyabr ayından işlərini başlasınlar. Cari məsələlərdə Q. İbadoğlu EİTİ Idarə Heyətinin üzvlüyündə əvəzedici heyətə seçilmək üçün QHT-lər arasından 1 nəfərin namizədliyinin irəli sürülməsi üşün Ödədiyini Açıqla Təşkilatı tərəfindən müsabiqə elan olunduğu bildirdi. Bununla bağlı Şura üzvləri təkliflərini verdilər. Onların əksəriyyəti qeyd etdi ki, bu nominasiyada iştirak üçün 1 nəfərin namizədliyinin irəli sürülməsi daha düzgün olardı. Bu təklifi Sabit Bağırov da dəstəklədi və təklif səsə qaoyuldu. Yekdilliklə 1 nəfərin namizədliyini irəli sürülməsi qərar alındı. Şura üzvləri bu nominasiya üzrə Şuranın Əlaqələndiricisinin namizədliyinə üstünlük verdilər və səsvermə nəticəsində Q. İbadoğluya bu nominasiyada iştirak etmək üçün Koalisiya adından səlahiyyət verildi. Cari məsələlərdə Şuranın avqust ayı ərzində məzuniyyətə çıxması təklifinə də münasibət bildirildi və o yekdilliklə qəbul olundu. Beləliklə də Şura avqust ayı ərzində məzuniyyət götürdü.
◄ 1 ... 42 43 44 ... 50 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 28/8/2008 - 16:57:54
|