|
MSŞA Koalisiyası Şurasının iclası (29/08/2008)
MSŞA Koalisiyası Şurasının iclası (29/08/2008)
18 saylı Protokol (Bakı şəhəri, 29
avqust 2008-ci il
İclasın gündəliyi: 1) Görülmüş
işlər və qərarların icrası 2)
Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram
hissəsi üzrə təkliflərin qiymətləndirilməsi qaydalarının müəyyənləşdirilməsi
3) Şirkətlərlə münasibətdə Koalisiyanın
mövqeyinin müzakirəsi (Neft Fondundan aldığımız cavabların kontekstində)
4) 8-ci hesabata rəylə bağlı tədbirin
formatının və konkret vaxtının müzakirəsi
5)
Koalisiya nəşrləri (Jurnal və bülletenin) üzrə işlərin
icra vəziyyətinin qiymətləndirilməsi və planlaşdırılması
6) Cari məsələlər
İclasda iştirak edirdi: -
Qubad İbadoğlu -
Sevil Həmidova -
Hüseynli İlham -
Mirvari Qəhrəmanlı -
Dünya Sakit -
Əliməmməd Nuriyev İclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Məmmədova Səbinə İclasın gündəliyi - Görülmüş işlər və qərarların icrası
- Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsi üzrə təkliflərin qiymətləndirilməsi qaydalarının müəyyənləşdirilməsi
- Şirkətlərlə münasibətdə Koalisiyanın mövqeyinin müzakirəsi (Neft Fondundan aldığımız cavabların kontekstində)
- 8-ci hesabata rəylə bağlı tədbirin formatının və konkret vaxtının müzakirəsi
- Koalisiya nəşrləri (Jurnal və bülletenin) üzrə işlərin icra vəziyyətinin qiymətləndirilməsi və planlaşdırılması
- Cari məsələlər
Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.Yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu. Eşidildi: İclasın sədri Qubad İbadoğlu iclaslar arası dövrdə görülmüş işlər barədə məlumat verdi.O qeyd etdi ki, 19 avqust 2008-ci ildə Neft Fondunda Seçim Qrupunun növbəti iclası keçirilib. Koalisiyanı həmin iclasda Şamil Mövsümov və Çingiz Dadaşov təmsil edib. İclasda Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - doqquzuncu hesabat mərhələsi üzrə hesabatlarını (2008-ci ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmişdir. Şirkətlərdən Deloitte və Moore Stephens iştirak edirdi. Bərabər sayda Hökuməti, QHT-lər Koalissiyası və Şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar vermişdir. Tenderin qalibi olandan sonra 1 ay müddətində şirkətlər öz hesabatlarını göndərəcək auditor şirkətlərinə və hesabatlar tam yığıldıqdan sonra həmin hesabatlara rəy hazırlanacaq. Təqribən 2 aydan sonra 9-cu hesabatla bağlı auditor şirkətinin rəyi hazır olacaq. Qubad İbadoğlu qeyd etdi ki, həftə ərzində “Publish What You Pay” Beynəlxalq şəbəkəsindən Koalisiyaya təklif daxil olub. Milli QHT-lərin materiallarının yerləşdirilməsi və birbaşa EİTİ-ın internet səhifəsinə birbaşa çıxışlar olması nəzərdə tutulur. Bununla bağlı Koalisiyaya sorğu vərəqəsi göndərilib suallar cavablandırılıb və EİTİ-ın səhifəsində olan ingilis dilli materiallarda göndərilmişdir. EİTİ-ın səhifəsi ilə bağlı dəyişikliklər davam edir. Bu barədə Əliməmməd Nuriyevin bir təklifi oldu ki, idarə heyətinin üzvləri və ekspertlər barədə məlumatlar, CV-lər həm də gördükləri işlər barədə məlumatlar yerləşdirilsin. İclasın sədri Neft Fonduna göndərilən sorğular barədə də məlumat verdi. O qeyd etdi ki, 1 ay ərzində Koalisiyadan Neft Fonduna 4 məktub ünvanlanıb və hər bir məktub da tez bir zamanda cavablandırılıb. Göndərilən bir sorğu şirkətlərin fərdi hesabatlılığı ilə bağlı idi. Hökumət Komissiyası tərəfindən şirkətlərə ünvanlanan sorğuya şirkətlər tərəfindən verilmiş cavabların yekun nəticələri MSŞA Koalisiyasına təqdim edilmişdir. 25 şirkətdən 12 şirkət fərdi hesabatın açıqlanması ilə razı olmadığını, 5 şirkət razılığını, digərləri isə hələlik dəqiqi cavabını bildirməmişlər. Dövr ərzində Sabit Bağırovun təşəbbüsü ilə rəylə bağlı görüş keçirilib. Rəyin daha da təkmilləşdirilməsi yolunda müzakirələr aparılıb. Müzakirə olunan məsələlərdən biri də Azərbaycana çatan payın 13% olması barədə olub. Azərbaycan Respublikasının mənfəət neftindəki payını 2003-2007-ci illər 30% olduğunu təsdiq etmək üçün həmin illər ərzində natural ifadədə və Azərbaycana çatan payın həcmi ilə bağlı göstəricilərin bizə göndərilməsi ilə əlaqəli Neft Fonduna məktub ünvanlanmışdır. Cavab məktubunda bildirilmişdir ki, neft hasilatını pay bölgüsü haqqında sazişi imzalayan tərəf kimi Dövlət Neft Şirkətinin çıxış etdiyini nəzərə alaraq, bu yataqların illər üzrə hasilatın pay bölgüsü ilə bağlı natural ifadədə göstəricilərə dair məlumat üçün birbaşa ARDNŞ-ə müraciət etməyimizi bildirdilər. Müzakirələr aparıldıqdan sonra qərara alındı ki, Dövlət Neft Fondundan alınan cavab da əlavə olunaraq Dövlət Neft Şirkətinə hasilatın pay bölgüsünün 2003-2007-ci illərdə natural ifadədə Azərbaycana çatan mənfəət neftinin miqdarı barədə yazılı informasiya sorğusu ünvanlansın. Sonra iclasın sədri ötən iclasın qərarlarının icrası barədə yığıncaq iştirakçılarını məlumatlandırdı. O qeyd etdi ki, Şuranın 25 iyun 2008-ci il tarixli qərarı ilə Koalisiyadan bir nəfər (Qubad Ibadoğlu ) EİTİ-ın İdarə Heyətində əvəzedici heyətə üzv üçün elan edilmiş müsabiqəyə təqdim edilib və bu məqsədlə namizəd müvafiq sənədləri “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyanın strateji məsləhət qrupuna təqdim edib. Həmin ünvana müsabiqə şərtlərinə uyğun olaraq hazırlanan məqsəd məktubu, Koalisiyanın qərarı və CV göndərilib. Seçimi isə orada “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyanın strateji məsləhət qrupu etməli idi. Lakin, Azərbaycandan digər namizəd olaraq Koalisiya üzvü İnqilab Əhmədov da namizədliyini irəli sürdüyündən, “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyanın kordinatotu Radhika Sarin tərəfindən əvvəlcə bizə öz aramızdan seçim etmək təklif olunub. Biz buna nail ola bilmədiyimizə görə “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyanın Strateji Məsləhət Qrupu seçim etməkdə çətinlik çəkib və bununla əlaqədar olaraq EİTİ İdarə Heyətinin vətəndaş cəmiyyətindən üzv olan nümayəndələrinə müraciət edib ki, seçimi onlıar etsinlər. Bununla əlaqədar olaraq EİTİ İdarə Heyətinin vətəndaş cəmiyyətindən üzv olan nümayəndələrinə Şura tərəfindən müraciət ünvanlanması qərara alındı. İİ. İkinci məsələ üzrə SOROS Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsi üzrə təkliflərin qiymətləndirilməsi ətrafında müzakirələr aparıldı. Qubad İbadoğlu qeyd etdi ki, İctimai Birliklərin MSŞA Koalisiyasının Proqram Layihəsi (2008-ci il) çərçivəsində tədqiqat istiqamətləri üzrə əlaqələndirici-ekspert seçimi üçün 4 istiqamət üzrə müsabiqə elan olunmuşdu.Müsabiqənin son müddəti 25 avqust 2008-ci ildə bitib və bu dövrdə 4 istiqamət üzrə 5 təklif daxil olub. Göndərilən təklifləri iclasın sədri toplantı iştirakçılarına təqdim etdi. | № | Mövzunun adı | Təqdim edən şəxs | | 1 | Qeyri neft və qeyri qaz təbii ehtiyatları barədə təkliflərin hazırlanması | Fəqan Əliyev | | 2 | Azərbaycanda MSŞT-nin qiymətləndirilməsi və hesabatın hazırlanması | Sabit Bağırov | | 3 | Neft şirkətlərinin fəaliyyəti və maliyyə axınlarının şəffaflığının qiymətləndirmə sisteminin yaradılması və ekspert qiymətləndirilməsinin aparılması | Zöhrab İsmayılov | | 4 | Neft Fondu haqqında qanun layihəsinin hazırlanması və populyarlaşması | Əliməmməd Nuriyev | | 5 | İctimai Birliklərin MSŞA Koalisiyasının Proqram Layihəsi (2008-ci il) çərçivəsində Qeyri neft-qaz təbii ehtiyatlarının MSŞT prosesinə cəlb olunması istiqaməti üzrə araşdırma konsepsiyasına dair təklif | İlham Hüseynli | İlk olaraq, neft şirkətinin fəaliyyəti ilə bağlı istiqamət Zöhrab İsmayılov tərəfindən təqdim olunmuşdu lakin şəbəkə vasitəsilə bu istiqamətə Fidan Nəcəfova münasibət bildirmiş və qeyd edib ki, bu istiqamətdə əsas prioritet fərdi hesabatlılığa keçid olmasına baxmayaraq həmin istiqamət Zöhrab İsmayılovun təklifində öz əksini tapmayıb. Təklif oldu ki, SOROS Fondunun bu təkliflə bağlı rəyini və Şura üzvlərinin qeydlərini nəzərə alaraq digər ekspertlərin də bu istiqamətdə olan təklifləri qiymətləndirdikdən sonra qərar qəbul edilsin və bununla əlaqədar olaraq yeni təkliflər üçün 2 həftə vaxt ayrılsın, növbəti iclasda bu məsələyə yenidən baxılsın. Qubad İbadoğlu digər təkliflər də yığıncaq iştirakçılarını tanış etdi. O qeyd etdi ki, Azərbaycanda MSŞT-nin qiymətləndirilməsi və hesabatın hazırlanması təklifi ilə Sabit Bağırov müraciət edib, Şura üzvləri həmin təkliflə tanış olduqdan sonra səsvermə ilə yekdilliklə qərara alındı ki, bu istiqamət üzrə əlaqələndirici ekspert Sabit Bağırov olsun . Digər təklif Əliməmməd Nuriyev tərəfindən daxil olmuş və onun təklifi Neft Fondu haqqında qanun layihəsinin hazırlanması və populyarlaşması istiqamətinə aid idi. Səs çoxluğu ilə qərara alındı ki, Əliməmməd Nuriyev də bu layihə üçün əlaqələndirici ekspert seçilsin. Fəqan Əliyevin və İlham Hüseynlinin təklifləri eyni istiqamət üzrə olduğundan Şura qərara aldı ki, hər iki təklif eyni istiqamətdə olduğundan iddiaçılar görüşərək, özləri öz aralarından 1 nəfəri əlaqələndirici eksperti seçsinlər və bununla bağlı növbəti iclasa namizəd irəli sürsünlər. İİİ. Gündəliyin 3-cü məsələsi üsrə məlumat dinlənildi və qərara alındı ki, Dövlət Neft Fondundan alınan cavab da əlavə olunaraq Dövlət Neft Şirkətinə hasilatın pay bölgüsünün 2003-2007-ci illərdə natural ifadədə Azərbaycana çatan mənfəət neftinin miqdarı barədə yazılı informasiya sorğusu ünvanlansın. İV. Gündəliyin 4-cü məsələsi ilə əlaqədar olaraq qərara alındı ki, 8-ci hesabata rəylə bağlı tədbir sentyabrın 19-da saat 11-den 13-dek Kaspian Plazanın konfrans zalında keçirilsin. V. Koalisiyanın aylıq bülleteni barədə baş redaktor Dünya Sakit məlumat verdi. O qeyd eydi ki, bülleten həm Azərbaycan həm də ingilis dilində hazırlanıb və sayta yerləşdirilib. Jurnalın baş redaktoru Oqtay Gülalıyev iclasda iştirak etmədiyindən jurnalın planlaşması barədə məlumatın əldə olunması nəvbəti iclasa saxlanıldı.
◄ 1 ... 43 44 45 ... 50 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 5/9/2008 - 14:22:44
|