|
MSŞA Koalisiyası Şurasının iclası (12/09/2008)
MSŞA Koalisiyası Şurasının iclası (12/09/2008)
19 saylı Protokol (Bakı şəhəri, 12 sentyabr 2008-ci il
İclasın gündəliyi: 1) Görülmüş işlər və qərarların
icrası 2) Soros Fondunun maliyyələşdirdiyi
layihənin proqram hissəsi üzrə təkliflərin qiymətləndirilməsi 3)
Jurnal üzrə işlərin icra vəziyyətinin qiymətləndirilməsi
və planlaşdırılması 4) 19 sentyabr 2008-ci il
tarixli tədbirə hazırlıq vəziyyətinin müzakirəsi 5)
Prezidentliyə namizədlərə ünvanlanacaq müraciətin mətninin müzakirəsi 6)
Cari məsələlər
 | İclasda iştirak edirdi: - 9 nəfər Şura üzvü
-
Qubad İbadoğlu -
Sevil Həmidova -
Hüseynli İlham -
Mirvari Qəhrəmanlı -
Dünya Sakit -
Fəqan Əliyev -
Mehriban Vəzir -
Oqtay Gulalıyev -
Azər Mehtiyev - 7 nəfər Koalisiya üzvü
- 1 nəfər Monitorinq Qrupu üzvü
İclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Məmmədova Səbinə | İclasın gündəliyi - Görülmüş işlər və qərarların icrası
- Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsi üzrə təkliflərin qiymətləndirilməsi
- Jurnal üzrə işlərin icra vəziyyətinin qiymətləndirilməsi və planlaşdırılması
- 19 sentyabr 2008-ci il tarixli tədbirə hazırlıq vəziyyətinin müzakirəsi
- Prezidentliyə namizədlərə ünvanlanacaq müraciətin mətninin müzakirəsi
- Cari məsələlər
Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.Yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu. Eşidildi: İclasın sədri Qubad İbadoğlu iclaslar arası dövrdə görülmüş işlər barədə qısaca olaraq məlumat verdi. O qeyd etdi ki, 11 sentyabr tarixinde 8-ci hesabata reyin təkmilləşdirilməsi məqsədilə işçi qrupunun növbəti görüş olub. Görüşdə Sabit Bağırov, İnqilab Əhmədov və Ilham Şaban iştirak edib. Elə həmin gün də Koalisiyanın Milli Büdcə Qrupu ilə birlikdə “Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində” mövzusunda təşkil etdiyi Dəyirma Masa keçirilib. Dəyirmi Masada müstəqil ekspertlərin 2008–ci ildə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələri təqdim olunmuş, büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirələr aparılmışdır. Tədbirdə MSŞA Koalisiyasının kordinatoru Qubad İbadoğlu və Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov giriş sözü ilə çıxış etmişdir. Sonra Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Zohrab İsmayılov “Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində” mövzusu ilə çıxış etmiş və müzakirələr başlamışdır. Müzakirələrdə ABŞ BİA –nın baş müşaviri Paul Davis, ABŞ səfirliyinin İqtisadiyyat şöbəsinin əməkdaşı Səlim Arıtürk, ACİ-YF-nun icraçı direktoru Fərda Əsədov, Milli Büdcə Qrupunun üzvü Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədr müavini Rövşən Ağayev və Azərbaycan Jurnalistlərinin Araşdirmaçı Şəbəkəsinin üzvü Çingiz Sultansoy çıxış etmişdir. Tədbirdə dövlət qurumlarından- Rabitə və Səhiyyə Nazirliklərinin, beynəlxalq təşkilatlardan- ABŞ BİA, BVF və ATƏT-in, diplomatik korpusdan - ABŞ səfirliyinin nümayəndələrin, QHT və KİV təmsilçiləri və müstəqil ekspertlər iştirak edirdi. Tədbirin sonunda Dəyirmi Masa iştirakçıları qərara almışdırlar ki, səslənən fikirləri və Milli Büdcə Qrupunu araşdırmalarının nəticəsində irəli sürülən təklifləri Tövsiyyələr Paketi şəklində hökümətə və parlamentə təqdim etsinlər. Eyni zamanda sual doğuran bir sıra məsələlərlə bağlı aidiyyatı orqanlara informasiya sorğusu göndərilsin. Q.İbadoğlu iclas iştirakçılarına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası adından informasiya sorğusu göndərilib. Sorğuda Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununa əsasən aşağıdakı məlumatların İctimai Birliklərin MSŞA Koalisiyasına verilməsini xahiş edilib: Azərbaycan Respublikasının AÇG yatağının istismarı üzrə imzalanmış Hasilatın Pay Bölgüsü müqaviləsində 2003-2007-ci illər üzrə və 2008-ci ilin 1-ci yarısına qədər mənfəət neftindən götürdüyü pay ( illər üzrə natural ifadədə və dəyərlə faizlə). Şuranın Koordinatoru Dövlət Neft Fondunda şirkətlərin fərdi hesabatlılğa keçidi ilə əlaqədar olaraq növbəti məlumatın aldığını bildirdi. Məktubda qeyd olunur ki, bildiyiniz kimi şirkətlərin fərdi hesabatlığa keçid məsələsinə münasibətinin aydınlaşdırılması məqsədi ilə 30 iyun 2008-ci il tarixində Hökümət komissiyası adından şirkətlərə rəsmi sorğu göndərilmişdir. Nəzərinizə çatdırıram ki Apşeron Operating şirkəti də artıq məktubumuzu cavablandırmışdır. Bu məktubla şirkət fərdi hesabatın açıqlanması ilə razı olmadığını bildirmişdir. Xahiş edirəm Apşeron Operating şirkətini Fərdi hesabatlığın keçidinə dair münasibətlərini bildirmiş şirkətlərin siyahısına əlavə edəsiniz. Sonda Q.Ibadoğlu “Publish What You Pay” Beynəlxalq şəbəkəsindən Koalisiyanın veb səhifəsinin beynəlxalq şəbəkəyə qoşulması üçün yenidən təkliflər daxil olduğunu və bu istiqamətdə müzakirələrin davam etdiyini bildirdi. O eyni zamanda qeyd etdi MSŞT Idarə Heyətində əvəzedici statusunda elan edilmiş seçkilərdən 2 ay müddət ötməsinə baxmayaraq nəticələr hələ də məlum deyil və bu istiqamətdə vəziyyəti öyrənmək üçün Koalisiya adından “Publish What You Pay” Beynəlxalq şəbəkəsinin koordinatoruna ünvanladığımız son məktuba da cavab verilməyib. Sonda Şuranın Koordinatoru iclas iştirakçılarına ötən iclasın qərarların icra vəziyyəti barədə məlumat verildi. I. Ötən iclasın qərarına əsasən Neft şirkətinə yazılı informasiya sorğusu ilə bağlı məlumat verdi. 9 sentyabr 2008-ci ildə Neft şirkətinə Koalisiyadan məktub ünvanlanmışdı. Məktubda AÇG yatağının 2008-ci ilin yarısına qədər mənfəət neftindən götürdüyü payın faizlə miqdarı haqqında bizə məlumat vermələri barədə məktub ünvanlanıb. II. Keçən iclsda 2 təklif qiymətləndirildi. Sabit Bağırovun və Əliməmməd Nuriyevin. Zöhrab İsmayılovun təqdim etdiyi təklifin bizim istiqamətə tam uyğun olmadığından qəbul olunmayıb yenidən işlənilmışdir. Layihə Zöhrab İsmayılovun müəllifliyi ilə yox birgə işlənilib. Bu barədə Azər Mehtiyev məlumat verdi. Yenidən təqdim olunmuş layihədə 2 istiqmət birləşdirilib.Birinci şirkətlərin fərdi hesabatlılıq məsələsi və Dövlət Neft şirkətinin şəffaflıq məsələsi. Layihədə bir neçə xarici şirkət hansı ki, fərdi hesabatlılığa razı deyil onlarla iş istiqaməti və Dövlət Neft şirkəti ilə (yarımçıq qalan iş) və Dövlət Neft şirkətinin fərdi hesabatlılıq və fərdi hesabatlılığa razı olan şirkətlərlə işlər və görüşlər nəzərdə tutulub. Kiçik layihə çərçivəsində əsas 5 şirkət seçilib işlənilsin. Layihənin bölünməsində layihənin kordinasiya hissəsi Qubad İbadoğluya həvalə olundu. Digər işlər üzrə isə ekspertlər və beynəlxalq hüquqşunas cəlb olunub. Digər qalan istiqamətlərlədə iclasın sədri iclas iştirakçılarını məlumatlandırdı. Keçən iclasın qəararına əsasən Fəqan Əliyevin və İlham Hüseynlinin təqdim etdikləri istiqamətlərin birləşdirilməsi qərarına gəlinmişdi. Həftə ərzində bu layihə ətrafında görüş keçirilib. Qərara alınıb ki, istiqamətin mövzusu qeyri neft qaz sektorunda olduğundan layihəyə əlaqələndirici ekspert kimi İlham Hüseynli, ekspertlər kimi isə Fəqan Əliyev, Şamil Mövsümov və Azad Əliyev cəlb olunsun. Oktyabr ayinda keçirilən region konfrans barədə Fidan Nəcəfova məlumat verdi. Odessada keçiriləcək konfransda 2 məsələ tranzit EİTİ məsələsi və dəyərləndirmə məsələsi müzakirə olunacaq. Fidan Nəcəfova bildirdi Tranzit EİTİ-la məsələlərlə bağlı SOROS Fondunun İnqilab Əhmədovun bu tədbirdə iştirakını vacib sayır. Dəyərləndirmə ilə bağlı isə Fondun tövsiyyəsi Qubad Bayramov və ya Sabit Bağırovun konfransda iştirakıdır. İnqilab Əhmədovundan bu konfransda iştirakı Şura üzvləri tərəfindən birmənalı qarşılanmadı, onlar qeyd etdilər İnqilab Əhmədovun Koalisiya üzvü olaraq iştiak etdiyi konfranslar, keçirdiyi görüşlər barədə onlar məlumatlandırılmır və Şura tərəfində belə qərara alındı ki, SOROS Fonduna bununla bağlı narahatçılıq məktubu ünvanlansın və məktubda qeyd edilsin ki, Fondun Şuranın mövqeyi nəzərə alınmadan Koalisiya üzvünün beynəlxalq və regional tədbirlərdə iştirakına dəstək verilməsi praktikasına son qoyulsun və eyni zamanda bu məsələrərə aydınlıq gətirilməsi üçün Fondun rəhbərliyinə görüş təklif edilsin. İclasın sədri Berlində keçiriləcək tədbir barədə məlumat verdi. Bununla əlaqədar olaraq Şura üzvləri arasında keçirilmiş səsvermənin nəticələri təqdim olundu. Məlum oldu ki, Şura üzvlərinin səsvermə yolu ilə ən çox səs toplayan 3 namizəd – Qubad İbadoğlu, Fəqan Əliyev və Sabit Bağırovu seçib. Onların da CV-ləri Hökümət Komisiyyasına təqdim edilib. Bu 3 namizəddən birinin Osloda MSŞT Idarə Heyəti tərəfindən seçilərək tədbirdə iştirakı təmin ediləcək. III. Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədinə ünvanlanan müraciətlə tanış etdi. IV. Jurnal üzrə işlərin icra vəziyyəti barədə jurnalın ba. Redaktoru Oqtay Gülalıyev məlumat verdi. O qeyd etdi ki, jurnalda Neft gəlirləri ilə bağlı məsələlər, ekoloji məsələlər, Koalisiya həyatı ilə bağlı məsələlər və beynəlxalq xronika ilə bağlı məsələlər olacaq. Şirkətlərin fərdi hesabatlılığa keçidi ilə bağlı və qeyri neft-qaz sektoru ilə bağlı məsələlərə daha çox diqqətdə saxlanılacaq. Jurnal barədə bir çox təkliflər verildi və qərara alındi ki, növbəti iclasda daha geniş müzakirələr aparılsın. Növbəti məsələ isə 19 sentyabrda keçirilən tədbir barədə müzakirələr aparıldı. İlk məsələ isə tədbirin adının seçilməsi oldu. Bir sıra təkliflər olundu və qərara alındi ki, tədbir “Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” adı altında keçirilsin.
◄ 1 ... 44 45 46 ... 50 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 22/10/2008 - 14:16:35
|