Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 5 Yanvar 2009, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası (24/10/2008)

MSŞA Koalisiyası Şurasının iclası (24/10/2008)
22 saylı Protokol (Bakı şəhəri, 24 oktyabr 2008-ci il
İclasın gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası  2) Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsində işlərin gedişi ilə bağlı əlaqələndirici ekspertlərin məlumatının müzakirəsi 3) Koalisiya Jurnalının növbəti sayının  nəşri ilə bağlı redaktorun məlumatının müzakirəsi   4) 25 oktyabr 2008-ci ildə  keçirilməsi planlaşdırılan kontrakt hüququ ilə bağlı seminarın işinin təşkili ilə bağlı məlumatın müzakirəsi 5) Norveç layihəsinin yekunu ilə bağlı məlumatın müzakirəsi  6) Hicran Həmidovanın Neft Fondun maliyyələşdirilən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması layihəsinin icrası ilə əlaqədar apardığı jurnalist təhqiqatının yekunlarının müzakirəsi və bu sahədə vəkillik işinin təşkili  7)
  İclasda iştirak edirdi: 
  • 6 nəfər Şura üzvü
    • Qubad İbadoğlu

    • Dünya Sakit

    • Mehriban Vəzir

    • Qəhrəmanlı Mirvari

    • Oqtay Gulalıyev

    • Fuad Qəhrəmanlı

  • 2 nəfər Koalisiya üzvü

İclasın sədri: Qubad İbadoğlu
Iclasın katibi:
Məmmədova Səbinə

İclasın gündəliyi

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsində işlərin gedişi ilə bağlı əlaqələndirici ekspertlərin məlumatının müzakirəsi
  3. Koalisiya Jurnalının növbəti sayının  nəşri ilə bağlı redaktorun məlumatının müzakirəsi 
  4. 25 oktyabr 2008-ci ildə  keçirilməsi planlaşdırılan kontrakt hüququ ilə bağlı seminarın işinin təşkili ilə bağlı məlumatın müzakirəsi
  5. Norveç layihəsinin yekunu ilə bağlı məlumatın müzakirəsi
  6. Hicran Həmidovanın Neft Fondun maliyyələşdirilən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması layihəsinin icrası ilə əlaqədar apardığı jurnalist təhqiqatının yekunlarının müzakirəsi və bu sahədə vəkillik işinin təşkili
  7. Cari məsələlər

Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.Yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu.

I.  Birinci məsələ ilə əlaqədar olaraq iclasın sədri Q.İbadoğlu dövr ərzində görülmüş işlər barədə iclasın sədri məlumat verdi.  Soros Fondunun Nyu York Ofisinden Merkezi Avrasiya Layihəsinin direktoru Cornelius Graubner Bakıya səfərə gəlir və 17 oktyabr 2008-ci ildə Koalisiyanın ofisində Şura üzvləri ilə görüşmək istəyi qeyri-müəyyən səbəblərə görə görüş baş tutmayıb. Monqolustanda da bir qrup nümayəndə heyəti noyabr ayında Şura üzvləri ilə görüşmək istəyir. Görüşdə seminarın keçirilməsi nəzərdə tutulub. 25 oktyabr seminarı barədə son məlumatları iclasın sədri iclas iştirakçılarına çatdırdı.

  10-14 noyabr 2008-ci ildə Berlində " EITI  ən yaxşı tərcübə və alətlər" adlı seminar

  təşkil olunacaq. Dəvət olunanlar bir nəfər Hökumət Komissiyasından Fərid Fərzəliyev və

  Koalisiyadan Qubad İbadoğlu iştirak edəcək. Seminar ingilis dilində keçiriləcək.

  Qubad  İbadoğlu Koalisiya adından nazirliklərə və şirkətlərə ünvanlanan

   informasiya sorğuları barədə iclas iştirakçılarına məlumat verdi. Məlum oldu ki,

  sorğular nazirliklər tərəfindən cavablandırılsa da şirkətlər tərəfindən yenə də

   cavablandırılmır. Xüsusilə də dövlət neft şirkətinin sorğunu cavablandırmamasına

   tənqidi yanaşan şura üzvləri təklif etdilər ki, gələn iclasda şirkətlərin məsələsi ayrıca

   müzakirə olunsun.  Qərara alındı ki, bu məsələ gələn iclasın gündəliyinə salınsın.  

II.  Soros Fondunun maliyyələşdirdiyi layihənin proqram hissəsində işlərin gedişi ilə qısaca olaraq məlumat verildi. Şirkətlərin fərdi hesabatlılığı ilə bağlı işçi qrupunun görüşü olmadığından ilkin nəticələr yoxdur. Sabit Bağırovun layihəsi ilə bağlı işlər artıq başlanıb və ilin sonuna qədər hesabatı təqdim olunacaq. Digər layihə koordinatorları iclasda iştirak etmədiklərindən məlumat əldə oluna bilmədi.  

Təklif olundu ki, əlaqələndirici ekspertlərin iştrakı ilə istiqamətlər üzrə iclaslar keçirilsin və qərara alındı ki, növbəti iclasa qədər bu barədə əlaqələndirici ekspertlərə məlumat çatdılrılsın və onların məlumatı gələn iclasda dinlənilsin.

III.  Jurnal barədə son məlumatlarla nəşrin redaktoru  Oqtay Gülalıyev çıxış etdi. O qeyd etdi ki, jurnal işinin yekunlaşmasında bir problem Şahmar Mövsümovun müsahibəsi qalıb. Özü ilə görüş alınmadığından müsahibəyə sualların son varaintı Neft Fonduna göndərilib. Cavablandırıldıqdan sonra isə həftənin 1-ci ya da 2-ci günü göndəriləcək. Oqtay Gülalıyev bir məlumatı da qeyd etdi ki, Hicran Həmidovanın apardığı tədqiqatın bir hissəsi jurnalda öz əksini tapacaq.  Qərara alındı ki, Jurnalın işi sürətləndirilsin və növbəti ayın ortalarıan qədər onun nəşrinə nail olunsun.

İnformasiya bülleteni barədə icras iştirakçılarına məlumat verən nəşrin redaktoru  Dünya Sakit onu qeyd etdi ki, sentyabr oktyabr ayları üçün materiallar hazırlanıb və tərcüməyə təqdim olunub. Tərcümədən sonra isə dizayn işləri başlanacaq. Şura tərəfindən təklif olundu ki, İnqilab Əhmədovun Odessa görüşü barədə də materiallar həm jurnalda,  həm də bülletendə öz əksini tapsın.

IV.  Neft və qaz kontraktları üzrə keçiriləcək seminarın vaxtı dəqiqləşdirildi. Belə ki,  şura üzvləri seminarın 25 oktyabr 2008-ci il tarixində saat 10:00-dan 13:00-dək keçirilməinə qərar verdilər. Qeyd olundu ki, seminarda Nurlan Mustafayev hazırladığı təlim modulununu  təqdim edəcək. Bundan sonra shura üzvləri seminar iştirakçılarının siyahısı ilə tanış oldular.

V.   Şura üzvlərinə  Norveç layihəsinin yekunu ilə bağlı məlumatları Qubad İbadoğlu çatdırdı. O qeyd etdi ki, Norveç səfirliyinə yekun hesabatının təqdim olunmamasında problem Mübariz Tağıyevin keçirdiyi tədbirlərin hesabatının Sevgim Rəhmənov tərəfindən qəbul olunmamasıdır.

VI.  Gündəliyin 6-cı məsələsinin müzakirəsi  Hicran Həmidovanın  iştirakı ilə keçdi. Əvvəlcə o apardığı tədqiqatın qısa xülasəsini, aşkarladığı başlıca  problemlərlə bağlı məlumatları Şura üzvlərinin nəzərinə çatdırdı. Sonra Şura üzvlərinin bu tədqiqatın nəticələrinin ictimailəşdirilməsi və  mövcud problemlərin həlli ilə əlaqədar olaraq Tövsiyyələr Paketinin işlənilməsi təklifləri ilə çıxış etdilər. Qərara alındı ki,  Azər Mehtiyev, Əliməmməd Nuriyev və Hicran Həmidovanın iştirakı ilə işçi qrup yaradılsın və bu qrupun hazırladığı Tövsiyyələr Paketi  Koalisiya adından təşkil olunacaq Dəyirmi Masada təqdim olunsun.

 


1 ... 46 47 48 ... 50 A


Sənədin sonuncu korrektə tarixi: 4/11/2008 - 12:44:28

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.351015