Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası 3/12/2008)

MSŞA Koalisiyası Şurasının iclası 3/12/2008)
25 saylı Protokol (Bakı şəhəri, 3 dekabr 2008-ci il
İclasın gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası  2) Azərbaycanda dəyərləndirmə prosesinə start verilməsi ilə əlaqədar olaraq Bakıda Park İnn hotelində  08-10 dekabr tarixində keçiriləcək beynəlxalq konfransa hazırlıqla əlaqədar Koalisiya Şurası qarşısında duran vəzifələrin müzakirəsi və konfransa hazırlıq məsələləri Koalisiya qarşısında duran vəzifələrin müzakirəsi 3) 2008 -ci il üçün Koalisiyanın Fəaliyyət Planının icrası vəziyyətinin qiymətləndirilməsi və növbəti il üçün Fəaliyyət Planının əsas istiqamətlərinin müəyyənləşdirilməsi 4) Şura Əlaqələndiricisi səfərdə olan müddətdə onu əvəzləyəcək Şura üzvünün müəyyənləşdirilməsi və seçilməsi  5) Cari məsələlər
  İclasda iştirak edirdi: 
  • 6 nəfər Şura üzvü
    • Qubad İbadoğlu

    • Mehtiyev Azər

    • Mehriban Vəzir

    • Dünya Sakit

    • Əliyev Fəqan

    • Əliməmməd Nuriyev

  • 8 nəfər Koalisiya üzvü
  • 2 nəfər Monitorinq Qrupu üzvü

İclasın sədri: Qubad İbadoğlu
Iclasın katibi:
Məmmədova Səbinə

İclasın gündəliyi

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Azərbaycanda dəyərləndirmə prosesinə start verilməsi ilə əlaqədar olaraq Bakıda Park İnn hotelində  08-10 dekabr tarixində keçiriləcək beynəlxalq konfransa hazırlıqla əlaqədar Koalisiya Şurası qarşısında duran vəzifələrin müzakirəsi və konfransa hazırlıq məsələləri Koalisiya qarşısında duran vəzifələrin müzakirəsi
  3. 2008 -ci il üçün Koalisiyanın Fəaliyyət Planının icrası vəziyyətinin qiymətləndirilməsi və növbəti il üçün Fəaliyyət Planının əsas istiqamətlərinin müəyyənləşdirilməsi
  4. Şura Əlaqələndiricisi səfərdə olan müddətdə onu əvəzləyəcək Şura üzvünün müəyyənləşdirilməsi və seçilməsi
  5. Cari məsələlər

Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı və  növbəti Ümumi Yığıncağın hazırlıq məsələsidə gündəliyə salınıb müzakirə olunması təklifi səsələnərək gündəlik səsə qoyulub təsdiq olundu.

 

I.  Görülmüş işlər barədə iclasın sədri Q. İbadoğlu məlumat verdi. Həftə ərzində Şəffaflıq jurnalının növbəti sayı çıxıb. Jurnalla tanış olduqdan sonra iclas iştirakçılarına jurnalla bağlı nə kimi irad və təkliflərin olduğunu bildirməyi təklif etdi. Sonra Q.Ibadoğlu  8-10 dekabr aylarında beynəlxalq konfransın keçiriləcəyi barədə məlumat verdi və Koalisiyanın da o konfransda iştirakının vacib olduğunu qeyd etdi. Eyni zamanda bildirdi ki,  həftə ərzində Memorandumda əlavə və dəyişikliklər istiqamətində də müzakirələr aparılıb  və Koalisiya üzvü Sabit Bağırovun təqdim etdiyi təkliflər əsasında məktub hazırlanıb MŞHT üzrə Hökümət Komissiyasına  gondərilib və mədən sənayesi şirkətlərə göndərilməsi nəzərdə tutulub.

II.  Bundan sonra qərarların icrası üzrə Zöhrab İsmayılovun Britaniya səfirliyinə “Fərdi hesabatlılığa keçid” istiqaməti üzrə təqdim edəcəyi layihə ətrafında müzakirələr aparıldı. Zöhrab bəyin layihəsi ilə bağlı ona dəstək məktubu verilməsi  təklif olundu. Eyni zamanda təklif olundu ki,  Koalisiya tərəfindən həyata keçən “Neft gəlirləri hamımızındır” kompaniyası çərçivəsində hazırlanan layihə də Britaniya səfirliyinə  təqdim olunsun. Müzakirələr nəticəsində qərara alındı ki, Zöhrab İsmayılovun layihəsi Koalisiyanın 2008-ci il üçün fəaliyyət planına və maraqlarına uyğun olduğundan Koalisiya tərəfindən dəstək məktubu hazırlanıb Britaniya səfirliyinə təqdim olunsun və “Neft gəlirləri hamımızındır” kompaniyası çərçivəsində hazırlanan layihə də Britaniya səfirliyinə Koalisiya adından  təqdim olunsun.

 

Çıxış etdi: Əliməmməd Nuriyev  Koalisiya adından “Gəlirlər və xərclərlə bağlı ictimaiyyətin maarifləndirilməsi”  istiqamətində layihə təqdim olunması təklifi ilə çıxış etdi. Jurnal və veb səhifə barədə də öz fikirlərinin bildirdi. O eyni zamanda veb səhifənin daha da təkmilləşdirilməsi təklifi ilə çıxış etdi. 

Çıxış etdi: Mehriban bildirdi ki,  Jurnalın üz qabığında  Hökumət üzvlərinin deyil,  Koalisiyanın təbliğ olunması və bəzi sözlərin akademik dildə işlənilməməsi  yaxşı haə deyil.

Çıxış etdi: Azər Mehtiyev jurnalın Koalisiyanı əks etdirməsini bildirərək gələn iclasların birində Oqtay bəyin iştirakı ilə bu məsələ ilə bağlı iradların səslənib müzakirə olunmasını irəli sürdü.

II.  Azərbaycanda dəyərləndirmə prosesinə start verilməsi ilə əlaqədar olaraq Bakıda Park İnn hotelində  08-10 dekabr tarixində keçiriləcək beynəlxalq konfransa hazırlıqla əlaqədar Koalisiya Şurası qarşısında duran vəzifələrin müzakirəsi və konfransa hazırlıq məsələləri barədə Qalib Əfəndiyev dəvət olunaraq məlumat verdi. Gündəlik hazırlanıb şəbəkəyə göndəriləcək. Gündəlikdə əsas müzakirə olunan məsələlərdən biri validasiya üçün prinsiplər, validasiya üçün ayrılmış vəsaitlər müzakirə olunacaq. Konfransın ilk günündə prezentasiyalar təqdim olunacaq. Konfransda İdarə heyətinin və EİTİ sekretariatının regional direktorunun da iştirakı nəzərdə tutulub. Validasiya prosesinin EİTİ üçün vacib məsələ olduğunu qeyd edərək Koalisiyanın da o konfransda iştirakının vacib olduğunu vurğuladı. Müzakirələrdən sonra qərara alındı ki, Koalisiyanı orda təmsil edəcək bir nəfər Şuradan və Koalisiya üzvlərinin iştirakı təmin olunsun. Odur ki, Şura üzvü Fəqan Əliyevin Koalisiyanı həmin tədbirdə təmsil etməsi qərara alındı.

III. Növbəti il üçün Fəaliyyət Planının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üzrə işçi qrupunun yaradılması təklifləri səsləndi. Təklif olundu ki, işçi qrupuna Azər Mehtiyev,  Əliməmməd Nuriyev, Mehriban Vəzir, Fəqan Əliyev və Zöhrab İsmayılov daxil olsun.

 

IV Gündəliyin bu məsələsi üzrə  Şura Əlaqələndiricisi Q. Ibadoğlunun məlumatı dinlənildi. O qeyd etdi ki, ABŞ  Dövlət Departamentinin dəvəti ilə 2009-cu il may ayının 31-dək  Şimali Karolina Universitetində tədqiqatla məşğul olacaq. Tədqiqatının əsas mövzusu neft gəlirləri olacaq. Odur ki, Q.İbadoğlu həmin müddət ərzində Şuranın icazəsini istədi və xahiş etdi ki, onun həmin müddət ərzində iclaslarda iştirak etməməsi üzrlü sayılsın və ondan sonra da hazırda icra etdiyi Şura Əlaqələndiricisi işinin digər Şura üzvünə həvalə edilməsi məsələsinə baxılsın. Q. Ibadoğlu eyni zamanda bildirdi ki, iyun ayından etibarən  səfərdən qayıdıb Şura Əlaqələndiricisi işinin  icrasına başlaya biləcək. Şura üzvləri Q. Ibadoğlunun  ABŞ Universitetlərinin birində  neft gəlirləri ilə bağlı aparacağı  tədqiqatının əhəmiyyətini yüksək qiymətləndirərək, onun həmin müddətdə Şura iclaslarında iştirak etməsini üzrlü qəbul olunmasını qərara aldılar. Sonra isə  həmin  müddət ərzində Q. Ibadoğlunu əvəzləyəcək Şura üzvünün müəyyənləşdirilməsi ətrafında müzakirələr aparıldı. Əsasnamədəki bəndlərlə tanış olduqdan sonra təkliflər səsləndi. Fəqan Əliyev Azər Mehtiyevin namizədliyini irəli sürdü

Çıxış etdi: Ruhəngiz Hüseynovanın təklifi o oldu ki,  Əlaqələndirici  Şuraya məktubla müraciət etsin və növbəti iclaslarda məktub əsasında Şurada müzakirələr aparılsın.

Çıxış etdi: Mehriban Vəzir təklifi o oldu ki, Şurada iştirak etməyənlərlə telefon bağlantısı yaradılsın və onların da fikirləri öyrənilib bildirilsin.

Müzakirələrdən sonra səsvermə yolu ilə qərara alındı ki, Şura Əlaqələndiricisi səfərdə olan müddətdə Azər Mehtiyev əvəzedici əlaqələndirici seçilsin. Şura üzvləri bu təklifin lehinə səs verdilər və eyni zamanda iclasda iştirak etməyən Şura üzvləri ilə telefon bağlantısı yaradılaraq  onların da rəyi nəzərə alındı. Mirvari Qəhrəmanlı, Fuad Qəhrəmanlı, Sevil Həmidova Azər Mehtiyevin əvəzedici əlaqələndirici kimi namizədliyini dəstəklədiklərini bildirdilər.  Oqtay Gülalıyev Azər Mehtiyevin namizədliyini dəstəkləsə də onun əvəzedici əlaqələndirici kimi seçilməsini Əsasnamə zidd saydığını bildirdi. İlham Hüseynli ilə isə telefon bağlantısı yaradıla bilmədi.

Beləliklə də qərara alındı ki,  Şura Əlaqələndiricisi Qubad İbadoğlu səfərdə olan müddətdə Azər Mehtiyev əvəzedici əlaqələndirici seçilsin.

V.  Cari məsələlərdə 16-18 fevral 2009-cu il tarixdə keçiriləcək Doha konfransında Koalisiyanın təmsilçiliyi ilə bağlı müzakirələr aparıldı və sonra Əliməmməd Nuriyevin namizədliyi irəli sürüldü və yekdilliklə dəstəkləndi. Şuranın qərarı ilə, Əliməmməd Nuriyevin namizədliyi irəli sürülərək təsdiq olundu.  Cari məsələlər üzrə  Ümumi Yığıncaq ilə bağlı vaxtın təyin edilməsi və 2 Yığıncaqda iştirak etməyənlərin siyahısının hazırlanması məsələləri müzakirə olundu. Qərara alındı ki, Dekabrın sonuncu həftələrinin şənbə günlərinin birində XII Ümumi Yığıncağın keçirilməsi məqsədəuyğun hesab edilsin.

 


1 ... 49 50 A


Sənədin sonuncu korrektə tarixi: 15/12/2008 - 15:40:18

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.37865