Vahid Layihə- 2007: İctimai radionun "Diqqət Mərkəzində" verilişində "Neft
gəlirləri və iqtisadi inkişaf" mövzusunda növbəti radio-dialoq keçirilib. (27/06/2007)

Koalisiyanın “Vahid Layihə” çərçivəsində həyata keçirdiyi “Neft gəlirlərinin
səmərəli xərclənməsinə dair radio-dialoqun keçirilməsi” layihəsi əsasında
radio-debat 27.06.07.-ci il tarixdə saat 17:10-da İctimai Radionun “Diqqət
mərkəzində” verilişində canlı olaraq yayımlanmlşdır.Verilişin qonağı Koalisiya
Şura üzvü İnqilab Əhmədov olmuşdur.
Ekspertə aşağıdakı sualar ünvanlanmışdır:
1.Azərbaycanın neft strategiyasının hədəflərindən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır.Son illər bu istiqamətdə baş verən dəyişikliklər Sizi qane edirmi?
2.Azərbaycan artıq təkcə neft deyil, həm də qaz ixracatçısına çevrilir.Bu gələcək perspektivlər vəd edir.Bəzi ölkələr öz enerji təhlükəsizlik problemini Azərbaycanın zəngin resursları hesabına həll etmək istəyir.GÜA-ın son toplantısında bu istiqamətli müzakirələri necə qiymətləndirirsiniz?
3.Yeri gəlmişkən ötən gün İstanbulda keçirilən QDİƏT-nın zirvə görüşündə dövlət və hökumət başçılarının “Şərqlə Qərb görüşür:enerji təhlükəsizliyinin yeni sərhədləri” adlanan X konfransı keçirilmişdir.Bu konfrans Xəzər hövzəsi ölkələrinin Avropaya inteqrasiyası baxımından nə qədər əlamətdardır?
4.Dünyanın enerji təhlükəsizlik sistemindən xüsusi mövqe əldə etməyə başlayan ölkəmiz Avropanın enerji təhlükəsizlik problemini nə dərəcədə həll etmək iqtidarındadır?
5.Orta Asiya Respublikalarının BTC-yə qoşulması perspektivini necə dəyərləndirirsiniz?
6.TransXəzər kəmərinin çəkilməsi ehtimalı nə qədərdir?Rusiya bu layihəyə qarşı mövqeyində axıra qədər israrlı olacaqmı?
Ekspert verilən suallara ətraflı cavab verməklə bir daha bildirib ki, karbohidrogen ehtiyatları qeyri-neft sektorunu inkişaf etdirmək üçün bir vasitə olmalıdır.Qeyri-neft sektorunu inkişaf etdirməklə gələcəkdə-neft tükəndiyi bir vaxtda yaranacaq problemlərlə üzləşməyək.
Veriliş zamanı telefon xəttinə millət vəkili Vahid Əhmədov da qoşulmuş və mövqeyini bildirmişdir:
-Azərbaycanın neft və qaz hasilatçısına çevrilməsi onun regionda geostrateji və geoiqtisadi mövqeyini möhkəmləndirir.Azərbaycan Avropanın enerji portnyoruna çevrilməklə Dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirir.Bu bir tərəfdən üzləşdiyimiz problemlərin həllinə, bir tərəfdən də əhalinin rifah halının yüksəlməsinə imkanlar yaradır.