Vahid Layihə- 2007: Gəncə Kənd Təsərrüfatı Akademiyasında Dəyirmi Masa keçirilib(30/06/2007)

30 iyun
2007- ci il tarixdə “Мədən Sənayesində
Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun
olaraq Gəncə Kənd Təsərrüfatı Akademiyasında Dəyirmi Masa keçirilmişdir.Dəyirmi Masada, MSŞA Koalisiyasının şura
üzvüləri Sabit Bağırov və Oqtay Güləliyev,
MSŞA Koalisiyasının Gəncə bölgə şöbəsinin koordinatoru Aslan Vəliyev,
Gəncə bölgə şöbəsinin şura üzvləri İrşad Abbasov və Gəncə Dövlət
Universitetinin müəllimi Məleykə Abbaszadə, Uşaq Fondunun sədri Rövşən Novruzov,
Tacirlər və İstehsalçılar Birliyinin Gəncə bölgəsinin sədri Cəbrail Məmmədov,
Vətəndaş Cəmiyyəti Uğrunda İB-nin Gəncə regional şöbəsinin sədri Vaqif İmanov,
Bakı xəbər qəzetinin jurnalisti Ruslan Xəlil, Bakı və region Universitetlərində
dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və Kənd Təsərrüfatı
Akademiyasınin müəllim və tələbə heyəti iştirak
etmişlər.
MSŞA Koalisiyasının Gəncə bölgə şöbəsinin şura üzvü İrşad Abbasov yığıncağın əhəmiyyəti hqqında qısa məlumat verərək dəyirmi masanı açmışdır.
Koalisiyasının Gəncə bölgə şöbəsinin koordinatoru Aslan Vəliyev Beynəlxalq Şəffaflıq Təşəbbüsünin əhəmiyyəti haqqında qısa məruzə edərək iştirakçıları məlumatlandırdı.
Oqtay Güləliyev MSŞA Koalisiyasının ölkədə həyata keçirilən geniş və çox faydalı fəaliyyəti haqqında çıxış edərək iştirakçıları bu tədbirlərdə aktiv iştiraka dəvət etdi.
Dəyirmi Masada MSŞA Koalisiyasının şura üzvü Sabit Bağırov “Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, təsirlər” mövzusunda məruzə ilə geniş çıxış etmişdir.
Məruzəçi şəffaflıq sahəsində mövcud olan beynəlxalq təcrübədən və beynəlxalq şəffaflıq təşəbbüsünə Azərbaycanin qoşulması tarixindən, Dövlət Neft Fondu haqqında, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır.Məruzə ətrafında geniş diskusiya oldu.
Çıxışlarda və diskussiya zamanı mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair müzakirələr aparılıb. Bu istiqamətdə maarifçilik işinin aparılması , ictimai qurumların, həmçinin müəllım və tələbələrin rolunun artırılmasının vacibliyi qeyd edilib. Suallara ətraflı cavab verildi.
Dəyirmi Masanın gedişində belə maarifləndirici tədbirlərin Gəncənin digər universitetlərində də həyata keçirilməsi təklif edildi. İrşad Abbasov Dəyirmi Masanı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və gələcəkdə belə yığıncaqların keçirilməsinin lazım olduğunu bildirmişdir.
Bununla da Dəyirmi Masa öz işini bitirmişdir.