Vahid Layihə- 2007: Oğuz rayonunda gənclərə seminar keçirilib. (06/06/2007)

"Sağlam
İnkişaf və Maarifləndirmə" ictimai birliyi və "Demokratik İslahatçı Gənclər" ictimai
birliyi MSŞA koalisiyası daxilində vahid layihə çərçivəsində "Gənclərin MHŞT proseslərinə
cəlb edilməsi" layihəsi istiqamətində 6 iyun 2007-ci il tarixində Oğuz rayonunda
gənclərə seminar keçirilmişdir. Seminar zamanı seminar iştirakçılarına MSŞA koalisiyası
tərəfindən hazırlanmış cib təqvimləri, üzərində MSŞA koalisiyasının, SİMİB-in
və DİGİB-in loqoları olan yazı kitabçaları və qələmlər paylanmışdır. Bundan əlavə
MSŞA koalisiyasının hazırladığı divar kağızları ilə yanaşı üzərində MSŞA koalisiyasının,
SİMİB-in və DİGİB-in loqoları olan ARDNF-nun gəlir və xərclərini özündə əks etdirən
divar kağızları tərəfimizdən hazırlayaraq seminar keçirilən zalın divarına vurulmuşdur.
Seminar əsasən aşağıdakı mövzular üzrə 4 istiqamətdə aparılmışdır.
I istiqamət: ümumi məlumat
1. Keçirilən layihənin məqsəd və vəzifələri, əhəmiyyətliliyi; (Məruzəçi; layihə rəhbəri A. Mikayılov)
2. Layihənin reallaşmasında iştirak edən təşkilatlar (MSŞT, SİMİB və DİGİB) haqqında məlumat; (Məruzəçi; layihə rəhbəri A. Mikayılov)
II istiqamət: ARDNF və MHŞT-nin əhəmiyyəti;
1. Neft fondunun yaradılması səbəbləri və tarixi, idarə edilməsi prosesləri; (Məruzəçi Mətləb Abbasov)
2. MSŞA koalisiyasının yaranma səbəbləri, missiyası, fəaliyyəti və tarixi haqqında məlumat; (Məruzəçi Mətləb Abbasov)
3. MSŞ prosesində ictimai nəzarətin faydalılığı; (Məruzəçi; Mətləb Abbasov)
III istiqamət: ARDNF - nun iqtisadi göstəriciləri;
1. Neft fondunun formalaşması mənbələri; (İqtisadçı ekspert Rasim Abutalıbov)
2. Neft fondunun xərc istiqamətləri; (İqtisadçı ekspert Rasim Abutalıbov)
3. Neft fondunun maliyyələşdirdiyi layihələr; (İqtisadçı ekspert Rasim Abutalıbov)
IV istiqamət testin keçirilməsi və iştirakçıların suallarının cavablandırılması
Qeyd edək ki, seminar 6 saat davam etmişdir. Seminarda layihə rəhbəri Asəf Mikayılov, mühazirəçilər "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyinin üzvləri Odlar Yurdu universitetinin müəllimi Mətləb Abbasov və iqtisad elmləri namizədi Rasim Abutalıbov iştirak etmişdir. Seminarın keçirilməsində Gənclər və İdman Nazirliyi, Oğuz rayon İcra Hakimiyyəti təşkilati və ARDNF isə informasiya dəstəyi vermişdir.