Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Hökumətin işində effektivlik artır (04/08/2007 - www.kaspi.az)

Hökumətin işində effektivlik artır (04/08/2007 - www.kaspi.az)
Növbəti illərdə bu göstəricinin daha da yaxşılaşacağı proqnozlaşdırılır
Açıq Cəmiyyət İnsititutu-Yardım Fondu tərəfindən maliyyələşdirilən filmdə əsasən ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlər, onlara ictimai nəzarətin təşkili və məsələrə yer alır. «Neft və Milyardlar Səltənətində» adlandırılan film artıq Gəncə, Tovuz, Mingəçevir televiziyalarında yayımımlanıb, yaxın vaxtlarda isə Sumqayıt, Quba, Zaqatalada nümaiş etdiriləcək. Bu haqda məlumatı Regional Uşaq Fondunun rəhbəri, sözügedən koalisyanın üzvü Rövşən Novruzov verib.

Qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) 2002-ci ilin sentyabr ayında İohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Sammintində Böyük Biritaniyanın baş naziri Toni Bleyr tərəfindən irəli sürülmüşdür. Bu təşəbbüsün irəli sürülməsində məqsəd öz təbii ehtiyatlarından son dərəcə asılı ölkələrin gəlirlərin şəffaflığının artırılması olub.

Azərbaycan hökuməti də bu təşəbbüsə dəstək verərək, 2003-cü il iyunun 17-də EİTİ-yə qoşulub. Nazirlər Kabinetinin sərəncamı ilə 2003-cü ilin noyabrın 13-də EİTİ üzrə hökumət komissiyası yaradılıb. 2004-cü ilin noyabrın 24-də Bakıda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi çəçivəsində hokumət, yerli və xarici neft şirkətlərinin və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qarşılıqlı Anlaşma Memorandumu imzalanmaqla, Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yardılıb.

Təbbi sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanılması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi barədə 19 layihə həyata keçirilib. Layihələr Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlarılması üçün Koalisiya tərəfindən reallaşdırılıb və bu yöndə də bir neçə layihənin icrası nəzərdə tutulub. Yeni yaradılarkən 29 QHT-ni və 3 fərdi şəxsi özündə birləşdirən Koalisiyada hazırda 94 QHT və 13 fərdi şəxs birgə fəaliyyət göstərir.

 

 

Dünya Bankının effektiv idarəetmə ilə bağlı açıqladığı hesabat Azərbaycan QHT-ləri tərəfindən öyrəniləcək. Bununla əlaqədar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyası və Milli Büdcə Qrupu birgə iş aparacaq. Dünən sözügedən QHT koalisiyası mövzu ilə bağlı ilk Dəyirmi masa keçirdi. Tədbiri açıq elan edən iqtisadçı İnqilab Əhmədov payızda bu məsələyə bir daha qayıdılacağını bildirdi. Qeyd edildi ki, Azərbaycan iqtisadçıları reytinqi hazırlayan müəlliflərlə də görüşmək imkanı qazanacaqlar.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Dünya Bankı İnstitutunun Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Rusiya üzrə məlumatlarını diqqətə çatdırdı. O qeyd etdi ki, effektiv idarəetmənin indikatorları kimi əhalinin rəyinin nəzərə alınması və dövlət orqanlarının hesabatlılığı, siyasi sabitlik və zorakılığın olmaması, hökumətin işinin effektivliyi, qanunların mükəmməlliyi, aliliyi və korrupsiya ilə mübarizə götürülüb. Açıqlanan məlumatlar göstərir ki, Azərbaycan iqtisadi artım dövrünü yaşayır. Ölkənin maliyyə imkanları ildən-ilə artır. Buna görə də idarəetmənin keyfiyyəti də artırılmalıdır. Q.İbadoğlu bildirdi ki, Dünya Bankının açıqladığı hesabata görə, Azərbaycan növbəti 3 ildə iqtisadi artım tempini saxlayacaq. Onun sözlərinə görə, əhalinin rəyinin nəzərə alınması və dövlət orqanlarının hesabatlılığı şkalası üzrə 1996-cı ildən 2004-cü ilə qədər inkişaf müşahidə olunub. Son iki ildə isə bu sahədə problemlər olub. Amma ümumilikdə Azərbaycanın bu sahədəki göstəricisi region ölkələri ilə müqayisədə orta göstəricidən yaxşıdır. Bu sahədə ən yaxşı göstərici Gürcüstandadır. Amma 2007-ci ildə bu göstəricinin daha da yaxşılaşması proqnozlaşdırıla bilər. Çünki bu günlərdə şəffaflığın artırılması ilə bağlı milli strategiya təsdiqlənib, həmçinin Nazirlər Kabinetinin son toplantısında dövlət başçısı məmurlara şəffaflığın artırılması ilə bağlı tapşırıqlar verib. Bundan əlavə, ölkədə bürokratik əngəllərin aradan qaldırılması üçün bir sıra addımlar atılıb. Məsələn, biznes strukturlarının qeydiyyatındakı problemlərin həlli üçün "vahid pəncərə" sisteminin tətbiqi Azərbaycanın reytinqini qaldırmağa kömək edəcək.

Siyasi sabitlik və zorakılığın olmaması indikatoru üzrə Azərbaycanda vəziyyət region ölkələrinə nisbətən yaxşıdır. Bu sahədə 2006-cı ildəki göstərici 2005-ci ildəki göstəricini qabaqlayır. Bu göstərici üzrə region ölkələri arasında ən yaxşı göstərici Qazaxıstanda qeydə alınıb.

Hesabata görə, Azərbaycanda hökumətin işinin effektivliyi indikatoru üzrə ən yaxşı göstərici 2005-ci ilə qədər qeyd alınıb. Q.İbadoğlu bildirdi ki, 96-cı ildən başlayaraq hökumətin işində effektivlik arta-arta gedib. Sıçrayışlı irəliləyiş 2003-cü ildən sonra qeyd alınıb. Növbəti illərdə Azərbaycanın bu göstəricini daha da yaxşılaşdıracağını proqnozlaşdırmaq olar. Çünki artıq demək olar ki, bütün dövlət strukturlarında işə qəbul test üsulu ilə aparılır. Q.İbadoğlu bildirdi ki, Azərbaycan hökumətin işinin effektivliyi indikatoruna görə bir sıra region ölkələrini qabaqlayır.

Azərbaycan qanunların mükəmməlliyi indikatoru üzrə də region ölkələrinin bir hissəsini qabaqlayır. Bu prosesdə dinamizm müşahidə olunmaqdadır.

Korrupsiya ilə mübarizə indikatoru üzrə vəziyyət isə ürəkaçan deyil. Azərbaycanda bu istiqamətdə ən uğurlu il 2004-cü il olub. Məhz həmin ildə korrupsiyaya qarşı mübarizə haqqında dövlət proqramı, müvafiq qanunlar qəbul olunub. Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Amma növbəti illərdə aparılan işlərin korrupsiyanın səviyyəsinə ciddi təsir etməməsi vəziyyəti mürəkkəbləşdirib.

Bütün bunlara əsaslanan Dünya Bankı İnstitutu region ölkələrinin reytinqlərini müəyyənləşdirib. Neft və qaz resursları ilə zəngin ölkələrin reytinq cədvəlində Azərbaycanın yeri kifayət qədər yaxşıdır. Rəsmi Bakı hökumətin işinin səmərəliliyi və qanunların mükəmməlliyi üzrə 4 bal, yerdə qalan indikatorlar üzrə isə 5 bal alıb. Azərbaycan bu sahədə Rusiyanı qabaqlayır. Rusiyada hökumətin işinin səmərəliliyi və qanunların mükəmməlliyi üzrə reytinq balı 5, yerdə qalan indikatorlar üzrə isə 6 olub. Qazaxıstanda da vəziyyət təxminən eynidir. Siyasi sabitlik, hökumətin işinin səmərəliliyi və qanunların mükəmməlliyi üzrə reytinq balı 5, yerdə qalanlar üzrə isə 6-dır. Türkmənistanda isə yalnız siyasi sabitliyə görə qeydə alınan 4 balı müsbət qiymətləndirmək olar. Yerdə qalan indikatorlar üzrə bu ölkənin göstəricisi 7 balla qiymətləndirilib.

Qeyd edək ki, Dünya Bankı İnstitutunun reytinq cədvəlində bütün göstəricilər üzrə ən yüksək qiymət alan ölkələr Finlandiya, İslandiya, Yeni Zelandiya, Norveç və İsveç olub. Ən pis göstərici isə Konqo, İraq, Birma, Somali, Özbəkistan və Türkmənistanda qeydə alınıb.

İlham QULİYEV

http://www.kaspi.az/iqtisadiyyat.htm

Kaspi qəzetinin 04.08.2007-ci il tarixli sayında dərc edilib.


1 ... 13 14 15 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:53

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.352499