|
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası öz rəyini
açıqlayacaq
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası öz rəyini
açıqlayacaq
«Xəbərlər-Azərbaycan» 18:25|03/ 10/ 2007
BAKI, 3 oktyabr – «Xəbərlər-Azərbaycan». Azərbaycan Respublikası
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 2006-cı il üçün 6-cı
hesabatı ilə bağlı İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın
Artırılması” (MSŞA) Koalisiyası öz rəyini açıqlayacaq. Bu barədə təşkilatın
mətbuat xidmətindən məlumat verilib.
MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək hələ də nöqsanların tam aradan qaldırılmadığı qənaətindədir. Tədbirdə Koalisiyanın 6-cı hesabat üzrə növbəti auditinin təhlili nəticəsində həyata keçirilən fəaliyyətə dair irad və təkliflər səsləndiriləcək. Qeyd edək ki, Oktyabr 5-də saat 11.30-da Beynəlxalq Mətbuat Mərkəzində keciriləcək tədbirdə MSHT sahəsində fəaliyyət göstərən Qırğızıstan QHT nümayəndələri də iştirak edəcək.
◄ 1 ... 21 22 23 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:38
|