Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

“Mədən Sənayesində Şəffaflığın Artırılması” ilə bağlı rəy açıqlanıb ( 2007-10-05 )

“Mədən Sənayesində Şəffaflığın Artırılması” ilə bağlı rəy açıqlanıb ( 2007-10-05 )
PressPost
Bu gün Azərbaycan Respublikası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 2006-cı ilin üçün açıqlanmış 6-cı hesabata İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyasının Rəyi açıqlanıb. Qurumdan PressPost-a verilən məlumata görə İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı hesabat üzrə növbəti auditin nəticələrinin açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi qiymətləndirir. Bununla yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək aşağıdakı nəticələrə gəlmişdir

1. Hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb.

İlk növbədə 6-cı hesabatın əhatə etdiyi 2006-cı ili Azərbaycanın neft və qaz gəlirlərini tarixində çox vacib il kimi qiymətləndirərək, qeyd etmək istərdik ki, hələ bir neçə il öncə məhz hesabat dövrünün sonuna AçG sazişi çərçivəsində ölkəmizin xeyrinə əhəmiyyətli dəyişikliyin baş verməsi planlaşdirilirdı. Lakin, 5-ci hesabatın təhlili göstərdi ki, 2006-cı ilin artıq birinci yarımilliyində planlaşdırıldığının əksinə olaraq AçG sazişində məsrəflərin kəskin artması səbəbindən Azərbaycan tərəfi şirkətlərlə müqayisədə hələ də gözlənilən yüksək rentabellik mərhələsinə keçə bilmədi. ötən rəydə bu məsələyə münasibət bildirilsə də yaranmış vəziyyətin və qərarlaşmış tendensiyanın əhəmiyyətini nəzərə alaraq, bir daha bəyan edirik ki, cari hesabatın təhlili göstərdi ki, bu istiqamətdə vəziyyət əvvəlki dövrlə müqayisədə yaxşılığa dogru dəyişməmiş, yəni Azərbaycan tərəfinin payının təsirli dərəcədə artması hələ ki, baş verməmişdir. Son hesabat dövründə (2006-cı ildə) ABƏŞ tərəfindən hasil edilən bütün neftin təxminən 13% -i hökumətin payına düşüb. Xatırladırıq ki, ötən 6 ayda bu nisbət 11,8% idi. Bunu təsdiq edən aşağıdakı rəqəmlərə nəzər yetirək. BP-nin müvafiq hesabatından məlumdur ki, 2006-cı ildə ABƏŞ-in bütövlükdə kapital xərcləri -2,477 mlrd.doll., əməliyyat xərcləri isə – 234 mln. doll. olmuşdur. Bu dövr ərzində saziş çərçivəsində ümumi hasilat 22,5 mln.ton., yaxud 166,5 mln. barrel təşkil etmişdir. Neftin 2006-cı ildə Azərbaycan üçün müvafiq tranzit və digər izafi xərclər çıxılandan sonra orta illik qiymətinin 52 dollar olmasını nəzərə alsaq, 2006-cı ildə cəmi 8,658 mlrd. dollar məbləğində ümumi gəlir əldə edilib. Kapital və əməliyyat xərclər çıxandan sonra hesabat dövründə bölüşdürülməli olan mənfəət nefti 5,947 mlrd. dollar məbləğində qalır. Hesabatda göstərildiyi kimi, dövlətin bu dövr üçün ümumi payı 896,3 mln.AZN*1.13=1,013 mlrd.dollar olur. Bununla yanaşı, podratçıların mənfəət nefti – 4,934 mlrd. dollar, ARDNŞ-in payı çıxmaqla isə xarici şirkətlərin mənfəət nefti – 4,441 mlrd. dollar olur ki, bu məbləğə müvafiq olaraq həmin ildə büdcəyə xarici şirkətlər tərəfindən 972,958 mln. AZN və ya 1,100 mlrd. dollar mənfəət vergisi ödənilmişdir.

2. Hasilat tempinin artmasına baxmayaraq, Azərbaycan hələ ki onun bəhrəsini adekvat həcmdə görmür.

2006-cı ildə AçG yatağında hasilatın tempi əvvəlki illə müqayisədə 50 % artmışdır. Bununla yanaşı mənfəət neftinin bölgüsü hələ də şirkətlərin xeyrinədir. Bu halda yaranmış sual yenə də cavabsız qalır: niyə AçG-nin şərtinə görə hökumətin payı gözlənildiyi kimi RGN > 16.75% mərhələsinə keçməyib, hələ də əvvəlki mərhələdə qalmaqdadır? Müxtəlif mənbələrdən alınmış informasiyaların təhlili göstərir ki, bunun başlıca səbəbi hesabat dövründə gözlənildiyinin əksinə olaraq hələ də əsaslı xərclərin tamamilə ödənilməməsi ilə izah oluna bilər. Baxmayaraq ki, hesablamalara görə 1995-2006-cı illər ərzində əsaslı xərclər 13,040 milyard dollar təşkil edib. Xatirlatmaq istərdik ki, hələ saziş bağlananda AçG-nin ümumi xərclərinin 12 mlrd. dolları ötməyəcəyi elan edilsə də, artıq yalnız əsaslı xərclərin 14 mlrd. dollara çatacağı heç kəsdə şübhə doğurmur. Xərclərin miqyasında artıma doğru kənarlaşmanın dünya bazar qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilməsini obyektiv xarakter daşıyan arqument kimi nəzərə alsaq da bu ədalətsizlik bir tərəfdən hesablamalarda ciddi xətaların olmasını, digər tərəfdən də xərclərin şişirdildiyini təsdiq edir. İkinci səbəbin aktuallığını son zamanlar Qazaxıstanın Kaşaqan yatağı ətrafinda baş verən müzakirələr daha da artırır.

3. Hasil olunmuş neftin tərəflər arasında bölgüsündə israfçılıq həddindən artıq çoxdur.

Hesabat dövrü üçün əldə olunmuş məlumatların təhlili göstərir ki, israfçılıq ilk növbədə xərclərin bu dövr üçün nəzərdə tutulduğundan çox olmasında özünü göstərir. Digər tərəfdən neftin dünya bazarinda satış qiyməti ilə hesabat üçün ortalığa çıxan qiymət arasında böyük fərqin olmasında özünü biruzə verir. Burada məntiqi olaraq hökumətin ayrı-ayrı podratçının mənfəət neftini satması prosesində qeyd etdiyi satış qiymətinin nə dərəcədə real olması və bu prosesə hökumətin nəzarətinin nə dərəcədə səmərəli olması sual doğurur.

4. 2006-cı ildə Azərbaycan hökumətinin qazancı mənfəət neftinin pay bölgüsü ilə müqayisədə daha çox mənfəət vergisindən formalaşmışdır. Belə ki, hesabat dövründə mənfəət vergisinin həcmi dövlətin mənfəət neftinin payından çox olmuşdur.

Hesabat dövründə xarici neft şirkətlərinin bütövlükdə büdcəyə ödədiyi mənfəət vergisinin 1,1 mlrd. dollar olması müqabilində hökumətin sırf mənfəət payının (ARDNŞ-in mənfəət payı nəzərə alınmasa) cəmi 524 mln. doll. olması dövlətin əsas gəlir mənbəyi olan pay bölgüsündən qazanclarının hələ də önəmli xarakter daşımadığını təsdiq edir. Baxmayaraq ki, Hasılatın Pay Bölgüsü sazişinin fəlsəfəsində dövlətin əsas gəlir mənbəyinin mənfəəf neftinin bölüşdürülməsindən əldə olunan daxilolmalar hesabına formalaşması dayanır.

5. Hesablama metodu və kassa metodu arasındakı fərqlər hesabatlarda kənarlaşmalara yol açır.

ötən il üzrə Vergilər Nazirliyinin xarici neft şirkətlərinin büdcənin formalaşmasında iştirakı ilə bağlı açıqlamaları bəzi ziddiyətli məqamları aşkara çıxartdı. Belə ki, bir tərəfdən AçG podratçılarının artıq 2005-ci ilin sonuncu rübündən mənfəət vergisini ödəməyə başlaması, digər tərəfdən rüblər üzrə ödənilmiş verginin məbləğində ayrı-ayrı mənbələrin açıqladığı rəqəmlərdəki fərq sonda onunla izah edildi ki, xarici vergi ödəyicilərində də hesablanmış vergi ilə ödənilmiş vergi arasında fərq yaranma praktikası mövcuddur. Hal hazırda müəssisələrin çoxu mühasibat uçotunu hesablama metodu (accrual basis) əsasında aparırlar. Yəni, hər hansı bir xidmət/mal/iş alındıqda və ya vergi öhdəliyi yarandıqda müəssisə, pul vəsaitinin ödənilib ödənilməməsindən asılı olmayaraq, dərhal borcunu mühasibat uçotunda əks etdirməlidir. Bu zaman, xidmət/mal/işin dəyəri xərcə yazılır və eyni zamanda borc yaranır. Sonra, borc ödənilir və mühasibat uçotundan silinir. Kassa metodundan (cash basis) istifadə edildikdə isə borc əks olunmur, xərc yalnız pul ödənildikdə əks olunur. MHŞT üzrə hesabat hazırladıqda bəzi şirkətlər ödədikləri pulun əvəzinə yaranan lakin hələ ödənilməmiş borcları göstərmişlər. Belə olan halda ikili mühasibatlıq arasında olan ziddiyət ciddi fərqlərə və izafi çətinlikliklərə səbəb olur. Bu isə xarici neft şirkətlərinin mənfəət vergisini vaxtında və tam ödəməsində problemlərin (hesablanmış və faktiki ödənilmiş vergidə fərq) ildən-ilə təkrar olunmasına şərait yaradır.

6. ARDNŞ-in Hasılatın Pay Bölgüsü sazişində ikili statusu manipulyasiya imkanlarını çoxaldır və hesabatlarda kənarlaşmaları artırır.

6-ci hesabat üzrə audit rəyinin müstəqil təhlili göstərdi ki, ənənəvi problem olan - ARDNŞ-in Pay Bölgüsü sazişində ikili statusu və həmçinin hesabatda ölkəyə çatası xam neftin ayrı-ayrılıqda deyil, hökumətlə ARDNŞ-ə birgə verilməsi dəqiq hesablama aparmağı çətinləşdirir və hökumətin əlahiddə pay bölgüsünü ayırd etməyə imkan vermir. Odur ki, İctimai Birliklərin MSŞA Koalisiyası 2 variant təklif edir: birinci variantda uçot və hesabat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq ARDNŞ-nin ikili statusu aradan qaldırılmalı və onun Hasılatın Pay Bölgüsü sazişində yalnız yerli şirkət olaraq işkirakı təsbit olunsun, ikinci variantda isə ARDNŞ fərdi olaraq hesabat təqdim etsin. Birinci variantın reallaşması nəticəsində Hasılatın Pay Bölgüsü sazişində iştirak edən xarici şirkətlərin ARDNŞ-ni dövlətlə səhv salması praktikasına son qoyula, ikinci variantın reallaşması isə hesabatların təhlilinin asanlaşmasına və nəticələrin daha da aydınlaşmasına şərait yarada bilər.

İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı hesabat üzrə növbəti auditin təhlili nəticəsində aşağıdakı istiqamətlər üzrə təkliflərin nəzərə alınmasını tövsiyyə edir:

  1. Anlaşma Memorandumuna əlavə və dəyişikliklər barədə Razılaşma Memorandumun tərəfləri arasında müzakirəyə çıxarılmalıdır.
  2. Hazirda qüvvədə olan Memorandumun tələblərindən irəli gələrək, Hasılatın Pay Bölgüsü sazişinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əsas götürərək mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında müzakirələrə start verilməlidir;
  3. Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi istiqamətində digər şirkətlərə nümunə olmaq məqsədilə ARDNŞ hesabatlılığını fərdi qaydada həyata keşirilməlı və bu istiqamətli təşəbbüsə Hökümət Komissiyası dəstək verməlidir;
  4. Şirkətlərin hesabatlılıq sistemində bilməyərəkdən yaranmış problemlərin miqyasının genişlənməsini və onun daim təkrar olunmasını nəzərə alaraq onların müvafiq heyəti üçün hesabatların doldurulması üzrə kurslar təşkil olunmalıdır;
  5. Memorandumun tərəflərinin maraqları nəzərə alinmaqla və yuxarıda təklif olunan tövsiyələrin reallaşması da daxil olmaqla tərəflərin öhdəlik və məsuliyyətlərini konkret zaman çərçivəsində özündə əks etdirən və növbəti ildən start götürən Fəaliyyət Planının işlənilməsinə başlanılmalıdır.


1 ... 24 25 26 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:33

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.351757