|
Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin sədri Mirvari Qəhrəmanlı
ARDNŞ-i əməkçilərin hüquqlarına məhəl qoymamaqda ittiham edir
Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin sədri Mirvari Qəhrəmanlı
ARDNŞ-i əməkçilərin hüquqlarına məhəl qoymamaqda ittiham edir
«Xəbərlər-Azərbaycan» - 24/ 09/ 2007
Kamal Əli.
 BAKI,
24 sentyabr – «Xəbərlər-Azərbaycan», Kamal Əli. «ARDNŞ müxtəlif
bayramların keçirilməsinə, bahalı artistlərin Bakıya dəvət olunmasına külli
miqdarda pul xərcləyir və bu zaman öz fəhlələrinin sosial müdafiəsi barədə
düşünmür». Belə bir açıqlama ilə mədən sənayesi sahəsində şəffaflığa həsr
olunmuş dəyirmi masada Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin sədri
Mirvari Qəhrəmanlı çıxış edib.
Onun sözlərinə görə, ARDNŞ-in fəaliyyəti bildirildiyi kimi şəffaf deyil. 2007-ci ilin yanvar ayına olan məlumatlara görə, şirkətdə 61500 nəfər işçi çalışır. Azərbaycan büdcəsinin əsas hissəsini təmin etmələrinə baxmayaraq, onlar kiçik miqdarda əmək haqqı alırlar. Qəhrəmanlının sözlərinə görə, ali dərəcəli mühəndis quruda yerləşən neft mədənlərində ayda cəmi 200-300 manat əmək haqqı alır. «ARDNŞ-in baş ofisinin girişində qiyməti 20-30 min dollar olan onlarla xidməti “Cip”lərin dayanmasına baxmayaraq, fəhlələr işə köhnə, paslanmış avtomobillərdə gedirlər. ARDNŞ-in hər bir yeni rəhbərliyinin fəaliyyəti şirkətin ofisinin yeni rəngə boyanması ilə başlayır. Ona görə də «Villa Petrolea» binasının divarında 5-6 boya saymaq olar. ARDNŞ-də 37 mərtəbəli bina tikməyə hazırlaşırlar, baxmayaraq ki, dəniz və quruda yerləşən buruqlarda fəhlələr şəraitsizliyinə görə dəhşətli tikililərdə daldalanırlar»- deyə, o bildirib.
◄ 1 ... 25 26 27 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:31
|