Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 5 Yanvar 2009, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft gəlirləri üzrə pay yenidən bölüşdürülməlidir

Neft gəlirləri üzrə pay yenidən bölüşdürülməlidir
Hasilatın artmasına baxmayaraq, Azərbaycan onun adekvat bəhrəsini görmür (Xalq Cebhesi 05/10/2007)
Pərvin Abbasov
Oktyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞA) çərçivəsində 2006-cı il üçün açıqlanmış 6-cı hesabata İctimai Birliklərin MSŞA Koalisiyasının rəyi açıqlandı. Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu bildirdi ki, hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb: "2006-cı il AÇG (Azəri, Çıraq, Günəşli) sazişi çərçivəsində Azərbaycanın xeyrinə əhəmiyyətli dəyişikliyin baş verməsi planlaşdırılırdı. Lakin AÇG sazişində məsrəflərin kəskin artması səbəbindən Azərbaycan tərəfi şirkətlərlə müqayisədə gözlənilən yüksək rentabellik mərhələsinə keçə bilmədi".

Koalisiya hesab edir ki, hasilat tempinin artmasına baxmayaraq, Azərbaycan hələ ki, onun adekvat bəhrəsini görmür: "2006-cı ildə AÇG yatağında hasilatın tempi əvvəlki illə müqayisədə 50% artıb. Bununla yanaşı mənfəət neftinin bölgüsü hələ də şirkətlərin xeyrinədir. Bu halda yaranmış sual yenə də cavabsız qalır: niyə AÇG-nin şərtinə görə hökumətin payı gözlənildiyi mərhələyə keçməyib, hələ də əvvəlki mərhələdə qalmaqdadır?".

Bundan başq Koalisiya hesab edir ki, hasil olunmuş neftin tərəflər arasında bölgüsündə israfçılıq həddindən artıq çoxdur. Həmçinin 2006-cı ildə Azərbaycan hökumətinin qazancı mənfəət vergisindən formalaşıb. Belə ki, hesabat dövründə mənfəət vergisinin həcmi dövlətin mənfəət neftinin payından çox olub. "Hesabat dövründə xarici neft şirkətlərinin bütövlükdə büdcəyə ödədiyi mənfəət vergisinin 1,1 mlrd. dollar olması müqabilində hökumətin sırf mənfəət payının (ARDNŞ-in mənfəət payı nəzərə alınmasa) cəmi 524 mln. dollar olması dövlətin əsas gəlir mənbəyi olan pay bölgüsündən qazanclarının hələ də önəmli xarakter daşımadığını təsdiq edir. Baxmayaraq ki, Hasılatın Pay Bölgüsü sazişinin fəlsəfəsində dövlətin əsas gəlir mənbəyinin mənfəət neftinin bölüşdürülməsindən əldə olunan daxilolmalar hesabına formalaşması dayanır" - deyə, MSŞA Koalisiyasının rəyində bildirilir.

Koalisiyas bəzi istiqamətlər üzrə təkliflərin nəzərə alınmasını tövsiyyə edir: "Anlaşma Memorandumuna əlavə və dəyişikliklər barədə Razılaşma Memorandumu tərəflər arasında müzakirəyə çıxarılmalıdır. Hazırda qüvvədə olan Memorandumun tələblərindən irəli gələrək, Hasilatın Pay Bölgüsü sazişinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əsas götürərək mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında müzakirələrə start verilməlidir.

Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi istiqamətində digər şirkətlərə nümunə olmaq məqsədilə ARDNŞ hesabatlılığını fərdi qaydada həyata keçirilməlı və bu istiqamətli təşəbbüsə hökumət dəstək verməlidir. Şirkətlərin hesabatlılıq sistemində bilməyərəkdən yaranmış problemlərin miqyasının genişlənməsini və onun daim təkrar olunmasını nəzərə alaraq onların müvafiq heyəti üçün hesabatların doldurulması üzrə kurslar təşkil olunmalıdır. Memorandumun tərəflərin maraqları nəzərə alınmaqla və yuxarıda təklif olunan tövsiyələrin reallaşması da daxil olmaqla öhdəlik və məsuliyyətin konkret zaman çərçivəsində özündə əks etdirən və növbəti ildən start götürən Fəaliyyət Planının işlənilməsinə başlanılmalıdır.

Tədbirdə Koalisiya Şurasının üzvləri Sevgim Rəhmanov, Oqtay Gülalıyev və qurumun mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadə iştirak edirdi.


1 ... 26 27 28 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:30

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.709603