Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

İctimai Birliklərin Şəffaflıq Koalisiyası rəyini açıqladı

İctimai Birliklərin Şəffaflıq Koalisiyası rəyini açıqladı
UÇOT VƏ HESABAT SİSTEMİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI TƏKLİF OLUNUR (525-ci qəzet 06/10/2007)
Zamirə İLQAR
İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" (MSŞA) Koalisiyası hökumətin "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" çərçivəsində 2006-cı il üçün açıqlanan 6-cı hesabata ənənəvi olaraq rəy bildirib. Artıq 6 ildir ki, sözügedən koalisiya hökumətin açıqladığı hesabatla bağlı öz təklif və iradlarını irəli sürür. Bu neçə ildə hökumət bu qurumun bəzi təkliflərini nəzərə alsa da, ümumilikdə qeyd olunan əksər problemlər öz həllini tapmayıb. İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı hesabat üzrə növbəti auditin nəticələrinin açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması yolunda atılan vacib addım kimi qiymətləndirir. Bununla yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək bir sıra nəticələrə gəlib. Ümumi rəy koalisiyanın nəzdində yaranan analitik qrup tərəfindən təhlil olunub.

Qurumun rəyini təhlil edən İctimai Birliklərin MSŞA Koalisiyasınin əlaqələndiricisi iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb. 6-cı hesabatın əhatə etdiyi 2006-cı ili Azərbaycanın neft və qaz gəlirlərini tarixində çox vacib dövr kimi qiymətləndirən ekspert, qeyd edib ki, hələ bir neçə il öncə məhz hesabat dövrünün sonuna Azəri-Çıraq Günəşli (AÇG) sazişi çərçivəsində ölkəmizin xeyrinə əhəmiyyətli dəyişikliyin baş verməsi planlaşdırılıb.

Lakin 5-ci hesabatın təhlili göstərib ki, 2006-cı ilin artıq birinci yarımilliyində planlaşdırıldığının əksinə olaraq AÇG sazişində məsrəflərin kəskin artması səbəbindən Azərbaycan tərəfi şirkətlərlə müqayisədə hələ də gözlənilən yüksək rentabellik mərhələsinə keçə bilməyib. "Ötən rəydə bu məsələyə münasibət bildirilsə də yaranmış vəziyyətin və qərarlaşmış tendensiyanın əhəmiyyətini nəzərə alaraq, bir daha bəyan edirik ki, cari hesabatın təhlili göstərdi ki, bu istiqamətdə vəziyyət əvvəlki dövrlə müqayisədə yaxşılığa dogru dəyişməyib. Son hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən bütün neftin təxminən 13 faizi hökumətin payına düşüb. BP-nin müvafiq hesabatından məlumdur ki, 2006-cı ildə ABƏŞ-in bütövlükdə kapital xərcləri 2,477 milyard dollar, əməliyyat xərcləri isə 234 milyon dollar olub. Bu dövr ərzində saziş çərçivəsində ümumi hasilat 22,5 milyon ton, yaxud 166,5 milyon barel təşkil edib. Neftin 2006-cı ildə Azərbaycan üçün müvafiq tranzit və digər izafi xərclər çıxılandan sonra orta illik qiymətinin 52 dollar olmasını nəzərə alsaq, 2006-cı ildə cəmi 8,658 milyard dollar məbləğində ümumi gəlir əldə edilib. Kapital və əməliyyat xərclər çıxandan sonra hesabat dövründə bölüşdürülməli olan mənfəət nefti 5,947 milyard dollar məbləğində qalır.

Hesabatda göstərildiyi kimi, dövlətin bu dövr üçün ümumi payı 896,3 milyon manat olur. Bununla yanaşı, podratçıların mənfəət nefti 4,934 milyard dollar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payını çıxmaqla isə xarici şirkətlərin mənfəət nefti 4,441 milyard dollar olur ki, bu məbləğə müvafiq olaraq həmin ildə büdcəyə xarici şirkətlər tərəfindən 972,958 milyon manat mənfəət vergisi ödənilib. Q.İbadoğlu bildirib ki, hasilat tempinin artmasına baxmayaraq, Azərbaycan hələ ki onun bəhrəsini adekvat həcmdə görmür. Onun sözlərinə görə, 2006-cı ildə AÇG yatağında hasilatın tempi əvvəlki illə müqayisədə 50 faiz artıb. "Bununla yanaşı mənfəət neftinin bölgüsü hələ də şirkətlərin xeyrinədir. Bu halda yaranmış sual yenə də cavabsız qalır: niyə AÇG-nin şərtinə görə hökumətin payı gözlənildiyi kimi RGN-16.75 faiz mərhələsinə keçməyib, hələ də əvvəlki mərhələdə qalmaqdadır? Müxtəlif mənbələrdən alınmış informasiyaların təhlili göstərir ki, bunun başlıca səbəbi hesabat dövründə gözlənildiyinin əksinə olaraq hələ də əsaslı xərclərin tamamilə ödənilməməsi ilə izah oluna bilər. Baxmayaraq ki, hesablamalara görə 1995-2006-cı illər ərzində əsaslı xərclər 13,040 milyard dollar təşkil edib. Hələ saziş bağlananda AÇG-nin ümumi xərclərinin 12 milyard dolları ötməyəcəyi elan edilsə də, artıq yalnız əsaslı xərclərin 14 milyard dollara çatacağı heç kəsdə şübhə doğurmur".

Q.İbadoğlu hesab edir ki, xərclərin miqyasında artıma doğru kənarlaşmanın dünya bazar qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilməsi obyektiv xarakter daşıyan arqument kimi nəzərə alınsa da, bu ədalətsizlik bir tərəfdən hesablamalarda ciddi xətaların olmasını, digər tərəfdən də xərclərin şişirdildiyini təsdiq edir. Təhlillər göstərir ki, hasil olunmuş neftin tərəflər arasında bölgüsündə israfçılıq həddindən artıq çoxdur. "Hesabat dövrü üçün əldə olunmuş məlumatların təhlili göstərir ki, israfçılıq ilk növbədə xərclərin bu dövr üçün nəzərdə tutulduğundan çox olmasında özünü göstərir. Digər tərəfdən neftin dünya bazarında satış qiymətilə hesabat üçün ortalığa çıxan qiymət arasında böyük fərqin olmasında özünü büruzə verir. Burada məntiqi olaraq hökumətin ayrı-ayrı podratçının mənfəət neftini satması prosesində qeyd etdiyi satış qiymətinin nə dərəcədə real olması və bu prosesə hökumətin nəzarətinin nə dərəcədə səmərəli olması sual doğurur".

Q.İbadoğlu bildirib ki, növbəti narahatlıq doğuran məsələ 2006-cı ildə Azərbaycan hökumətinin qazancı mənfəət neftinin pay bölgüsü ilə müqayisədə daha çox mənfəət vergisindən formalaşmasıdır. "Hesabat dövründə xarici neft şirkətlərinin bütövlükdə büdcəyə ödədiyi mənfəət vergisinin 1,1 milyard dollar olması müqabilində hökumətin sırf mənfəət payının, ARDNŞ-in mənfəət payı nəzərə alınmasa, cəmi 524 milyon dollar olması dövlətin əsas gəlir mənbəyi olan pay bölgüsündən qazanclarının hələ də önəmli xarakter daşımadığını təsdiq edir. Baxmayaraq ki, Hasilatın Pay Bölgüsü sazişinin fəlsəfəsində dövlətin əsas gəlir mənbəyinin mənfəət neftinin bölüşdürülməsindən əldə olunan daxilolmalar hesabına formalaşması dayanır". İqtisadçının qənaətincə, hesablama metodu və kassa metodu arasındakı fərqlər hesabatlarda kənarlaşmalara yol açır. Onun sözlərinə görə, ötən il üzrə Vergilər Nazirliyinin xarici neft şirkətlərinin büdcənin formalaşmasında iştirakı ilə bağlı açıqlamaları bəzi ziddiyyətli məqamları aşkara çıxarıb. Belə ki, bir tərəfdən AÇG podratçılarının artıq 2005-ci ilin sonuncu rübündən mənfəət vergisini ödəməyə başlaması, digər tərəfdən rüblər üzrə ödənilmiş verginin məbləğində ayrı-ayrı mənbələrin açıqladığı rəqəmlərdəki fərq sonda onunla izah edildi ki, xarici vergi ödəyicilərində də hesablanmış vergi ilə ödənilmiş vergi arasında fərq var. Ekspert bildirib ki, hazırda müəssisələrin çoxu mühasibat uçotunu hesablama metodu əsasında aparırlar". Yəni, hər hansı bir xidmət, mal, iş alındıqda və ya vergi öhdəliyi yarandıqda müəssisə, pul vəsaitinin ödənilib-ödənilməməsindən asılı olmayaraq, dərhal borcunu mühasibat uçotunda əks etdirməlidir. Bu zaman, dəyər xərcə yazılır ki, onda da borc yaranır. Sonra, borc ödənilir və mühasibat uçotundan silinir. Kassa metodundan istifadə edildikdə isə borc əks olunmur, xərc yalnız pul ödənildikdə əks olunur. "MHŞT üzrə hesabat hazırladıqda bəzi şirkətlər ödədikləri pulun əvəzinə yaranan, lakin hələ ödənilməyən borclarını göstəriblər. Belə olan halda ikili mühasibatlıq arasında olan ziddiyyət ciddi fərqlərə və izafi çətinliklərə səbəb olur".

İqtisadçının sözlərinə görə, bu xarici neft şirkətlərinin mənfəət vergisini vaxtında və tam ödəməsində problemlərin ildən-ilə təkrar olunmasına şərait yaradır. 6-ci hesabat üzrə audit rəyinin müstəqil təhlili ARDNŞ-nin Pay Bölgüsü sazişində ikili statusu bir sıra problemlərin yaranmasına səbəb olub. Ötən ilki hesabatda ölkəyə çatası xam neftin ayrı-ayrılıqda deyil, hökumətlə ARDNŞ-yə birgə verilməsi dəqiq hesablama aparmağı çətinləşdirib və hökumətin əlahiddə pay bölgüsünü ayırd etməyə imkan verməyib. İctimai Birliklərin MSŞA Koalisiyası isə məsələdən çıxış yolu kimi 2 variant təklif edir. Birinci variantda uçot və hesabat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq ARDNŞ-nin ikili statusu aradan qaldırılmalı və onun Hasilatın Pay Bölgüsü sazişində yalnız yerli şirkət olaraq iştirakı təsbit olunmalıdır. İkinci varianta əsasən isə ARDNŞ fərdi olaraq hesabat təqdim etməlidir.


1 ... 29 30 31 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:22

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.845121