Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Qırğızıstan vətəndaş cəmiyyətinin üzvləri ilə gorüş mətbuatda

Qırğızıstan vətəndaş cəmiyyətinin üzvləri ilə gorüş mətbuatda
Presspost.az (05/10/2007), Xalq Cəbəsi qəzeti (06/10/2007)

Presspost.az (05/10/2007)

05 oktyabr 2007-ci il tarixdə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında Qırğızıstan vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi. Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən Omurbekova Nuriyə, Yelena çeremenina, Eraliyeva Nurcamal və Eybiyeva Elina Azərbaycanın MHŞT sahəsində təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu vurğulayaraq bu sahədə Azərbaycan QHT-lərinin fəaliyyətinin onlar üçün örnək ola biləcəyini vurğuladılar. Qırğızıstanda MHŞT ilə bağlı təcrübənin az olduğunu qeyd edərək nümayəndə heyəti görüşlərdə əldə olunan məlumatların gələcək fəaliyyətlərində istifadə edəcəklərini söylədilər.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Sevgim Rəhmanov qurumun yaranması, fəaliyyəti və normativ sənədləri barədə məlumat verərək həyata keçirilən layihələrlə Azərbaycanın mədən sənayesində şəffaflığa tam nail olunmadığını söylədi. Ancaq, bununla belə həm hökumətlə, həm də yerli və xarici neft şirkətləri ilə müzakirələrin aparıldığını qeyd edən Şura üzvü MHŞT sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi məqsədilə təkliflərlə çıxış edildiyini açıqladı.
Qonaqlara MSŞA Koalisiyasının Kütləvi İnformasiya Vasitələri ilə əlaqələri və bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadə məlumat verdi.

Tədbirdə iştirak edən Koalisiya üzvləri ilə müzakirələrdə qonaqlar Qırğızıstanda vətəndaş cəmiyyətinin vəziyyəti, mövcud problemlərlə bağlı məlumat verdilər və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsini əhəmiyyətli hesab etdiklərini söylədilər.

Xalq Cəbəsi qəzeti (06/10/2007): Qırğızlar Azərbaycan QHT-lərilə maraqlanırlar
Onlar Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının işiylə tanış olublar
Pərvin Abbasov

Qırğızıstan vətəndaş cəmiyyəti nümayəndələri oktyabrın 1-5-də Azərbaycanda səfərdə olublar. Dünən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu bildirdi ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi, İTM-in təşkilati dəstəyilə baş tutan səfərin əsas məqsədi Azərbaycanın vətəndaş cəmiyyətinin mədən sənayesi gəlirləri və onların xərclənməsinə nəzarəti prosesində iştirak formalarıyla tanış olmaqdır. Səfər çərçivəsində Hasilat Sənayesində Beynəlxalq Təşəbbüsü (EİTİ) Qırğızıstan üzrə proqram meneceri Nuriya Omurbekova, piar meneceri Yelena Çeremenina, Təşəbbüslə bağlı yaradılmış İsıkkul İşçi Qrupunun koordinatoru Elina Elteyeva və həmin qrupun üzvü Nurcamal Yeraliyevadan ibarət nümayəndə heyəti Milli Büdcə Qrupu və Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının ofisində hər iki qurumun fəaliyyəti, həyata keçirilən layihələrə dair seminarlarda iştirak ediblər. Daha sonra onlar bp və "Statoil" şirkətlərində, ARDNŞ və Dövlət Neft Fondunda olublar.

Azərbaycan QHT-lərinin fəaliyyəti ilə maraqlanan Qırğızıstan nümayəndələri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvar Qəhrəmanlı, "Himayədar" Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızı, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırovla görüşüblər.

Dünən günün ikinci yarısında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, qonaqlarla Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında görüş keçirilib. Qonaqlar Azərbaycanın MHŞT sahəsində təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu vurğulayaraq bu sahədə Azərbaycan QHT-lərinin fəaliyyətinin onlar üçün örnək ola biləcəyini vurğulayıblar. Qırğızıstanda MHŞT ilə bağlı təcrübənin az olduğunu qeyd edən nümayəndə heyəti görüşlərdə əldə olunan məlumatların gələcək fəaliyyətlərində istifadə edəcəklərini söyləyiblər.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Sevgim Rəhmanov qurumun yaranması, fəaliyyəti və normativ sənədləri barədə məlumat verərək həyata keçirilən layihələrlə Azərbaycanın mədən sənayesində şəffaflığa tam nail olunmadığını söyləyib. Həm hökumətlə, həm də yerli və xarici neft şirkətləri ilə müzakirələrin aparıldığını qeyd edən Sevgim Rəhmanov MHŞT sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi məqsədilə təkliflərlə çıxış edildiyini açıqlayıb.
Qonaqlara MSŞA Koalisiyasının KİV-lə əlaqələri və bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadə məlumat verib.

Tədbirdə iştirak edən koalisiya üzvləri ilə müzakirələrdə qonaqlar Qırğızıstanda vətəndaş cəmiyyətinin vəziyyəti, mövcud problemlərlə bağlı məlumat veriblər və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsini əhəmiyyətli hesab etdiklərini söyləyiblər.


1 ... 30 31 32 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:20

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.315879