Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 5 Dekabr 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft gəlirləri QHT-lərin diqqət mərkəzində (15/05/2007 - "Xalq Cəbhəsi" qəzeti)

Neft gəlirləri QHT-lərin diqqət mərkəzində (15/05/2007 - "Xalq Cəbhəsi" qəzeti)
Mədən sənayesində şəffaflıqla bağlı yeni layihələr həyata keçiriləcək
Pərvin Abbasov
Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 3 yaşı tamam oldu. Dünən bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən mətbuat konfransında Koalisiya Şurasının əlaqələndiricisi Q.İbadoğlu bildirdi ki, qurum 2004-cü il mayın 13-də yaradılıb. Onun sözlərinə görə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) 2002-ci ilin sentyabr ayında İohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb.
Bu təşəbbüsün irəli sürülməsində məqsəd təbii ehtiyatlardan son dərəcə asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılması olub. Azərbaycan hökuməti bu təşəbbüsə dəstək verərək 2003-cü il iyunun 17-də EİTİ-yə qoşulduğunu bəyan edib. 2003-cü il noyabrın 13-də Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə EİTİ üzrə hökumət komissiyası yaradılıb. 2004-cü il noyabrın 24-də Bakıda "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin, yerli və xarici neft şirkətlərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar: "Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi, eyni zamanda əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün Koalisiya tərəfindən indiyə qədər 19 layihə həyata keçirilib və cari ildə daha bir neçə layihənin icrası nəzərdə tutulur. Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 93 QHT və 13 fərdi üzvü özündə birləşdirir".

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində hökumət komissiyasının indiyə qədər açıqladığı 5 hesabatla bağlı Koalisiyanın rəyi verilib və bir sıra təkliflərin nəzərə alınması tövsiyyə edilib. Q.İbadoğlu MSŞT çərçivəsində 2006-cı ilin ilk ayı üçün açıqlanmış hökumət komissiyasının hesabatı ilə bağlı MSŞA Koalisiyasının rəyini də açıqladı: "Nəticələr göstərir ki, kapital xərclər ciddi nəzarət altında olmalıdır. Bu nəzarət müqavilənin şərtlərinə görə ARDNŞ-nin məsuliyyətindədir. Lakin ARDNŞ müqavilədə sifarişçini, yəni Azərbaycan hökumətini təmsil etməklə yanaşı eyni zamanda icraçı tərəfin (podratçının) üzvüdür. Bu cür ikili status isə maraqlar konflikti törədən amil olaraq qalmaqda davam edir".

Bundan başqa, kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq məqsədilə hökumət, ABƏŞ və Koalisiya nümayəndələrindən ibarət olan komissiyanın yaradılması məqsədəuyğundur. Q.İbadoğlu Koalsiyanın rəyindən sitat gətirərək dedi ki, ARDNŞ-nin hesabatlılıq sistemi və hökumətə ödəmələri ziddiyyətli xarakter daşıyır: "Həmçinin MŞHT üzrə hesabatların nəzərdə tutulan vaxtdan gec təqdim olunması təəssüf doğurur".

Koalsiyanın digər narazılığı isə hesabatların təhlili üçün şirkətlərin fəaliyyətini xarakterizə edən zəruri informasiyalara çıxışın problemli olaraq qalmasıdır: "İctimai birliklərin, MSŞA Koalisiyasının informasiya sorğusu məqsədilə bp və ARDNŞ-ə ünvanladığı məktubların cavablandırılmaması narahatlığı daha da artırır".

Bütün qeyd olunanların nəticəsi olaraq Koalisiya tövsiyyə edir ki, Anlaşma Memorandumunun tələblərindən irəli gələrək, mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında yeni müzakirələrə start verilməlidir. Koalisiya hesab edir ki, ARDNŞ-in ikili statusu da aradan qaldırılmalıdır. Daha sonra Koalisiyanın digər üzvləri İnqilab Əhmədov, Oqtay Gülalıyev və başqaları çıxış etdilər.

"Xalq Cəbhəsi" qəzeti
15 may, 2007


1 ... 3 4 5 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:7

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.29812