Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 5 Yanvar 2009, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

3 yaşlı koalisiya (15/05/2007 - "Kaspi" qəzeti)

3 yaşlı koalisiya (15/05/2007 - "Kaspi" qəzeti)
93 QHT neft gəlirlərinin xərclənməsinə nəzarət edir
Amin MUSTAFAYEV
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının (MSŞT) yaradılmasının 3 illiyi münasibəti ilə mətbuat konfransı keçirildi.

MSŞT Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirdi ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabrında Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində məqsəd təbii ehtiyatlardan asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır.

Koalisiya Şurasının üzvü İnqilab Əhmədov Böyük Britaniya hökumətinin rəhbəri tərəfindən irəli sürülən bu təşəbbüsün son dərəcə vacib siyasi mahiyyət daşıdığını qeyd etdi: "Bu təşəbbüsə iki konsepsiyadan yanaşıla bilər. Birincisi, bu, Toni Bleyer tərəfindən irəli sürülən adi bir siyasi bəyanatdır və o, siyasi arenadan gedəndən sonra unudulacaqdır. İkincisi isə bu, hökumət rəhbərlərinin özlərindən asılı olmayan labüd bir məsələdir. Azərbaycanın da bu cür labüd bir təşəbbüsə qoşulması çox mühüm bir addımdır".

Q.İbadoğlu Azərbaycan hökumətinin bu təşəbbüsə dəstək verərək 2003-cü il iyunun 17-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulduğunu bildirdi. 2003-cü il noyabrın 13-də Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə EITI üzrə hökumət komissiyası yaradılıb. 2004-cü ilin noyabrın 24-də Bakıda EITI-nin Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökuməti, yerli və xarici neft şirkətləri və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi çıxış edən MSŞT isə 2004-cü il mayın 13-də ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə, onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin etmək üçün yaradılıb.

Koalisiya Şurasının üzvü Oktay Güləliyev də dövlətin bu təşəbbüsə qoşulmasını yüksək qiymətləndirdi: "Bu təşəbbüs kiçik əhatə dairəsində lokallaşmadı. Genişləndi və genişlənməkdə davam edir. Əhalinin neftdən gələn gəlirlər və onların xərclənməsi barədə məlumatlandırılması çox vacib bir amildir. İnanıram ki, Neft Fondundakı gəlirlərin artırılması və investisiya məqsədilə yönləndirilməsində bizim koalisiya öz töhfəsini verəcək".

Qubad İbadoğlu həmçinin, MSŞT Koalisiyasının 3 il ərzində gördüyü işlər haqqında da danışdı: "Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi, eyni zamanda, əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün koalisiya tərəfindən indiyə qədər 19 layihə həyata keçirilib və cari ildə daha bir neçə layihənin icrası nəzərdə tutulur. Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 93 QHT və 13 fərdi üzvü özündə birləşdirir".

Mətbuat konfransında çıxış edən Koalisiya Şurasının üzvü Telman Zeynalov isə ekoloyi vəziyyətlə bağlı narahatlığını iştirakçıların diqqətinə çatdırdı: "Mən ətraf mühitin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üçün xüsusi bir şöbənin yaradılmasını təklif etmişəm. Təbiətə vurulan ziyanın qarşısı mütləq alınmalıdır".

Q.İbadoğlu EITI çərçivəsində indiyə qədər açıqlanan 5 hesabata rəyi verdiklərini də bildirdi: "Anlaşma Memorandumunun tələblərindən irəli gələrək, mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında yeni müzakirələrə start verilməlidir. Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi məqsədilə hökumət komissiyasının və koalisiyanın təşəbbüsləri genişləndirilməlidir. Hesabatlar üzrə auditor rəyinin hazırlanması məqsədilə keçirilən tenderdə rəqabət şəraiti təmin olunmalı bu prosesə digər nüfuzlu şirkətlər də cəlb olunmalıdır".

"Kaspi" qəzeti www.kaspi.az
15 may, 2007


1 ... 5 6 7 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:11:59

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.707902