|
İctimai Birliklərin MSŞA Koalisiya Dövlət Neft Fondunun Müşahidə Şurasının
tərkibində təmsil olunmasını təklif edir (11/06/2007 - "Xəbərlər-Azərbaycan")
İctimai Birliklərin MSŞA Koalisiya Dövlət Neft Fondunun Müşahidə Şurasının
tərkibində təmsil olunmasını təklif edir (11/06/2007 - "Xəbərlər-Azərbaycan")
http://az.newsazerbaijan.ru/obsh/20070611/41786658.html
BAKI, 11 iyun – "Xəbərlər-Azərbaycan". Birliklərin «Mədən sənayesində şəffaflığın
artırılması» Koalisiya Şurasının növbəti iclasında Respublikası prezidentinin
Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının yeni tərkibinin təsdiqi ilə bağlı
sərəncamı müzakirə edilib. Təşkilat, sərancama görə DNF-nin Müşahidə Şurasının
9 nəfərdən ibarət tərkibinin formalaşdırılmasına etirzanı bildirib. Bu barədə
«Xəbərlər-Azərbaycan»a adıçəkilən ictimai təşkilatdan məlumat daxil olub.
Koalisiya hesab edir ki, əsasnaməyə görə, üzvlər arasında ictimai təşkilat nümayəndəsi də olmalı idi. Seçim zamanı buna əməl edilməyib. Belə ki, DNF-nin Müşahidə Şuranın üzvlərindən 2-i Milli Məclisi (qanunvericilik hakimiyyətini), 5-i hökuməti (icra hakimiyyətini), 1-i Milli Bankı və 1-i Milli Elmlər Akademiyasını təmsil edir. Odur ki, İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiya Dövlət Neft Fondunun fəaliyyətinə vətəndaş nəzarətinin təmin edilməsi məqsədilə təşkilatın hər hansı üzvünün ictimai təşkilatların nümayəndəsi olaraq Müşahidə Şurasının tərkibində təmsil olunmasını təklif edir.
◄ 1 ... 8 9 10 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:11:55
|