|
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #11(31/05/2008)
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #11(31/05/2008)
Baki şəhəri, 31 may 2008-ci
il
Yığıncağın
Gündəliyi: 1)
Şuranın məlumatı 2)
Əsasnaməyə əlavə və dəyişikliklərin müzakirəsi 3)
Ekoloqların hazirladığı ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramının
müzakirəsi və qəbulu 4) Yekun müzakirələr
-
Koalisiya üzvlərinin sayi- 131 nəfər -
Qeydiyyatdan keçənlər- 59 nəfər -
İştirak edirdi - 40 nəfər -
Dəvət olunan qonaq - 1 nəfər Yığıncağın Gündəliyi - Şuranın məlumatı
- Əsasnaməyə əlavə və dəyişikliklərin müzakirəsi
- Ekoloqların hazirladığı ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramının müzakirəsi və qəbulu
- Yekun müzakirələr
Yığıncağın aparılması üçün yekdil səslə Qubad İbadoğlu, Mehriban Vəzir, İlham Hüseynli sədarətə, Firuzə Əsədullayeva, Sevil Allahverdiyeva katibliyə,Çingiz Dadaşov say kommisiyasına seçildilər. Qonaq qismində iştirak edən Açıq Cəmiyyət İnstitutu Fondunun rənbəri Fərda Əsədov Yığıncaq iştirakçılarını salamlayaraq Koalisiyanın yarandığı müddətdən bu günə qədər olan fəaliyyətini müsbət dəyərləndırdi. I. Birinci məsələ ilə əlaqədar Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu çıxış edərək 2007-ci ilin oktyabr ayından 2008-ci ilin may ayına qədər olan müddətdə Koalisiya Şurasının gördüyü işlər barədə məlumat verdi. O qeyd etdi ki, hazırda Koalisiya üzvlərinin sayı 131-yə çatıb ki, onların da 116-sı QHT-lərin təmsilçisi, 15 nəfər isə fərdi üzv kimi bu Alyansda birləşiblər. Koalisiyanın beynəlxalq səviyyədə nüfuzunun artdığını bildirən Qubad İbadoğlunun verdiyi məlumata görə, dövr ərzində Azərbaycanda MSŞT-nin tətbiqini öyrənmək üçün Kamboca dövlət nümayəndə heyətinin, Ukrayna və Qazaxıstan MSŞA Koalisiyasının nümayəndələri Azərbaycana səfər ediblər. Bu dövr ərzində MHŞT üzrə 7-ci hesabat və auditor şirkətinin rəyləri təhlil edilib və Koalisiyanın xüsusi rəyləri açıqlanıb, Memorandumun, o sıradan da mövcud hesabat sisteminin təkmilləşdirilməsinə dair Təkliflər hazırlanaraq Hökümət Komissiyasına təqdim edilib və bununla əlaqədar müzakirələr aparılıb, müxtəlif istiqamətlər üzrə 10 siyasət yazısı hazırlanıb, onlardan 4-nün ictimai müzakirəsi keçirilib, neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənilməsi, təhlil edilməsi və hesabatın hazırlanması istiqaməti üzrə və ARDNŞ-in maliyyə axınlarının izlənilməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi istiqamətində ilkin tədqiqat başa çatdırılıb. Neft gəlirlərinin şəffaflığı mövzusunda İctimai TV-də, 3 regional (Gəncə, Zaqatala və Quba) televeziyada tok-şoular,Bakı və region Universitetlərində “Neft gəlirləri və onların səmərəli istifadəsi” mövzusunda 8 dəyirmi masa,“Dövlət xərcləmələri:şəffaflıq və səmərəlilik müstəvisində”, “Neft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sigortalanmalı?” adlı konfranslar, “Neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması” məqsədilə 2 regionda (Göyçay, Xaçmaz şəhərlərində) orta məktəb müəllimləri və “Qadınların MSŞT cəlb edilməsi” məqsədilə xanımlar üçün seminarlar keçirilib. Yaxın gələcəkdə görülən işlərdən bəhs edən natiq şirkətlərin fəaliyyətinin indikatorlar əsasında qiymətləndirmə sisteminin yaradılması və fərdi hesabatlılığa keçidlə bağlı vəkillik işinin qurulması, Neft Fondu haqqında Qanun layihəsinin hazırlanması və populyarlaşdırılması, Qeyri-neft və qeyri- qaz (məsələn, dağ mədən) təbii ehtiyatlarının “Təşəbbüs”lə əhatə edilməsi məqsədilə müvafiq təklif hazırlanması, Azərbaycanda EİTİ qiymətləndirilməsi və hesabatın hazırlanması, region Universitetlərində tələbə-gənclər üçün seminarın keçirilməsi, MSŞT hesabatları üzrə təhlillərin aparılması, kontrakt hüququna dair təlimin təşkili nəzərdə tutulub. Eyni zamanda Koalisiyanin aylıq bülleteninin və rüblük jurnalının nəşri də davam etdiriləcəyini bildirdi. Koalisiyanın qarşılaşdığı çətinliklər sırasında isə MSŞ təşəbbüsünün Mədən sənayesinin bütün sahələrində tətbiqinə nail olunmaması və şirkətlər tərəfindən hökümətə ödənişlər barəsində fərdi hesabatlılığa keçid təmin edilməməsi qeyd olundu. II. Say Kommisiyası Çingiz Dadoşov Əsasnamənin 8.2 maddəsinə əsasən Yığıncağda yetərsay olmadığına görə Yığıncaq tərəfindən Əsasnamədə edilən əlavə və dəyişikliklərin təsdiqi ilə əlaqədar qərar qəbul etməyin hec bir hüquqi əsasının olmamasını qeyd etdi. Qərar: Bununla əlaqədar olaraq gündəliyə salınmış 2-ci məsələnin müzakirəsi keçirilməsin. III. Məsələ haqqında (ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramının müzakirəsi) Koalisiyanın üzvü ekoloq Samir İsayev məlumat verdi. O Mədən Sənayesinin ətraf mühitə təsiri, sular, atmosfer havası, biomüxtəliflik, insan sağlamlığı barəsində söhbət açaraq MSŞA QHT Koalisiyasının ətraf mühitin mühafizəsi səhəsində məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, Mədən Sənayesinin ətraf mühitə təsiri ilə əlaqədar informasiya toplanması, emalı və yayılması sistemlərinin qurulması, MSŞT üzvləri olan şirkətlərin fəaliyyətinə ictimai ekolojı monitorinq sisteminin yaradılması və digər sahələrdə görüləcək işlər barəsində məlumat verdi. Qərar: Ümumi Yığıncağın iştirakçıları tərəfindən Mədən sənayesində şəffaflığı artırılması QHT Koalisiyasının ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramı yekdilliklə qəbul edildi. Müzakirələr zamanı Ümumi Yığıncağın iştirakçıları Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin təmsilçiliyinə nail olmaq, Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənməsi, təhlil edilməsi və hesabatların hazırlanması məqsədilə bütün tərəflərdən olan mütəxəssislərin iştirakı ilə ekspert qrupu yaratmaq, Mədən sənayesində şəffaflığın artırılması və gəlirlərin səmərəli idarə edilməsi məqsədilə “Neft Fondu haqqında” Qanunun ilkin variantını hazırlamaq və vəkillik fəaliyyəti qurmaq, neft sektorundan daxilolmalar barəsində ən azı ildə 1 dəfə parlamentdə hesabatlılığın təminatına çalışmaq və MSŞ təşəbbüsünün tətbiqində və dəyərləndirilməsində vətəndaş iştirakçılığının intensivliyini yüksəltmək məqsədilə hökümət Komissiyası, neft-qaz şirkətlərinin təmsilçiliyi ilə işçi qaydada Daimi Komitənin yaradılması barədə təkliflər səsləndirildi. Iclasın sədri: Qubad İbadoğlu Iclasın katibi: Əsədullayeva Firuzə
◄ 1 ... 10 11 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:8:23
|