Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Sentyabr 2008, Şənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiya Şurası iclaslarının reqlamenti (19/03/2008)

MSŞA Koalisiya Şurası iclaslarının reqlamenti (19/03/2008)

1. İclasın təşkili və gedişinə dair

1.1. Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyası Şura  iclasları ayda 1 dəfədən az olmayaraq kecirilir. Şuranın iclası adi  və genişləndirilmiş olur.

1.2. Şuranın iclaslarının vaxtı bir qayda olaraq Şuranın əlaqələndiricisinin təklifi ilə, Şura üzvləri ilə razılaşdırılmaqla təyin edilir və ya Şura üzvünün 1/3 –sinin cağırışı ilə üç gün ərzində keçirilməsi təmin olunur. Şura üzvlərinin xahişi ilə iclasın keçirilmə vaxtı ümumi razılıq əsasında dəyişdirilə bilər.

1.3.  Şuranın ıclasları Əlaqələndirici tərəfindən aparılır. Əlaqələndiricinin iştirak etmədiyi  iclasda Shura öz üzvləri arasından iclasa sədr seçir.

1.4.   İclasın gündəliyinin layihəsi  Şuranın əlaqələndiricisi tərəfindən Şura üzvləri ilə razılaşdırılaraq tərtib olunur.  Şura üzvlərinin təklifi ilə  gündəlik layihəsinə  iclas qabağı əlavə məsələlər daxil edilir.  Şura iclasına təklif vermək Şura üzvünün müstəsna səlahiyyətidir.

1.5.   İclasın gündəliyi Şura üzvlərinin qərarı ilə bənd-bənd, və ya bütovlükdə səsə qoyulyur.

1.6.   İclasın müddəti 2 saat müəyyənləşdirilir. Müddətin artırılmasına zərurət yarandığı halda İclasın sədri xahişi səsə qoymalı və Şuranını razılığı olarsa,  onun müddəti maksimum 1 saat uzadıla bilər.

1.7.   Hər bir məsələnin müzakirəsi üçün ən çoxu 30 dəqiqə vaxt ayrılır, sonra müddətin uzadilmasına ehtiyac yaranarsa bunula bağlı  səsvermə keçirilir.

1.8.   Hər bir məsələ üzrə  məruzələr üçün 10 dəqiqə, çıxışlar üçün 5 dəqiqə və arayışlar üçün 3 dəqiqə vaxt ayrılır. Çıxışçı ayrılmış vaxtdan artıq çıxış etmək üçün iclasın sədrinə müraciət etməlidir. İclasın sədri xahişi səsə qoymalı və Şuranını razılığı olarsa, çıxışçıya əlavə vaxt ayırır.

1.9.   Hər bir Şura üzvünün gündəliyin müzakirə olunan məsələsinə dair 1 dəfə çıxış etmək və 1 dəfə də arayış vermək hüququ vardır.

1.10. Məruzəçi çıxışlar bitdikdən sonra ona ünvanlanmış suallar, iradlar, təkliflər və. s  müraciətlərlə bağlı əlavə qısa arayış verə bilər.

1.11. İclasın sədri müzakirə edilən məsələ ilə bağlı irəli sürülmüş təklifləri səsə qoyur və qərarlar adi səs çoxluğu ilə qəbul edilir.

2.  İclas  sədrinin hüquqları və səlahiyyətlərinə dair

2.1.  Şura iclasının sədri müzakirə olunan məsələ ətrafında yalnız ümumi qaydada (Şura üzvü olaraq) çıxış edə bilər. Sədr hər bir çıxışa ayrıca münasibət bildirə bilməz. Sədrin səlahiyyətindən sui-istifadə halarına, xüsusilə də hər bir məsələ ətrafında bir neçə dəfə danışmağa və öz iradəsini diktə etirməyə yol verilmir.

2.2.   Şura iclasının sədri Şura iclaslarında müzakirələrə yersiz müdaxilə edən şəxsə xəbərdarlıq edir. Bir iclada 3 dəfə xəbərdarlıq alan şəxs barəsində  Şura onun iclası tərk etməsinə dair qərar verə bilər.

3. İclasda Koalisiya üzvlərinin iştirakına dair

3.1.   Monitorinq Qrupunun Şura iclaslarında iştirakları məhdudiyyətsizdir.

3.2.  Koalisiya üzvləri Şuranın iclasında müşahidəçi statusunda iştirak edir və müzakirə olunan hər bir məsələyə dair Şura üzvləri, Monitorinq Qrupu üzvləri münasibətini bildirdikdən sonra çıxış etmək hüququna malikdir.

4.  İclasın sənədləşdirilməsinə dair

4.1.  Sura iclaslari ofis meneceri və ya onun assistenti tərəfindən protokollaşdırılır. Protokol layihəsi əlaqələndirici tərəfindən təsdiq olunandan sonra saytda yerləşdirilir.

4.2.   Şura iclaslarının protokolları  audio və mətn formasında, həmçinin elektron formatda saxlanılır.

4.3.   Sura iclaslarının protokollarının saxlama müddətı 4 ildir.

Reqlament Şuranın 25 may 2007-cı il tarixli iclasında təsdiq edilib,
27 iyul 2007-ci tarixli iclasında mətndə bəzi  əlavə və dəyişikliklər olunub.
16 oktyabr  2007-ci tarixli iclasında mətndə bəzi  əlavə və dəyişikliklər olunub.
19 mart  2008 -ci tarixli iclasında mətndə bəzi  əlavə və dəyişikliklər olunub.


MSŞA Koalisiya Şurası iclaslarının reqlamenti (16/11/2007)

  1. Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyası Şura  iclasları ayda 1 dəfədən az olmayaraq kecirilir.
  2. Monitorinq Qrupunun Şura iclaslarında iştirakları məhdudiyyətsizdir.
  3. Şuranın iclaslarının vaxtı bir qayda olaraq Şuranın əlaqələndiricisinin təklifi ilə, Şura üzvləri ilə razılaşdırılmaqla təyin edilir və ya  Şura üzvünün 1/3 –sinin cağırışı ilə üç gün ərzində keçirilməsi təmin olunur .
  4. Şura üzvlərinin xahişi ilə iclasın keçirilmə vaxtı ümumi razılıq əsasında dəyişdirilə bilər.
  5. Şuranın ıclasları Əlaqələndirici tərəfindən aparılır. Əlaqələndiricinin iştirak etmədiyi  iclasda Shura öz üzvləri arasından iclasa sədr seçir.
  6. İclasın gündəliyinin layihəsi  Şuranın əlaqələndiricisi tərəfindən Şura üzvləri ilə razılaşdırılaraq tərtib olunur.  Şura üzvlərinin təklifi ilə  gündəlik layihəsinə  iclas qabağı əlavə məsələlər daxil edilir.  Şura iclasına təklif vermək Şura üzvünün müstəsna səlahiyyətidir.
  7. İclasda qərarlar açıq səsvermə yolu ilə qəbul edilir.
  8. İclasın gündəliyi Şura üzvlərinin qərarı ilə bənd-bənd, və ya bütovlükdə səsə qoyulyur.
  9. Hər bir məsələ üzrə  məruzələr üçün 10 dəqiqə, çıxışlar üçün 5 dəqiqə və arayışlar üçün 3 dəqiqə vaxt ayrılır. Bu müddətlər Şuranın qərarı ilə dəyişdirilə bilər.
  10. Çıxışçı ayrılmış vaxtdan artıq çıxış etmək üçün iclasın sədrinə müraciət etməlidir. İclasın sədri xahişi səsə qoymalı və Şuranını razılığı olarsa, çıxışçıya əlavə vaxt ayırır.
  11. Məruzəçi çıxışlar bitdikdən sonra ona ünvanlanmış suallar, iradlar, təkliflər və. s  müraciətlərlə bağlı əlavə qısa arayış verə bilər.
  12.  İclasın sədri müzakirə edilən məsələ ilə bağlı irəli sürülmüş təklifləri səsə qoyur və qərarlar adi səs çoxluğu ilə qəbul edilir.
  13.  Hər bir məsələnin müzakirəsi üçün ən çoxu 30 dəqiqə vaxt ayrılır, sonra müddətin uzadilmasına ehtiyac yaranarsa bunula bağlı  səsvermə keçirilir.
  14.  Koalisiya üzvləri Şuranın iclasında müşahidəçi statusunda iştirak edir və müzakirə olunan hər bir məsələyə dair Şura üzvləri münasibətini bildirdikdən sonra çıxış etmək hüququna malikdir.
  15.  Şura iclasının sədri müzakirə olunan məsələ ətrafında yalnız ümumi qaydada (Şura üzvü olaraq) çıxış edə bilər. Sədr hər bir çıxışa ayrıca münasibət bildirə bilməz. Sədrin səlahiyyətindən sui-istifadə halarına, xüsusilə də hər bir məsələ ətrafında bir neçə dəfə danışmağa və öz iradəsini diktə etirməyə yol verilmir.
  16.  Şura iclasının sədri Şura iclaslarında müzakirələrə yersiz müdaxilə edən şəxsə xəbərdarlıq edir. Bir iclada 3 dəfə xəbərdarlıq alan şəxs barəsində  Şura onun iclası tərk etməsinə dair qərar verə bilər.
  17.  Sura iclaslari ofis meneceri və ya onun assistenti tərəfindən protokollaşdırılır.Protokol layihəsi əlaqələndirici tərəfindən təsdiq olunandan sonra saytda yerləşdirilir.
  18.  Şura iclaslarının protokolları  audio və mətn formasında, həmçinin elektron formatda saxlanılır.
  19.  İclasların davamiyyət müddəti 2 saatdır.
  20.  Sura iclaslarının protokollarının saxlama müddətı 4 ildir.

 Reqlament Şuranın 25 may 2007-cı il tarixli iclasında təsdiq edilib,
27 iyul 2007-ci tarixli iclasında mətndə bəzi  əlavə və dəyişikliklər olunub.
16 oktyabr l 2007-ci tarixli iclasında mətndə bəzi  əlavə və dəyişikliklər olunub.


MSŞA Koalisiya Şurası iclaslarının reqlamenti (25/01/2007)

  1. Şuranın iclaslarının vaxtı bir qayda olaraq Şuranın kordinatoru tərəfindən təyin edilir. Digər Şura üzvlərinin xahişi ilə həmin vaxt ümumi razılıq əsasında dəyişdirilə bilər.

  2. İclasın gündəliyi kordinator tərəfindən hazırlanır və öncədən Şura üzvlərinə el. poçt vasitəsilə çatdırılır. Şura üzvləri gündəliyə əlavə məsələlər təklif edə bilərlər.

  3. Şuranın iclaslarını kordinator aparır. Kordinator iclasda iştirak etmədikdə onu əvəz edən seçilir(iştirak edən şura üzvləri tərəfindən)

  4. İclasda qərarlar əsasən açıq səsvermə yolu ilə qəbul edilir. Ayrı-ayrı məsələlər üzrə Şuranın qərarı ilə gizli səsvermə tətbiq edilə bilər.

  5. Qərarların qəbulu zamanı Şuranın Əsasnaməsinin müvafiq bəndləri əsasdır.

  6. İclasın gündəliyi Şura üzvlərinin qərarı ilə bənd-bənd, və ya bütovlükdə səsə qoyulyur.

  7. Hər bir məsələ üzrə məruzələr üçün 10 dəqiqə, çıxışlar üçün 5 dəqiqə və arayışlar üçün 3 dəqiqə vaxt ayrılır. Bu müddətlər Şuranın qərarı ilə dəyişdirilə bilər.

  8. Çıxışçı ayrılmış vaxtdan artıq çıxış etmək üçün iclasın sədrinə müraciət etməlidir. İclasın sədri xahişi səsə qoymalı və Şuranını razılığı olarsa, çıxışçıya əlavə vaxt ayırır.

  9. Hər bir məsələ üzrə iclasın hər bir iştirakçısı yalnız bir dəfə çıxış edə bilər. İkinci dəfə çıxış üçün Şuranın səs çoxluğu ilə razılığı olmalıdır. Bu qaydaya əməl etmədikdə iclasın sədri çıxışçının sözünü kəsir və söz növbəti çıxışçıya verilir.

  10. Məruzəçi çıxışlar bitdikdən sonra ona ünvanlanmış suallar, iradlar, təkliflər və.s müraciətlərlə bağlı əlavə qısa arayış verə bilər.

  11. İclasın sədri müzakirə edilən məsələ ilə bağlı razılaşdırılmış təklifləri səsə qoyur və qərarlar adi səs çoxluğu ilə qəbul edilir.

  12. Hər bir məsələnin müzakirəsi üçün ən çoxu 30 dəqiqə vaxt ayrılır, sonra ehtiyac varsa səsvermə keçirilir.

Şuranın 25 yanvar 2007-cı il tarixli iclasında təsdiq edilib



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:31:0

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.6268