Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası

 

For Improving Transparency
in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 9 Sentyabr 2010, Cümə axşamı | eng |   VİDEO ÇARXLAR

DƏSTƏK və QOŞULMA

   Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstək

   MSŞA Koalisiyasına üzv olmaq istəyən hüquqi şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzv olmaq istəyən fiziki şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzvlərin qəbulu qaydaları

ŞURA ÜZVLƏRİ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DƏRGİ

BÜLLETEN

TƏRƏFDAŞLAR

KİV LİNKLƏRİ









VALYUTA MƏZƏNNƏLƏRİ

  Azərbaycan manatı курсы валют Прага
(RUB)//-//
Чешских крон(CZK)//-//
Швейцарский франк(CHF)//-//
Евро(EUR)//-//
Доллар США(USD)//-//
Индийских рупий(INR)//-//
Японских йен(JPY)//-//
Вон Республики Корея(KRW)//-//
Австралийский доллар(AUD)//-//

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

.:. Mədən Sənayesində Şəffaflığın Artırılması .:.

MSŞT üzrə Bakı konfransı başa çatdı
“Region ölkələrinin təmsilçiləri Azərbaycan təcrübəsinin öyrənilməsinə böyük maraq göstəriblər ”

Bakıda Soros Fondunun Şərq-Şərq Proqramının və Açıq Cəmiyyət İnstutut -Yardım Fondunun birgə maliyyə və İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması”  (MSŞA)Koalisiyasının  təşkilatı dəstəyi ilə İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən  “Crescent Beach Hotel”də  keçirilən iki günlük regional görüş   işini başa vurub. Toplantıda  “Ödədiyini Açıqla”, “Gəlirlərə Nəzarət” beynəlxalq təşkilatların nümayəndələri, Monqolustan, Qazaxıstan,  Qırğızıstan, Gürcüstan və Ukraynada fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutların Koalisiyalarının təmsilçiləri olan beynəlxalq və regional səviyyədə ekspertlər iştirak edib.  Yerli ekspertlərin də iştirak etdiyi tədbirdə  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə movcud olan problemləri, onların həlli istiqamətləri və perspektivləri ilə  bağlı müzakirələr aparılıb və ölkələr arasında təcrübə mübadiləsinə geniş yer verilib. Bundan başqa, konfrans iştirakçılarınn təmsil etdikləri ölkələrdə MSŞT-nin  dəyərləndirilməsi prosesinin gedişatı və bu sahədə qarşılaşdıqları çətinliklər  barədə çıxışlar edib. Çixişlardan belə məlum olub hazırda MSŞT-də  dəyərləndimə dövrünü yaşayan Monqulustan, Qazaxıstan və Qırğızıstan üçün  Azərbaycan Koalisiyasının keçdiyi yol  və qazandığı təcrübə əhəmiyyət kəsb etməkdədir. Odur ki, bu barədə MSŞA Koalisiyasının  üzvü Sabit Bağırov və Şura üzvü Azər Mehtiyev , MSŞT-nin Beynəlxalq İdarə Heyətinin üzvü İnqilab Əhmədov Azərbaycanda dəyərləndirmə təcrübəsi barədə  geniş çıxış edərək, regiondan olan ekspertlərin suallarını cavablandırıb.
Konfransda geniş müzakiər aparılan məsələlərdən biri də MSŞT çərçivəsində şirkətlərin fərdi hesabatlığı məsələsi olub. Bu istiqamətdə  region ölkələri arasında arasında yalnız Monqolustanda proqresin olması həmin ölkənin nümayəndələri tərəfindən konfransın diqqətinə  təqdim edilib. Azərbaycandakı vəziyyətə gəlincə, MSŞA Koalisiyasinin Şura Ələqələndiricisi Qubad İbadoğlunun təqdimatından məlum olub ki, Azərbaycan neft-qaz sınayesində fəaliyyət göstərən şirkətlər arasında bu məsələyə münasibətdə hələ də  birmənalı yanaşma mövcud deyildir. Çıxışdan məlum olub ki, BP, Şell, Statoyl, Middle East Petroleum Company və Binagadi oil company istisna olmaqlq bütün şirkətlər birbaşa və ya  dolyaı yolla fərdi hesabatlığa keçidin əleyhinə çıxış edirlər.
Müzakirələr zamanı ARDNŞ-ın fərdi hesabatlığa keçidə digər bütün şirkətlər razılıq verdiyi halda keçecəyi ilə əlaqədar mövqeyi tənqid olunub və bu mövqe Azərbaycanda fərdi hesabatlığa keçidə qarşı olan qeyri-saglam mövqe kimi dəyərləndirilib. Ekspertlər qeyd edib ki, ARDNŞ-nin bu prosesə rəhbərlik etmək istəyinin olmaması digər şirkətlərin fərdi hesabatlığa keçməsini çətinləşdirir. Odur ki, ARDNŞ  fərdi hesabatlığa keçmədiyi halda digər şirkətlərin bu prosesə qoşulmamasına əlavə arqument yaradır.   
Konfransda MSŞT-nin daha da inkişaf etdirilməsi, təsirlərin artırılması, şəffaflıq prinsiplərinin yayılması, region ölkələri ilə kommunikasiya imkanlarının genişləndirilməsi məqsədilə MSŞT İdarə Heyətinə təqdim etmək üçün təkliflər paketi də hazırlanıb. Sənəddə MSŞT-nin genişləndirilməsi, region koalisiyaları arasında koordinasiya, təcrübə mübadiləsi və ölkələr üzrə MSŞT yeniliklərinə dair informasiya paylaşması məqsədilə regional elektron şəbəkənin qurulması, kontraktların şəffaflığının artırılması, fərdi hesabatlığa keçidin təmini, mövcud  hesabat formalarının təkmilləşdirilməsi, yerli səviyyədə MSŞT və tranzit  MSŞT-nin tətbiqi   və bir sıra digər istiqamətləri əhatə edən təkliflər yer alıb.
MSŞT-nin Monqolustanda və Qazaxıstanda yerli hökumətlər səviyyəsində tətbiqi, MSŞT-yə dair məlumatlandırma, vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyalarda birləşməsi və kolaisiyaların idarə olunması,  yeni təşəbbüslərin regional və beynəlxalq səviyyədə əlaqələndirilməsi və sairə kimi məsələlər də müzakirə olunan mövzular sırasında olub.
Azərbaycan təmsilçiləri - MSŞT Koalisiyasının üzvləri konfransda xüsusi fəallıq nümayiş etdiriblər. Qubad İbadoğlu “Ötən konfransdan indiyə qədər olan dövrdə ölkələr üzrə MSŞT yenilikləri”, “Fərdi qaydada MSŞT hesabatlılığı”, “Koalisiya quruculuğu, onun idarəedilməsi”,   İnqilab Əhmədov “MSŞT təbliğatı: ənənəvi iş planından kənara genişlənmə”, Azər Mehdiyev “Dəyərləndirmə prosesi yenilikləri: maneələr və irəliyə yollar”, Sabit Bağırov “Dəyərləndimə indikatorları və onların təhlili”,  Nicat Dağlar isə “MSŞT-yə dair məlumatlandırma: ictimaiyyətlə ələqələrin daha gerçək və aydın qurulması” mövzusunda çıxış edib. 
Azərbaycan təcrübəsi,  koalisiyanın həyata keçirdiyi layihələr, mövcud problemlər və gələcək planlar barədə danişan MSŞT Koalisiyasının təmsilçiləri konfrans iştirakçılarına Azərbaycanda Çoxtərəfli Qrupun yaradılması ilə bağlı aparılmış gərgin müzakirələr və nəticədə bu məsələyə dair tərəflər arasında razılıq əldə olunması haqda da ətraflı bilgilər veriblər.
Konfransda həmçinin növbəti regional konfransın gələn ilin yayında  Qırğızıstanda keçirilməsi barədə qərar qəbul olunub.

 


1 2 ... 92 A


Sənədin sonuncu korrektə tarixi: 21/1/2010 - 0:18:42

Sənədin digər dillərdəki variantları: /eng/

 

SAYTDA AXTARIŞ

MÜƏLLİF YAZILARI

Modul stansiyaların tikintisində qaranlıq məqamlar
Dünya Sakit
Azərbaycan neft gəlirlərinə «çöldən» baxış
İlham Şaban
2009-cu ilin iqtisadi yekunları
Qubad İbadoğlu
MSŞT-də Azərbaycan və Azərbaycanda MSŞT
Zöhrab İsmayıl
Neft kimə məxsusdur; xalqa, yoxsa hakimiyyətə?
Oqtay Gulalıyev
“Aqrolizinq” ümüdləri doğruldurmu?
Nicat Dağlar
 

XƏBƏR BAŞLIQLARI

Представляем: Главные новости о национальных коалициях от коалиции «Publish What You Pay» (Публикуй то, что платишь)
QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASI 2010-cu İL ÜÇÜN MÜSABİQƏ ELAN EDIB
BTC ile nəql olunan neftin hecmi
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ölkənin qaz sektorundakı proseslərə münasibətı
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya bulleteninin 26-ci sayı hazırlanıb.
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 11-ci sayı çap olunmuşdur
QHT-lər “Park inn”də səfərbər oldular
Gəncədə hökümət qurumlarının, regional dağ- mədən şirkətlərinin, yerli QHT- lərin və KİV- in  iştirakı ilə tədbir keçirilib
MSŞA Koalisiyası DNF haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarır
Mətbuat üçün açıqlama (29/05/2009)
Ictimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı (29/05/2009)
Koalisiyanın 9-cu hesabatla bağlı rəyi Memorandum tərəfləri ilə müzakirə olunub
EİTİ üzrə Çoxtərəfli Qrupun formalaşdırılmasına başlanıb
Biz neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsini istəyirik
Beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə qiymətləndirmə prosesi və onun Azərbaycanda icrası
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 20-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 9-cu sayı çap olunmuşdur
MSŞA Koalisiyasının Şura üzvləri Gəncəbasar bölgəsinə səfər ediblər
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası dəyərləndirmənin və 9- cu hesabatın yekunları ilə bağlı mətbuat konfransı keçirib
İctİmaİ  Bİrlİklərİn “Mədən sənayesİndə  Şəffaflığın artırılması” Koalİsİyasının XII ümumi yığıncağı barədə məlumat
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Bəyanatı (Bakı şəhəri, 6/02/2009)
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 19-ci sayı hazırlanmışdır
Koalisiyada Validator qrupu ilə görüş keçirilib
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 18-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):7.7E-5