|
.:. Mədən Sənayesində Şəffaflığın Artırılması .:.
Dünya Bankının sərəncamçı direktoru MSŞT Koalisiyasının təmsilçiləri ilə görüşüb

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasının təmsilçiləri Dunya Bankının Bakıda səfərdə olan sərəncamçı direktoru d-r Nqozi Okonco-İveala ilə görüşüblər. Dunya Bankının Bakıdakı nümayəndəliyində xanım Okonco-İvealanın təşəbbüsü ilə baş tutan görüşdə MSŞT-nin Azərbaycanda tətbiqi, pozitiv effeklər, mövcud problemlər və təşəbbüsün genişləndirilməsinin mümkün yolları barədə müzakirələr aparılıb, koalisiya təmsilçilərinin bu məsələləri əhatə edən fikirləri dinlənilib.
Gərüşdə fərdi hesabatlıq, müqavilələrin şəffaflığı, transmilli şirkətlərin fəaliyyətindəki neqativ məqamlar, Dünya Bankı ilə əməkdaşlıq və bir sıra digər məsələlər də diqqət mərkəzində olub.
Xanım Okonco-İveala koalisiya təmsilçilərinin qaldırdıgı məsələlərə Dünya Bankının xüsusi diqqət ayıracağını bildirib.
Görüşdə MSŞT Koalisiyasının Şura əlaqələndiricisi Qubad İbadoğlu, Şura üzvləri Mirvari Qəhrəmanlı, Mehriban Vəzir, Əliməmməd Nuriyev, Oqtay Gülalıyev, Ilham Hüseynli və koalisiya üzvü Əsgər Əhməd iştirak edib.
MSŞT Koalisiyasının İnformasiya Xidməti
◄ 1 ... 3 4 5 ... 92 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 21/1/2010 - 0:18:42
Sənədin digər dillərdəki variantları: /eng/ |