|
"Dövlət
xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində"
mövzusunda Dəyirmi Masa (Bakı
şəhəri, Kaspian
Plaza, 11
senytabr 2008-ci il )
"Dövlət
xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində"
mövzusunda Dəyirmi Masa (Bakı
şəhəri, Kaspian
Plaza, 11
senytabr 2008-ci il )
 11
Sentyabr 2008-ci ildə Milli Büdcə Qrupu və İctimai Birliklərin “Mədən
Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Dövlət
xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində” mövzusunda Dəyirmi Masa
keçirilmişdir. Dəyirmi Masada müstəqil ekspertlərin 2008–ci ildə dövlət
büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə
istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələri təqdim olunmuş,
büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər
və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirələr aparılmışdır.
Tədbirdə MSŞA Koalisiyasının kordinatoru Qubad İbadoğlu və Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov giriş sözü ilə çıxış etmişdir. Sonra Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Zohrab İsmayılov “Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində” mövzusu ilə çıxış etmiş və müzakirələr başlamışdır. Müzakirələrdə ABŞ BİA –nın baş müşaviri Paul Davis, ABŞ səfirliyinin İqtisadiyyat şöbəsinin əməkdaşı Səlim Arıtürk, ACİ-YF-nun icraçı direktoru Fərda Əsədov, Milli Büdcə Qrupunun üzvü Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədr müavini Rövşən Ağayev və Azərbaycan Jurnalistlərinin Araşdirmaçı Şəbəkəsinin üzvü Çingiz Sultansoy çıxış etmişdir. Tədbirdə dövlət qurumlarından- Rabitə və Səhiyyə Nazirliklərinin, beynəlxalq təşkilatlardan- ABŞ BİA, BVF və ATƏT-in, diplomatik korpusdan - ABŞ səfirliyinin nümayəndələrin, QHT və KİV təmsilçiləri və müstəqil ekspertlər iştirak edirdi. Tədbirin sonunda Dəyirmi Masa iştirakçıları qərara almışdırlar ki, səslənən fikirləri və Milli Büdcə Qrupunu araşdırmalarının nəticəsində irəli sürülən təklifləri Tövsiyyələr Paketi şəklində hökümətə və parlamentə təqdim etsinlər. Eyni zamanda sual doğuran bir sıra məsələlərlə bağlı aidiyyatı orqanlara informasiya sorğusu göndərilsin. Mətbuatla əlaqələr xidməti
◄ 1 ... 53 54 55 ... 66 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 23/9/2008 - 14:41:3
|