|
Milyonların aqibəti
Milyonların aqibəti
Hicran Həmidovanin.
Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi.
Son illər dünya bazarında neftin qiymətinin sürətli artımı Azərbaycana da böyük neft dollarının axınına səbəb olub. Azərbaycan sözün həqiqi mənasında neft bumu yaşayır, ölkənin neft satışından gündəlik gəliri 50 milyon dollara çatıb. Ilin sonuna neftin dünya bazarındakı mövcud qiymətləri ilə həmin rəqəmin 90 milyon dollaradək yüksələcəyi gözlənilir. Neft gəlirlərinin əsas hissəsi Dövlət Neft Fondunda (DNF) toplanır və həmin vəsaitlərin böyük qismi müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilir...(Koalisiya
uzvu Hicran Həmidovanin Açıq Cəmiyyət İnstitutuYardım Fondunun maliyyə dəstəyi
ilə apardigi tədqiqat)
Son illər dünya bazarında neftin qiymətinin sürətli artımı Azərbaycana da böyük neft dollarının axınına səbəb olub. Azərbaycan sözün həqiqi mənasında neft bumu yaşayır, ölkənin neft satışından gündəlik gəliri 50 milyon dollara çatıb. Ilin sonuna neftin dünya bazarındakı mövcud qiymətləri ilə həmin rəqəmin 90 milyon dollaradək yüksələcəyi gözlənilir. Neft gəlirlərinin əsas hissəsi Dövlət Neft Fondunda (DNF) toplanır və həmin vəsaitlərin böyük qismi müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilir. Ötən il DNF-dən dövlət büdcəsinə 585 mln. manat transfert olub. Oğuz-Qəbələ su kəməri layihəsinə 183,1 mln. manat, Samur Abşeron suvarma sistemlərinin yenidənqurulması layihəsinin maliyyələşdirilməsinə 77 mln. manat vəsait nəzərdə tutulub. Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşməsinə 124,2 mln. manat ayrılması planlaşdırılsa da sonradan Prezident Fərmanı ilə Fondun büdcəsinə dəyişiklik edilib, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 20 mln. manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin büdcəsi 10 milyon manat azaldılaraq, vəsait köçkünlərin problemlərinin həlli istiqamətində layihələrə yönəldilib və beləliklə həcm 154,2 mln. manat müəyyənləşib. Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşməsi üzrə apardığımız tədqiqat Bakı şəhəri də daxil olmaqla 3 rayonda məcburi köçkünlər üçün salınmış 11 qəsəbəni əhatə edir. Monitorinqlər nəticəsində neft vəsaitlərinin kifayət qədər səmərəsiz xərcləndiyi və böyük qisminin mənimsənildiyi faktları üzə çıxıb. tədqiqatın tam mətni...
◄ 1 ... 57 58 59 ... 66 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 22/10/2008 - 14:22:26
|