|
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT
SEÇİLDİ
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT
SEÇİLDİ
 2008-ci
il noyabrın 18-də Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan
Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə qiymətləndirmə prosesi
ilə əlaqədar yaradılmış MHŞT tərəflərini bərabər sayda MHŞT üzrə Hökumət
Komissiyasını, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və
xarici şirkətləri, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT
Koalisiyasını təmsil edən 9 nəfərdən ibarət İşçi Qrupun iclası
keçirilmişdir.
İşçi Qrup MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən təyin edilmiş MHŞT-yə qoşulmuş ölkələrdə bu prosesin tətbiqini qiymətləndirmək üçün beynəlxalq nüfuzlu 7 şirkət (validator) - Coffey Int. Dev. Ltd., ECON, The IDL Group, Goldwyn Int Strategies, Hart Nurse Limited, Oxford Policy Management, PricewaterhouseCoopers and Accountability arasından Azərbaycanda bu prosesi həyata keçirəcək şirkətin seçilməsi məqsədilə müsabiqə keçirmişdir. Müsabiqədə iştirakla bağlı dəvət göndərilmiş dörd şirkət - Coffey International Development, Goldwyn International, Hart Group və ECON qiymətləndirmə prosesinə dair təkliflərini təqdim etmişdir. İşçi Qrupun iclasında təkliflər diqqətlə öyrənilmiş və qiymətləndirmə prosesinin Coffey International Development şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar verilmişdir. Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq Goldwyn Inernational və Hart Group şirkətləri tutmuşdur. Xatırladaq ki, 2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında 15 ölkəyə, o cümlədən Azərbaycana namizəd statusu verilmişdir. İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tam üzvü olmaq üçün ölkələrdə xüsusi qiymətləndirmə prosesi keçirilməlidir. 2008-ci ildən etibarən ilk olaraq Azərbaycanın qiymətləndirilməsi prosesinə başlanılmışdır.
◄ 1 ... 61 62 63 ... 66 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/11/2008 - 17:5:36
|