|
6 Noyabr
2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
6 Noyabr
2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
 Noyabrın
6-da Monqolustanda Beynəlxalq Hasdilat Sənayesində Şəffaflıq Təşəbbüsünün
icrası prosesində iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının qonağı olublar.
Ayushsuren Batpurev, Badarch Boldbaatar, Choijamts Delgermaa, Yumjirdulam
Otgonjargal, Dagva Enkhtsetseg və Perenlei Erdenejargaldan ibarət qonaqların
və Koalisiyanın Şura, həmçinin sıravi üzvlərinin iştirak etdiyi görüşdə
qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycan və Monqolustanda vətəndaş
cəmiyyətinin EİTİ prosesində üzləşdiyi çətinliklər və sair məsələlər geniş
müzakirə olunub.
Qonaqların verdiyi məlumatdan aydın olub ki, Monqolustanın qızıl və mis hasilatı sahəsində fəaliyyət göstərən 300-dək şirkətdən Təşəbbüsün icrasına 200-ə yaxını qoşulub. Bu prosesə EİTİ üzrə Milli Şura (baş nazir rəhbərlik edir, hər tərəfdən 3 nümayəndə daxildir), İşçi Qrup (maliyyə naziri rəhbərlik edir, hər tərəfdən 3 nümayəndə daxildir) nəzarət edir. İlk dəfə olaraq ötən ilin yanvarında şirkətlər, sentyabrında hökumət 2006-cı il üzrə ödənişlər və alınanlar barədə hesabat veriblər. Hesabatı fərdi qaydada açıqlayan şirkətlərdən 62-si hesabatı birbaşa EİTİ katibliyinə, 137-si isə hökumətə təqdim edib. Audit şirkətləri konsorsiumu tərəfindən aparılan tutuşdurmadan sonra şirkətlərin ödədikləri ilə hökumətin aldıqları arasında 25 milyon dollarlıq fərq yarandığı aydın olub. QHT Koalisiyasının bu fərqin səbəbləri barədə hökumətə ünvanladığı sorğular cavablandırılmayıb. Koalisiya bunu aydınlaşdırmaq üçün kontraktları əldə etməyə çalışır, lakin Monqolustanda bu sənədlər gizli saxlandığı üçün buna nail ola bilmir. Belə ki, Monqolustan prezidentinin sərəncamına əsasən kontraktlar açıqlanması qadağan olunmuş sənədlər siyahısına daxil edilib. 2007-ci ilə dair hesabatları 1-i yerli olmaqla 4 audit şirkətindən ibarət konsorsium tutuşdurur. Hazırda Koalisiya gəlirlərin xərclənməsində şəffaflığı nəzərdə tutan EİTİ+ kampaniyasını həyata keçirir. Kampaniyanı Dünya Bankı və Açıq Cəmiyyət İnstitutunun yerli nümayəndəliyi maliyyələşdirir.
◄ 1 ... 62 63 64 ... 66 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/11/2008 - 17:5:37
|